Bu virus ilk dəfə insanda aşkarlandı
Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Meksika Səhiyyə Nazirliyi ölkədə ilk dəfə insanda “H5N1” növü quş qripinin qeydə alındığını açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Nazirliyin məlumatına görə, şimaldakı Durango ştatında yaşayan 3 yaşlı qız uşağında bu virus təsdiqlənib.
Uşaq 1 aprel tarixində Torreon şəhərindəki xəstəxanaya yerləşdirilib və aparılan test nəticəsində “H5N1” virusuna yoluxduğu müəyyən olunub. Hazırda vəziyyəti ağır olan azyaşlı xəstəxanada müalicə alır.
Rəsmi şəxslər bu virusun insandan insana keçdiyinə dair indiyə qədər heç bir sübutun olmadığını vurğulayıblar. Bununla yanaşı, vətəndaşlara xəstə və ya ölmüş ev quşları, yaxud yabanı heyvanlarla təmasdan sonra öskürək, nəfəsalma çətinliyi, baş ağrısı, qusma və göz qızartısı kimi əlamətlər müşahidə olunarsa, dərhal tibbi yardım almaları tövsiyə olunub.
Fidan Hacızadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 05 Aprel 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















