Bu xəstəliklərdən qorunmaq üçün bağçılıqla məşğul olun Riskləri azaldır
Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərədə aparılan araşdırmaya görə, daha çox bitki və ağac olan mühitlərdə yaşamaq demans və insult riskini azaldır.
Sağlamolun.az xəbər verir ki, bağçası olan insanlarda demans riski 13 faiz azdır.
55 yaşlı 420 min Britaniya vətəndaşının iştirak etdiyi araşdırmaya görə, bunun əsas səbəbi yaşıl mühitlərdə havanın çirklənməsinin azalmasıdır.
Tədqiqatçılar 12 illik araşdırmada insult, demensiya və ölüm kimi məlumatları ilə onların evlərinin yaşıl ərazilərə yaxınlığı ilə müqayisə etdi.
Belə ki, ən çox yaşıl sahəyə malik olanlar ən az riskə malikdir. Aparılan araşdırmalara görə, onların insult keçirmə ehtimalı 8 faiz, ölmək ehtimalı isə 14 faiz azalıb.
Qeyd edək ki, 8 min 568 nəfərə insult, 5 min 648 nəfərə isə demens diaqnozu qoyulub. Bəzilərində insultdan sonra demans inkişaf edib.
Bəsti MƏMMƏD
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 Noyabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















