Icma.az
close
up
RU
Bu Zəfərin kökündə xalqımızın birliyi və əvəzsiz Liderimizin qətiyyəti dayanır

Bu Zəfərin kökündə xalqımızın birliyi və əvəzsiz Liderimizin qətiyyəti dayanır

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Məlumdur ki, Dəyərli Xalqımız 44 günlük Zəfərin 5-ci ildönümünü bayram edir. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında tarixinin ən qürurlu səhifələrindən birini, 2020-ci ilin 8 Noyabrında Zəfər Gününü yazdı. Böyük qürur hissi ilə qeyd etməliyik ki, 44 Günün hər günü xalqımızın şanlı tarixidir!

Yeri gəlmişkən, 2020-ci il sentyabrın 27-də, Vətən müharibəsi başladığı həmin gündə dövlətimizin başçısı xalqa ilk müraciətini bu sözlərlə bitirdi: "Bizim işimiz haqq işidir. Biz Zəfər çalacağıq!" Hələ 2003-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək özünün siyasi varisi İlham Əliyevə dəstək göstərməyə çağırış etmişdi. Özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Ulu Öndər əmin idi ki, onun sona çatdıra bilmədiyi taleyüklü məsələləri, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıracaq.

Qeyd etmək lazımdır ki, tarix bu fikirlərin nə qədər doğru olduğunu sübut etdi. İllər əvvəl Ulu Öndərin əminliyi bu gün milyonlarla azərbaycanlının sarsılmaz inamına çevrildi. Hərbi-siyasi qələbə ilə bitən Vətən savaşı ilk növbədə bütün dünyaya Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qüdrətini nümayiş etdirmiş oldu. Bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunması Prezident İlham Əliyev siyasətinin şah əsəridir. Azərbaycan dövlətinin müstəqil varlığı Ulu Öndərin sayəsində mümkün olubsa, son 200 ildə itirilən torpaqlarımızın qaytarılması, ərazi bütövlüyümüzün təmin edilməsində qazandığımız Zəfər Müzəffər Ali Baş Komandanın ardıcıl, məqsədyönlü siyasəti və uğurlu diplomatiyası sayəsində reallaşmışdır. Məhz İlham Əliyevin yüksək sərkərdəlik məharəti və qəhrəman əsgərlərimizin igidliyi nəticəsində xalqımız birlik göstərdi və tarixi ədaləti bərpa etdi.

Onu da qeyd edək ki, Ölkəmiz heç bir beynəlxalq norma və prinsipləri pozmadan, humanizm göstərərək ləyaqətli müharibə apardı. Biz həm də dünyaya yeni humanizm prinsiplərini aşıladıq. Ermənistanın dinc əhaliyə qarşı törətdiyi hərbi terrora cavabımız yalnız döyüş meydanında oldu.

2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyanatları, Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri və bu təxribatçı əməllərin davamı qismində 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyanın ABŞ-də rəsmi səfərdə olarkən "yeni torpaqlar üçün yeni müharibə" çağırışı münaqişənin sülh yolu ilə həlli imkanlarını sarsıtdı. 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Xüsusilə qeyd etmək lazımdır ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək üçün 2020-ci il sentyabrın 27-də başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. Noyabrın 8-də Azərbaycan xalqı üçün müqəddəs şəhər sayılan Şuşa işğaldan azad edildi. Qarabağın tacı olan Şuşanın azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyat idi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtulması müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi.

Məlim olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd olunur. Məhz həmin gün Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalqımızın və ordumuzun gücü ilə Vətən müharibəsi Zəfərlə sona çatmışdı. Son ikiəsrlik tarixin heç bir dönəmində, dünyanın heç bir ölkəsində görünməyən nadir bir hadisə - işğal edilmiş torpaqların hərb yolu ilə geri qaytarılması baş vermişdi. Dövlətçilik tariximizin Müstəqilliyin Bərpası, Dövlət Bayrağı və Milli Dirçəliş günləri kimi şərəf salnamələri sırasına ən möhtəşəmi, hər xalqa nəsib olmayan yeni əlamətdar tarixi gün - Zəfər Günü yazılmışdı.

Ən əsası, bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suveren ölkəmizin hər bir bölgəsində qürurla dalğalanır. Suverenliyini tam təmin etmiş Azərbaycan Prezident İlham Əliyevlə daha möhtəşəm zəfərlərə doğru inamla addımlayır.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see817

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see331

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see291

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see282

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see192

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see190

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see149

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri