Icma.az
close
up
RU
Bu xəstəlik cavanlaşır Respublika QİÇS lə Mübarizə Mərkəzindən REPORTAJ VİDEO

Bu xəstəlik cavanlaşır Respublika QİÇS lə Mübarizə Mərkəzindən REPORTAJ VİDEO

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 may, Aytac Haqverdiyeva, AZƏRTAC

Bu gün QİÇS Qurbanlarının Ümumdünya Xatirə Günüdür.

AZƏRTAC xəbər verir ki, hər ilin may ayının üçüncü bazar günü dünyada QİÇS Qurbanlarının Ümumdünya Xatirə Günü kimi qeyd olunur. Bu tarix təkcə virusdan həyatını itirənlərin deyil, eyni zamanda, İİV-lə yaşayan milyonlarla insanın həyat uğrunda apardığı mübarizənin, cəmiyyətin isə bu insanlara münasibətinin simvolik anıdır.

İİV infeksiyası İnsanın İmmunçatışmazlığı virusları tərəfindən törədilən və immun sistemin artan zədələnməsi ilə səciyyələnən infeksion xəstəlikdir. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) isə İİV infeksiyasının sonuncu kliniki mərhələsidir - digər ağırlaşmaların, məsələn vərəm, onkoloji xəstəliklər, mərkəzi sinir sisteminin zədələnməsi ilə müşayiət olunan haldır. Xəstəliyin 3 əsas yoluxma yolu var. Birincisi cinsi yol, ikincisi parenteral yol - İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində (əsasən narkotik istifadəçiləri arasında yayılır), İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı, İİV-lə çirklənmiş tibbi ləvazimatdan və məhlullardan istifadə etməklə, İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi nəticəsində, son olaraq üçüncü yol perinatal yoluxma, yəni, İİV-ə yoluxan anadan uşağa hamiləlik dövründə cift vasitəsilə, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində keçə bilər.

Ölkəmizdə illərdir Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi İİV infeksiyasının qarşısının alınması, erkən diaqnostikası və adekvat müalicəsi istiqamətində fəaliyyət göstərir.

AZƏRTAC-ın əməkdaşları mərkəzdə mütəxəssislərlə söhbətlər aparıb, görülən işlərlə, pasiyentlərə göstərilən tibbi xidmətlərlə yaxından tanış olublar.

Həmsöhbətimiz isə mərkəzin direktor müavini, infeksionist Günəş Cəfərovadır. Onun sözlərinə görə, mərkəzin əsas fəaliyyətinə İİV infeksiyasının yekun diaqnozunun qoyulması, diaqnozu təyin edilən İİV-ə yoluxmuş şəxslərə adekvat müalicə sxeminin müəyyənləşdirilməsi daxildir. Bu zaman pasiyentin yaşı, yanaşı xəstəlikləri, müalicəyə sadiqliyi və digər vacib məqamlar mərkəzin həkimləri tərəfindən nəzərə alınır. İİV-ə yoluxmuş şəxslərin müalicəsi Antiretrovirus terapiya adlanır və yalnız Respublika QİÇS-lə Mübarizə Mərkəzində həyata keçirilir. Müalicənin əsas məqsədləri orqanizmdə İİV virusunun səviyyəsinin minimuma qədər azaldılması ilə həyatın uzadılması və onun keyfiyyətinin yaxşılaşdırılması, ölüm hallarının aşağı salınması və İİV-in ötürülməsinin azaldılması ilə epidemiyanın qarşısının alınmasından ibarətdir. Müalicə bütün xəstələrə əlçatandır, dərman preparatları dövlət tərəfindən fasiləsiz olmaqla, ödənişsiz verilir. Ən vacib nüans isə müalicənin ömürlük olmasıdır.

İİV-lə yaşayan şəxslərin sayı 10 min 324 nəfərdir

Direktor müavininin verdiyi məlumata görə, son statistikaya əsasən, ölkədə rəsmi qeydiyyatda olan İİV-lə yaşayan şəxslərin sayı 10 min 324 nəfərdir. Onların 70 faizi kişi, 30 faizi isə qadınlardır. Mərkəz tərəfindən aparılan araşdırmalara görə, cənub bölgəsində – Lənkəran, Astara, Lerik və Şirvan-Hacıqabul zonasında yoluxma hallarının nisbətən daha çox olduğu müşahidə edilib. Bu dəyişkən göstəricilər mütəmadi olaraq nəzarətdə saxlanılır və regionlarda profilaktik tədbirlər gücləndirilir.

Günəş Cəfərova bildirir: “Öncə onu qeyd etmək istərdim ki, İİV spesifik əlamətləri olmayan bir infeksiyadır. Xəstəliyin gedişində 4 kliniki mərhələ var. Bu mərhələlərdən asılı olaraq, İİV-ə yoluxan şəxslərdə müxtəlif kliniki simptomlar müşahidə edilə bilər. İlkin mərhələdə ümumi halsızlıq, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq hərarətin yüksəlməsi müşahidə edilir. Daha sonrakı mərhələlərdə isə digər ağırlaşmalar - dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər olur. Bəzən, xəstəlik illərlə gizli gedişata malikdir və heç bir əlamət vermədən təsadüfi müayinələr zamanı qanda virus aşkarlanır. Ümumiyyətlə, İİV infeksiyasının yekun diaqnozu Respublika QİÇS-lə Mübarizə Mərkəzində təsdiqlənir. Bütün müəssisələrdə aşkarlanmış pozitiv hallar İİV-ə görə “şübhəli” hesab edilir, qan nümunəsi və şəxsin özü mərkəzə yönləndirilir. Burada şəxsdən qan nümunəsi götürülür və bir-birini təsdiq edən immunoferment, immunoblot, virusoloji müayinələrə cəlb olunur, qanda CD4 limfositlərinin miqdarı müəyyənləşdirilir. Toplanmış müayinə nəticələri konsilium şəklində müzakirə edilir və şəxs qeydiyyata götürülür. Mərkəzin laboratoriyası ən son müasir texnoloji avadanlıqlarla təmin edilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə uyğun olaraq laborator xidmət həyata keçirilir”.

Direktor müavini deyir ki, mərkəz təkcə müalicə ilə kifayətlənmir. Son illərdə gənclər arasında yoluxma hallarının artması fonunda təhsil müəssisələrində və regionlarda maarifləndirmə kampaniyaları həyata keçirilir. “Bütün dünyada xəstəliyin daha da cavanlaşdığı müşahidə edilir. Gənclər arasında yoluxma bizi yeni strategiyalar qurmağa vadar edir. Xüsusilə tibb işçilərinin bu sahədə maariflənməsi mühüm əhəmiyyət daşıyır. Çünki ilkin əlamətləri soyuqdəymə və ya digər viruslarla səhv salan şəxslər çox vaxt yanlış yerə müraciət edirlər. Bununla əlaqədar, bölgələr də daxil olmaqla ölkədə mərkəzin təşəbbüsü ilə ÜST-nin mütəxəssislərinin iştirakı etdiyi təlim və maarifləndirici seminarlar təşkil olunur”, – deyə Cəfərova vurğulayır.

Günəş Cəfərova risk qrupları arasında profilaktik proqramların vacibliyinə diqqət çəkir: “Mərkəzin mobil məntəqələri risk qruplarının toplaşdığı yerlərdə müayinələr aparır, maarifləndirici işlər görür. İİV infeksiyasının daha çox risk qrupları arasında yayılmasına baxmayaraq, biz risk qrupları ilə yanaşı, ümumi əhali arasında da əks epidemik tədbirlər həyata keçiririk. Bu mənada, əhalinin sıx toplaşdığı məkanlarda, böyük ticarət mərkəzlərində, eyni zamanda, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində paytaxt və regionlardakı orta və ali təhsil müəssisələrində keçirdiyimiz silsilə tədbirləri, kütləvi müayinə aksiyalarını misal göstərə bilərəm”.

Ümidin simvolu: sağlam doğulan körpələr

Direktor müavini bildirir ki, psixoloji dəstək müalicənin bir hissəsidir. Mərkəzdə çalışan psixoloqlar da pasiyentlərin adaptasiya dövrünü asanlaşdırmaq üçün onlara dəstək göstərirlər. Yoluxmanın şokunu yaşayan şəxslər arasında depressiya və özünəqapanma halları müşahidə olunur. Bu səbəbdən psixoloji yardım göstərilməsi müalicənin vacib mərhələlərindən sayılır.

Mərkəz əməkdaşları üçün ən böyük sevinc anlarından biri də hər iki valideyni İİV-ə yoluxmuş ailələrdə sağlam körpənin dünyaya gəlməsi olur. Bu hal müasir tibbi nəzarətin və düzgün müalicə yanaşmasının real nəticəsidir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzində gördüklərimiz onu göstərir ki, İİV infeksiyası olan şəxslərə qarşı stiqmanın aradan qaldırılması onların həyatını xilas edə bilər. Onlar da digərləri kimi yaşamağa, sevilməyə və dəstəyə layiqdir. Cəmiyyət olaraq həmrəylik, anlayış və düzgün məlumatlandırma bu sahədəki ən böyük gücümüzdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 May 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri