Icma.az
close
up
RU
Bu tərəvəzin qabığını atmayın XƏRÇƏNGİN DƏRMANI İMİŞ

Bu tərəvəzin qabığını atmayın XƏRÇƏNGİN DƏRMANI İMİŞ

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xərçəng xəstəliyi günümüzdə sürətlə yayılır. Yarım əsrdən çox tibb təcrübəsi olan türkiyəli həkim, professor Erkan Topuz bu xəstəliyin təbii yolla müalicəsi ilə bağlı mühüm məsləhətlər verib.

Manset.az xəbər verir ki, Erkan Topuz xərçəng hüceyrələrini böyüdən əsas maddənin şəkər olduğunu ifadə edib.

Bəs xərçəngdən qorunmaq üçün hansı qidalardan uzaq durmaq, hansı qidaları qəbul etmək lazımdır?

Həkim bu xəstəliyin müalicəsində xüsusilə kələmin növlərindən istifadəni məsləhət görüb, balığın faydalarını vurğulayıb:

"Xərçəngin qarşısını almaq üçün ən vacib şey şəkər qəbulunu kəsməkdir. Xərçəngə daha çox şəkərli diabetdən əziyyət çəkən insanlarda rast gəlinir. Xərçəng hüceyrəsini qidalandıran şəkərdir. Qara şokolad yemək olar. Sobada balqabaq və heyva deserti bişirmək olar. Karbohidratlardan qaçmaq lazımdır. Çovdar, yulaf, arpa və tam buğda istehlak edilə bilər. Salatlar bizim üçün ən vacib şeydir. Ağciyər xərçəngi zamanı qara və qırmızı turp mütləq istehlak edilməlidir. Qırmızı kələm istehlak edilməlidir. Gilas, albalı və qara üzümün toxumları faydalıdır. Qəbizliyiniz varsa, mütləq bamya yeməlisiniz. Noxud ağrıları aradan qaldırır. Semizotu həftədə 2-3 dəfə istehlak edilməlidir. Gül kələmi həftədə iki dəfə istehlak edilməlidir. Şəkərsiz zoğal suyu və ağ kələm ən böyük müalicədir. Kapuska kimi istehlak edin. İki şorba əvəzolunmazdır: brokoli şorbası və nanəli qatıq şorbası mütləq yeyilməlidir. Fındıq və qoz qanundur. Gündə bir ovuc istehlak edilməlidir. Balıq bizim üçün çox faydalıdır. İstədnilən qədər kənd toyuğu, ördək, qaz, hinduşka yeyilə bilər. Keçi südü faydalıdır".

Bəs professor özünü xərçəngdən qorumaq istəyən insanlara və ya xərçəng xəstələrinə hansı qidaları tövsiyə edir?

"Soğanın tərkibində quercetin maddəsi var. Bu, xərçəngin ən böyük silahıdır. Soğanı qabığı ilə bişirin. Quercetin qidaya keçir. Pomidor mövsümünə uyğun yeyilməlidir. Bir stəkan konservləşdirilmiş pomidor suyu içməlisiniz. Alma qabığı da quercetin ehtiva edir. Diabet xəstələri yaşıl alma yeməlidir. Qara gavalı xərçəngə qarşı ən böyük silahlardan biridir. Avokado xərçəngə qarşı əla silahdır. Həftədə ən azı 3 dəfə yemək lazımdır. Banan qabığı da müalicəvidir. Tərkibində melotonin maddəsi var. Xərçəngə qarşı mübarizə aparır. Banan qabığını salatlarınıza əlavə edə bilərsiniz" - həkim qeyd edib.

Erkan Topuz öz rutinindən də söz açıb:

"15-20 ildir ki, sarıkök istehlak edirəm. Zeytun yağına mütləq 3 çay qaşığı sarıkök, qara istiot və limon əlavə edirəm. Hindistanda xərçəng nisbəti aşağıdır. Hər kəs hər gün bir çay qaşığı sarıkök istehlak edir".

Həkim "Xərçəng xəstələrinin ət istehlak etməsi zərərlidirmi?" sualına isə belə cavab verib:

"Xərçəng xəstələri qırmızı ətdən nisbətən uzaq durmalıdırlar. Həftədə 3 küftə yeyə bilərsiniz. İçalatların tez-tez istehlakı böyrəklərə zərər verə bilər. Bu zaman sidik turşusu yığılır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 18 Fevral 2025 07:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri