Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Bu zaman həm sərnişinlər, həm də sərnişindaşıma şirkətləri udacaq İqtisadçıdan MÜHÜM TƏKLİF

Bu zaman həm sərnişinlər, həm də sərnişindaşıma şirkətləri udacaq İqtisadçıdan MÜHÜM TƏKLİF

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son vaxtlar sərnişindaşımada  müəyyən sosial qruplara güzəştlərin tətbiqi ilə bağlı mövzu gündəmdədir. Bu məsələ dövlət qurumları səviyyəsində müzakirə olunsa da, hələ ki, dəqiq mexanizm açıqlanmayıb. Ümumiyyətlə bu proqramı özünü doğruldacaqmı? Güzəştlər hansı həssas qrupları əhatə edəcək? Dövlət sərnişindaşıma şirkətləri üçün bu güzəştləri necə kompensasiya edə bilər? Güzəştlər hansı həddə olacaq, neçə faizlik bir güzəştdən söhbət gedir? Bütün bu suallar müzakirə mövzusu olaraq qalmaqdadır. 

Mövzu ilə bağlı Sitat.info-ya danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, indiki şərtlər daxilində hökumətin hansı istiqamətdə güzəştli sərnişindaşıma tarifləri ilə bağlı proqnozlaşdırma aparmaq çox çətindir: "Çünki bir çox hallarda bu kimi fikirlər sonrakı müzakirələrdə tamamilə fərqli istiqamətlərə yönəlir, razılaşdırılması mümkün olmur və ya tamamilə fərqli parametrlər ortaya çıxır. Ümumilikldə isə burada çətin bir məsələ yoxdur. Sadəcə şəffaflığın təmin edilməsi həm gəlirlərin, həm xərclərin şəffaflaşdırılması bu və ya digər şəkildə güzəştli şərtlər daxilində sərnişindaşımanın tətbiqi üçün əlverişli imkanlar formalaşdıra bilər.

Əlbəttə ki, həssas sosail qruplar önə çəkilməlidir. Burada əlilliyi olan şəxslər, işsizlər, pensiyaçılar, tələbələr və dolanışığını müxtəlif sosial müvinətlər hesabına təmin edən digər sosial qruplar güzəştli şərtlərlə xidmətlərdən istifadə edə bilərlər".

R.Həsənov hər kəsi əhatə edə biləcək bir tarif mexanizminin tətbiqini da istisna etmir: "Bu gün qaldırılan digər bir məsələ -bir neçə nəqliyyat vasitəsindən istifadə edilməklə hər hansı bir yerə gedilməsi  mövzusu da əhəmiyyətlidir. Nazirlər Kabinetinin təsdiqlədiyi əhalinin istehlak səbətinin strukturuna baxsaq görərik ki, burada bir nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulur. Lakin hazırda Bakıda, Abşeronda və Bakıətrafı qəsəbələrdə vəziyyət belədir ki, insanlar bir neçə nəqliyyat vasitəsindən istifadə etmək məcburiyyətindədirlər. Bu da gəlirlərin ədalətli paylanması sistemini müəyyən şəkildə zədələyir. İctimai nəqliyyatdan istifadə edənlərin əhəmiyyətli hissəsinin aşağı və aşağı-orta gəlirli sosial qruplar olduğunu nəzərə alsaq, bu durum onların büdcəsinə ciddi təsir göstərir və rifahını aşağı salır. Eyni zamanda ədalətsizliyi də formalaşdırır. Burada günlük, həftəlik, aylıq, illik biletlərin satışı formasında güzəştli  təkliflər irəli sürülə bilər. Bu vəsaitlərin əvvəlcədən toplanması nəqliyyat qurumlarına da həmin vəsaiti daha səmərəli idarə etməklə gəlirlər əldə edə bilərlər, kredit öhdəliklərini vaxtından öncə istifadə edərək faiz öhdəliklərindən xilas ola bilərlər. Bu da ümumi prosesin xərclərini optimallaşdıra bilər".

Həssas sosial qruplara gəlincə, R.Həsənov vurğuladı ki, burada güzəştlərin hansı həddə olacağını demək çətindir: "Ehtimal olunan rəqəmlər 20-30 faiz arasında ola bilər. Hazırda güzəştli rəqəmlər yalnız  Naxçıvana hava nəqliyyatı ilə sərnişindaşımadadır. Burada da güzəşt səviyyəsinin aşağı olduğunu  müşahidə edirik, 10-15 faiz həddindədir.  Yerüstü nəqliyyat vasitələrində də güzəştlər dünya təcrübəsində geniş yayılıb. Ümumiyyətlə Bakıda və Abşeronda ödənişsiz sərnişindaşımaya keçidlə bağlı bir strategiya hazırlanmalıdır və bunun təməlləri atılmalıdır. Dünyanın bir sıra şəhərlərində bu yolla şəxsi avtomobillərdən istifadənin qarşısını almağa çalışırlar, nəticədə tıxac problemini idarə edirlər, şəhəri küydən xilas edirlər , atmosferə zəhərli tullantıların azaldılmasına nail olurlar. Son nəticədə şəhər əhalisinin səhhətinin yaxşılaşdırılması yolu ilə səhiyyəyə ayrılan xərclərin azaldılmasına, daha əlverişli yaşam tərzinin təmin olunmasına nail olurlar. Bu eyni zamanda "yaşıl inkişaf" strategiyasına da xidmət edən bir məsələdir. Orta və uzunmüddətli dövrdə Bakı və Bakıətrafında sərnişindaşımanın ödənişsiz əsaslarla  təşkili istiqamətində qurulmalıdır".

Nigar, 

Sitat.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sitat.info
archiveBu xəbər 23 Sentyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see153

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see139

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri