Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Bu yeddi hərəkəti edə bilirsiz? Vaxtından əvvəl ölüm riski ilə əlaqəli

Bu yeddi hərəkəti edə bilirsiz? Vaxtından əvvəl ölüm riski ilə əlaqəli

Icma.az, Medicina portalına istinadən məlumatı açıqlayır.


Tayvanda 13.000-dən çox insan üzərində aparılan yeddi illik bir araşdırma, yeddi sadə testdə ən yaxşı nəticə göstərənlərin vaxtından əvvəl ölüm riskinin daha aşağı olduğunu ortaya qoydu.

Medicina.az xəbər verir ki, tayvanlı tədqiqatçılar güc, tarazlıq, elastiklik, çeviklik və ürək-damar tutumunu ölçən yeddi sadə məşqdəki performansla hər hansı bir səbəbdən ölüm riski arasındakı əlaqəni araşdırdılar.

JAMA Network Open-də dərc olunan araşdırma, fiziki cəhətdən daha yaxşı nəticə göstərən şəxslərin yeddi illik müşahidə dövründə ölüm riskinin əhəmiyyətli dərəcədə aşağı olduğunu göstərdi.

Tədqiqata orta yaşı 73 olan 13.423 tayvanlı iştirakçı daxil idi. İştirakçıların təxminən üçdə ikisi qadınlar idi.

Alimlər iştirakçıların fiziki vəziyyətini ürək-damar tutumu, əzələ gücü, elastiklik, tarazlıq və çeviklik kimi başlıqlar altında qiymətləndirdilər.

Ürək və ağciyər tutumunu qiymətləndirmək üçün iştirakçılardan iki dəqiqə addım atmaları istənildi və bu müddət ərzində atdıqları addımların sayı qeyd edildi.

Əzələ gücünü ölçmək üçün iki fərqli test tətbiq edildi. Biri iştirakçıların 30 saniyədə qollarını neçə dəfə bükə bildiklərini ölçdü. Digəri isə eyni müddət ərzində neçə dəfə stuldan ayağa qalxıb otura bildiklərini ölçdü.

30 saniyədə ən çox stuldan ayağa qalxıb otura bilənlərin ölüm riski 45% daha aşağı idi.

,

Tarazlıq testində iştirakçılardan mümkün qədər uzun müddət bir ayaq üzərində dayanmaları istənildi. Bu testdə ən yaxşı nəticə göstərənlərin ölüm riski 50% daha aşağı idi.

Çeviklik və hərəkətliliyi qiymətləndirən başqa bir testdə iştirakçılardan stuldan ayağa qalxmaları, 2,4 metr gəzmələri, geri qayıtmaları və yenidən oturmaları istəndi.

Bu testi ən sürətli tamamlayan şəxslərin ölüm riskinin 59 faiz daha aşağı olduğu müəyyən edildi. Qadınlarda test təxminən 7-8 saniyədən çox çəkdikcə ölüm riski artdı.

Tədqiqatçılar həmçinin elastiklik üçün iki ayrı hərəkəti sınaqdan keçirdilər. Birincisi, insanların oturarkən ayaq barmaqlarına nə qədər çata bilməsi idi. Onlar həmçinin iştirakçıların əllərini arxalarına nə qədər yaxınlaşdıra, bir qolunu çiyinlərinin üzərindən, digərini isə altdan keçirə biləcəklərini araşdırdılar.

Daha sonra tədqiqatçılar ümumi fiziki hazırlıq balı yaratmaq üçün yeddi testin nəticələrini birləşdirdilər.

Məlum oldu ki, ən yüksək fiziki hazırlıq balı olan şəxslərin yeddi illik müşahidə dövründə hər hansı bir səbəbdən ölüm riski ən aşağı bal alanlarla müqayisədə təxminən 61 faiz daha aşağıdır.

Tədqiqatçıların fikrincə, hər bir test müxtəlif mexanizmlər vasitəsilə ölüm riskinin azalmasına töhfə verə bilər. Tarazlığın, hərəkətliliyin və güclü ayaq əzələlərinin qorunması yaşlı insanlarda yıxılma riskini azalda bilər.

Aygün

Medicina.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 12 Avqust 2026 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see439

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see332

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see331

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see310

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see288

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see287

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see277

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see258

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see242

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see235

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see219

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see218

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see209

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see203

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see202

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see194

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see190

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri