Icma.az
close
up
RU
Bu xarakterə sahibsinizsə, uzun yaşayacaqsınız ARAŞDIRMA

Bu xarakterə sahibsinizsə, uzun yaşayacaqsınız ARAŞDIRMA

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Yeni bir araşdırma, şəxsiyyət xüsusiyyətlərinin ömrümüzə birbaşa təsir edə biləcəyini ortaya qoyub.

Tribunainfo.az Türkiyənin “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, 28 il ərzində izlənilən 22.000 insan üzərində aparılan araşdırma, mütəşəkkil, məsuliyyətli və enerjili insanların ölüm riskinin əhəmiyyətli dərəcədə aşağı olduğunu göstərib.

Alimlər vurğulayıblar ki, xarakter təkcə sosial münasibətləri deyil, həm də sağlamlığı və uzunömürlülüyü formalaşdırır.

Ehtiyacı olanlara kömək etməyi sevən bir insansınızsa, məsələn, yaşlı qonşuya ərzaq məhsulları ilə kömək etmək və ya dostunuza yeni qarderobunu təşkil etməkdə kömək etmək kimi, daha uzun yaşamaqla mükafatlandırıla bilərsiniz.

Çünki yeni araşdırmaya görə, yardımsevər və açıq fikirli insanlar daha uzun yaşamağa meyllidirlər.

Tədqiqatçılar 50 yaşdan yuxarı 22 min insana siyahı verib və onlardan özlərini ən yaxşı təsvir edən sifətləri seçmələrini istəyiblər.

Sonra 28 il həmin kişi və qadınların ardınca gediblər. Bu müddət ərzində onlardan 7500-dən çoxu ölüb və tədqiqatçılar onların bildirdiyi şəxsiyyət xüsusiyyətlərini ölüm nisbətləri ilə müqayisə ediblər.

Mütəşəkkil, məsuliyyətli və çalışqan olduğunu deyənlərin ölüm riski 12-15%, özünü aktiv hesab edənlərin (yüksək enerji və canlılıq səviyyəsinə malik) isə 21% daha az ölüm riski var.
Yaradıcı və ünsiyyətcil olanların riski 8 faiz, macəraçı (6 faiz), dostluq (4 faiz) və istiqanlı və açıq fikirli (3 faiz) olanlar daha az riskə malikdir.

Digər tərəfdən, Journal of Psychosomatic Research-də dərc edilən araşdırmaya görə, diqqətsizlik və narahatlıq ölüm riskini yüzdə 7 faiz artırır. Güclü və müntəzəm narahatlıq, kədər, qorxu və qəzəb hissləri (Nevrotik şəxsiyyət) ölüm riskini 10 faiz, əsəbilik isə 9 faiz artırır.

Xüsusilə, aktiv, canlı, mütəşəkkil, məsuliyyətli, çalışqan və yardımsevər olmaq ölüm riskinin aşağı olması ilə əlaqələndirilib.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 Avqust 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri