Icma.az
close
up
RU
Sərnişindaşıma şirkətləri ziyanla işləyir: İqtisadçıdan HÖKUMƏTƏ mühüm təkliflər...

Sərnişindaşıma şirkətləri ziyanla işləyir: İqtisadçıdan HÖKUMƏTƏ mühüm təkliflər...

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılması, 1 manata qalxacağı ilə bağlı məsələ gündəmin əsas mövzularından birinə çevrilib. Son həftələrdə həm sərnişinlər, həm də ekspertlər arasında bu barədə müzakirələr getdikcə güclənir. 
Hazırda paytaxtda metroda gedişhaqqı 50 qəpik, avtobus marşrutlarında isə məsafədən asılı olaraq 50 qəpik-1 manat arası dəyişir.  Lakin sahibkarlar son vaxtlar qoyulan tələblərə görə xərclərin artmasından və xərclərin qazancı üstələməsindən narazıdırlar. Bəs belə olan halda gedişhaqqları artaraq 1 manat ola bilərmi?

Mövzu ilə bağlı Sitat.info-ya danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, hazırda sərnişindaşıma şirkətlərinin bir çoxu zərərlə işləyir: "Sahibkarlar tərəfindən açıqlanan məlumata görə hazırda bir sərnişinin daşınması təxminən 68 qəpiyə başa gəlir. Bu isə mövcud tariflərlə müqayisədə 30-35 faiz daha artıqdır. Faktiki olaraq sahibkarlar zərərlə fəaliyyət göstərirlər. Əvvəlki dövrlərdə sahibkarların xərcləri optimallaşdırması ilə bağlı müəyyən imkanlar  var idi.  Belə ki, əvvəl onlar dövriyyəni gizlədə bilirdilər, vergi öhdəliklərindən yayınırdılar. Xərclərin bir qismini sürücülərin üzərinə qoyurdular, fərqli əməkdaşlıq modelləri var idi. Bu yolla sahibkar fəaliyyətinin mənfəətliliyini təmin edə bilirdi. Son dövrlərdə nəqliyyatın təşkili ilə bağlı tələblərin dəyişməsi, dövriyyənin leqallaşdırılması, avtoparkın yenilənməsi ilə bağlı tələblər və sair səbəblərdən faktiki olaraq sahibkarların xərcləri ciddi şəkildə artıb".

R.Həsənov vurğuladı ki, Azərbaycanda sərnişindaşıma sahəsində qiymətlərin tənzimlənən olduğunu nəzərə alsaq, hökumət artan xərcləri kompensasiya etməlidir: "Kompensasiya etmirsə və özəl şirkətlərin bu istiqamətdəki fəaliyyətinin mənfəətliliyini təmin etmirsə, orta və uzunmüddətli dövrdə bu proses nəqliyyat xidmətlərinin davamlılığına və keyfiyyətinə ciddi risklər formalaşdıracaq. Təəssüf ki, son 5-6 ildə bu sahədə fəaliyyət göstərən özəl şirkətlərə dövlət dəstəyi dayanıb. Büdcədən bu məqsədlə ayrılan vəsaitlər dövlət müəssisələrinin maliyyələşdirilməsinə və xərclərin kompensasiyasına yönəldilir. Ona görə də, biz özəl şirkətlərin haqlı  narazılığını müşahidə etmiş oluruq".

İqtisadçı hesab edir ki, ölkəmizdə bu məsələ sosial siyasətin parametrlərindən biri olduğundan hökumət burada müəyyən bir mövqe ortaya qoymalı, gediş haqlarının artırılmasındansa, artan xərclərin kompensasiyası ilə bağlı mexanizmlər təqdim etməlidir: "Son trendlər də bu istiqamətdə çağırışlar formalaşdırır. Bir çox ölkələr yaşıl nəqliyyat siyasəti və ya iri şəhərlərdə sıxlığın idarə olunması kimi makro məqsədlər çərçivəsində hətta ödənişsiz sərnişindaşıma siyasətinə keçid edirlər. Gəlirlərinin əhəmiyyətli hissəsi resursdan formalaşan Azərbaycan hökuməti də bu istiqamətdə düşünə bilər. Xüsusən də Bakıda və Abşeron yarımadasında acınacaqlı vəziyyət yaranıb. Həm nəqliyyatın  idarəolunması sahəsində sıxlıq, həm əhalinin vaxtının səmərəsizliyi məsələsi, həm fərdi nəqliyyat vasitələrinin atmosferə vurduğu ziyan və sair bu kimi səbəblərdən dolayı artıq ciddi ölçü götürülməli və müvafiq proqramlar hazırlanmalıdır. Bunlardan ən mühümü ictimai nəqliyyatda sərnişindaşımanın təşkili ilə əlaqədar xərclərin optimallaşdırılması, həm də kütləvi sərnişindaşımanın ödənişsiz əsaslarla formalaşdırılması da nəzərdən keçirilən bilər".

Məğrur,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://sitat.info
archiveBu xəbər 29 Avqust 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri