Icma.az
close
up
RU
Bu ximətdən çoxları istifadə edir, amma riskini bilmir 14 ilədək həbsi var

Bu ximətdən çoxları istifadə edir, amma riskini bilmir 14 ilədək həbsi var

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Son dövrlərdə çatdırılma xidmətləri gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Əvvəllər əsasən yemək və müxtəlif məhsulların sifarişi üçün istifadə olunan bu xidmətlər artıq daha geniş funksionallıq qazanaraq şəxsi əşyaların bir ünvandan digərinə operativ şəkildə çatdırılması üçün də geniş tətbiq olunur. Vaxt itkisinin qarşısını almaq, nəqliyyat çətinliklərini aradan qaldırmaq və rahatlıq əldə etmək baxımından bu xidmətlər vətəndaşlar üçün cəlbedici görünür.
Lakin xidmətlərin əhatə dairəsinin genişlənməsi ilə paralel olaraq müəyyən risklər də ortaya çıxır. Xüsusilə fərdi kuryerlər və ya platforma üzərindən fəaliyyət göstərən sürücülərlə bağlı etibarlılıq məsələsi son zamanlar daha çox müzakirə olunur. Bəzi hallarda müştərilərin kuryerə etibar edərək göndərdiyi şəxsi əşyaların ünvanına çatdırılmaması, gecikdirilməsi və ya ümumiyyətlə mənimsənilməsi ilə bağlı iddialar narahatlıq doğurur. Bu kimi hallar təkcə maddi zərərlə nəticələnmir, eyni zamanda xidmətə olan ümumi etimadı da sarsıdır.
Bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, sürücüyə çatdırılma üçün etibar edilmiş əşyanın onun tərəfindən mənimsənilməsi birbaşa cinayət tərkibi yaradır:
“Cinayət Məcəlləsinə əsasən, təqsirkara etibar edilmiş özgə əmlakını talama (mənimsəmə) cinayət sayılır. Vurulan ziyanın miqdarından və törədilmə şəraitindən asılı olaraq, şəxs cərimə, ictimai işlər, azadlığın məhdudlaşdırılması və ya 2 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Müştəri qarşısında maddi ziyanın ödənilməsi öhdəliyi əksər hallarda çatdırılmanı təşkil edən platformanın üzərinə düşür. Mülki Məcəlləyə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərin əvəzini ödəməlidir. Qanunvericilik "işçi" dedikdə yalnız əmək müqaviləsi ilə işləyənləri deyil, həm də mülki hüquq müqaviləsi (məsələn, xidmət müqaviləsi) üzrə iş görən fiziki şəxsləri də nəzərdə tutur (əgər onlar şirkətin tapşırığı və nəzarəti altında hərəkət edirlərsə). Bu o deməkdir ki, kuryer "fərdi sahibkar" olsa belə, platforma onun vurduğu zərərə görə müştəri qarşısında məsuliyyət daşıya bilər. Daşıyıcı yükü (əşyanı) qəbul etdiyi andan təslim edənədək onun qorunub saxlanılması və itməməsi üçün məsuliyyət daşıyır. Əşya mənimsənildikdə, daşıyıcı (və ya vasitəçi platforma) müştəriyə dəymiş zərəri kompensasiya etməlidir”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Aprel 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri