Icma.az
close
up
RU
Bu yağlar bədəndə ərimir, xəstəlik yaradırmış DİQQƏT!

Bu yağlar bədəndə ərimir, xəstəlik yaradırmış DİQQƏT!

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Müasir dövrdə bir çox insan sağlam qidalanmaya diqqət yetirməyə çalışsa da, gündəlik istifadə edilən bəzi qida məhsullarının tərkibi və təsiri tez-tez diqqətdən kənarda qalır. Bu məhsullardan biri də marqarindir. İlk baxışda kərə yağının alternativi kimi görünən marqarin, əslində sağlamlıq üçün ciddi risklər daşıya bilər.

Sfera.az bildirir ki, marqarinin əsas zərərlərindən biri tərkibindəki trans yağlardır. Bu yağ növü insan orqanizmi üçün son dərəcə zərərlidir. Trans yağlar, qandakı “pis” xolesterol (LDL) səviyyəsini artırır, eyni zamanda “yaxşı” xolesterol (HDL) səviyyəsini aşağı salır. Bu isə ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır. Dünyada bir çox ölkə artıq trans yağların istifadəsini qadağan etmiş və istehlakçını bu təhlükə barədə maarifləndirmişdir.

Marqarinlər otaq istiliyində ərimədikləri kimi, insan bədənində də ərimir. Marqarinlər əslində duru yağlardır, lakin otaq temperaturunda qatı olmaları üçün tərkibinə hidrogen bağları əlavə edilir. Bu trans yağlar aldığımızda necə qatı formadadırsa insan bədənində də eləcə qalır. Biz bu yağları yandıra bilmirik, onlar orqan və damarlarda yığılır, ürək-damar xəstəliklərində ciddi risk faktoruna çevrilir. Marqarin insan bədəni üçün tamamilə zəhərli maddədir və qaraciyər yağlanmasına səbəb olur. Tədqiqatlar marqarin yerinə kərə yağının istifadə olunmasının daha sağlam olduğunu göstərir.

Marqarinin tərkibindəki süni maddələr və trans yağlar bədəndə iltihab proseslərini gücləndirə bilər. Xroniki iltihab isə yalnız bir simptom deyil, həm də diabet, ürək-damar xəstəlikləri, Alzheimer xəstəliyi və hətta bəzi xərçəng növlərinin inkişafı üçün zəmin yaradır.


Marqarin yüksək kalorili məhsuldur. Onun mütəmadi və nəzarətsiz istifadəsi çəki artımına səbəb olur. Xüsusilə oturaq həyat tərzi keçirən insanlar üçün marqarinin gündəlik qida rasionunda yer alması obez riskini daha da artırır.

Ənənəvi kərə yağı ilə müqayisədə marqarin qida dəyəri baxımından çox kasaddır. Onun istehsalı zamanı istifadə olunan kimyəvi proseslər təbii yağlarda mövcud olan faydalı maddələrin çoxunu məhv edir. Bundan əlavə, marqarinə rəng verici, dad artırıcı və konservantlar əlavə olunur ki, bunlar da uzun müddətli istifadə zamanı sağlamlığa mənfi təsir göstərə bilər.

Əgər siz marqarini yağ ehtiyacınızı qarşılamaq üçün istifadə edirsinizsə, daha sağlam alternativlərə keçmək mümkündür. Zeytun yağı, kətan toxumu yağı, hindqozu yağı və avokado yağı kimi təbii yağlar həm daha sağlam, həm də faydalıdır. Bu yağlar bədənin ehtiyac duyduğu faydalı yağ turşuları ilə zəngindir və çoxsaylı müsbət təsirləri ilə seçilirlər.


Nəticə olaraq, marqarin gündəlik istifadədə tez-tez rast gəlinən, lakin sağlamlıq üçün təhlükəli olan məhsullardandır. Onun tərkibindəki trans yağlar, süni maddələr və yüksək kalori səviyyəsi bədənin müxtəlif sistemlərinə mənfi təsir göstərir. Sağlam həyat tərzinə sadiq qalmaq istəyən hər bir insan marqarin istifadəsini minimuma endirməli və daha təbii alternativlərə üstünlük verməlidir.

Firuzə Əliyeva
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 May 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri