Bu yolla hərəkət etdikdə elektromobilin batareyaları öz özünə dolur
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Trolleybusun iş prinsipi çoxlarına tanışdır: rezin təkərli bu texnika misdən hazırlanmış kontakt xəttindən cərəyan götürərək ümumi yolda hərəkət edir. İndi bu iş prinsipi bir qədər dəyişdirilərək elektromobillərə tətbiq edilir.
Avtosfer.az xəbər verir ki, Parisin cənubunda elektromobillərin batareyalarının avtomatik rejimdə doldurulması üçün xüsusi yol hazırlanıb. 1,5 kilometrlik yola görünməyəcək şəkildə mis sarğaclar düzülüb və şəhər elektrik şəbəkəsinə inteqrasiya olunub. Yolla hərəkət edən elektromobilin batareyaları öz-özünə dolur. Bir şərtlə ki, elektromobildə xüsusi reseptorlar quraşdırılmış olsun. Bu tip elektromobil sarğacların üstündən keçdikdə maqnit sahəsi yaranır və induksiya hesabına elektrik əmələ gəlir. 1 kilometr yol qət edən elektromobilin yığdığı enerji 3 kilometr hərəkətə imkan verir.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 31 Oktyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















