Bu YAP funksionerini Rəşadət Xalıqov əvəz edir
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
YAP Nizami rayon təşkilatında rəhbərlik dəyişikliyindən sonra diqqətlər bu qurumda sədr müavini olan Rəşadət Xalıqova yönəlib.
Bakıvaxtı.az xatırladır ki, Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov vəzifəsindən azad edilib.
Məlumata görə, Vəlibəyovun vəzifəsini hazırda onun müavini Rəşadət Xalıqov icra edir.
Bəs Rəşadət Xalıqov kimdir?
Rəşadət Xalıqov YAP sistemində müxtəlif vəzifələrdə çalışıb. O, partiyada əvvəlcə mütəxəssis, daha sonra baş mütəxəssis və məsləhətçi vəzifələrində fəaliyyət göstərib.
Xalıqov 2014-cü ildə Bakı şəhəri 229 nömrəli tam orta məktəbi, 2018-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.
O, 2022-ci ildən YAP Nizami rayon təşkilatının sədr müavini vəzifəsini tutur.
Rəşadət Xalıqov bu illər ərzində YAP Nizami rayon təşkilatının müxtəlif tədbirlərində və ictimai-siyasi fəaliyyətində iştirak edib. 2026-cı ilin sentyabrında keçirilən təşkilatın XI konfransında sədr müavini kimi hesabat məruzəsi ilə çıxış edib.
Onun təşkilatın yeni sədri olub-olmayacağı isə qarşıdakı qərarlardan sonra məlum olacaq.
Elcan Musalı
Baxış sayı:64
Bu xəbər 28 Sentyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















