Icma.az
close
up
RU
Budçanaq oynağının displaziyası, budun anadangəlmə yarımçıxığı və tam çıxığı

Budçanaq oynağının displaziyası, budun anadangəlmə yarımçıxığı və tam çıxığı

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzən uşağın doğulması vaxtına gədər onun bud-çanaq oynağı tam inkişaf etmir.

Bu zaman uşaqda bud-çanaq oynağının displaziyası, anadangəlmə yarımçıxığı və tam çıxığı baş verə bilər.

Bu 3 hal oynağın nə dərəcədə inkişaf etməməsi ilə bir-birindən fərqlənir. Bunlardan ən təhlükəlisi - anadangəlmə bud çıxığıdır. Vaxtında aşkar edilib müalicə olunmadığı hallarda bu çıxıq tam əlilliyə səbəb ola bilər.

Bud-çanaq oynağı patologiyaları ortoped tərəfindən bir sıra əlamətlərə görə təsdiqlənir: uşaqda sagrı büküşlərinin qeyri-simmetrik olması, budların yanlara doğru kifayət qədər açılmaması (normada körpənin dizdən bükülmüş ayaqları yan tərəflərə 80-900 qədər aralanmalıdır), ayaqlardan birinin o birindən qısa olması, pəncənin bayıra tərəf meyllənməsi və s.

Qeyd edək ki, bəzi hallarda uşaqlarda bud cıxığı, demək olar ki, heç bir xarici əlamətlə özünü büruzə verməyə də bilər! Buna görə də bir çox valideynlər büküşlərin simmetrik olduğunu və digər əlamətlərin isə olmadığını görüb, uşağı ortopedə göstərməyə tələsmirlər. Buna qətiyyən yol vermək olmaz! Həyatının 1 ayında hər bir uşaq həkim-ortopedin müayinəsindən keçirilməlidir, təcrübəli həkim patologiyanın olmasını hətta kiçik bir əlamətin əsasında təyin edə bilər. Əgər müayinə zamanı uşaqda hər hansı bir patoloji halın olmasına şübhə yaranarsa, diaqnozun təstiqlənməsi üçün uşaq rentgen və USM-dən keçməli olur.

Qeyd edilən bu patologiyalar üzrə ən güzgün nəticəni 3 ay tamamında aparılar rentgen müayinəsi verir. Valideynlər uşağın "şüalanmasından" qorxmamalıdırlar, çünki onun dozası minimal olur və körpəyə heç bir ziyan vermir.

Daha bir kifayət qədər dəqiq müayinə metodu - bud-çanaq oynağının USM-dir (həkimin ciddi şübhələri olduğu halda, bu üsulu hətta dərhal doğuşdan sonra da tətbiq etmək olar).

Bud-çanaq oynağının patologiyası diaqnozu təsdiq olunduğu halda, uşağı uzunmüddətli müalicə gözləyir. Müalicənin bir kursu 3-4 ay davam edir, effekti isə rentgenoloji müayinə vasitəsilə qiymətləndirilir. Displaziya və yarımçıxığın düzəlməsinə 1-2 kurs müalicə kifayət edir. Tam çıxığın müalicəsi isə daha çox vaxt tələb edir.

Müalicə məqsədilə əsasən Freyk yastığından istifadə olunur. Yastıq uşağın ayaqlarının aralanmış vəziyyətdə olmasını təmin edərək, çıxmış oynağı tədricən öz “qanuni” anatomik yerinə - çanaq yuvasına düşməsinə kömək edir. Yastıqdan gün ərzində daimi olaraq istifadə olunmalıdır. Yalnız uşaq bezləri dəyişdirilən zaman və ya uşaq çimizdirilərkən və s. bu kimi məcburi hallarda yastıq çıxarıla bilər. Bu çox vacibdir! Uşaq gecələr də bu yastıqla yatmalıdır. İlk dəfə yastıq isti vanna qəbulundan sonra bir neçə saatlığa qoyulur, sonralar isə vaxt tez zamanda uzadılaraq daimi istifadəyə keçirilir.

Bud-çanaq oynağının displaziyası, budun anadangəlmə yarımçıxığı və tam çıxığı zamanı fizioterapiya müalicəsi də (kalsium və fosforla elektroforez və s.) yaxşı effekt verir. Displaziya və yarımçıxıq zamanı masaj və müalicəvi idman da çox vacibdir. Bud-çanaq oynagının adangəlmə tam çıxığı zamanı isə istənilən fiziki hərəkət yalnız oynaq başı öz anatomik yerinə düşdükdən və fiksasiya olunduqdan 2 ay sonra mümkündür.

Əksər hallarda bud-çanaq oynagının displaziyası, budun anadangəlmə yarımçıxığı və tam çıxığı tam şəkildə müalicə olunur. Lakin diaqnoz gec qoyulduqda, müalicə düzgün və mütəmadi aparılmadıqda, 2-3 yaşından sonra uşağı əlillikdən qurtarmağın yeganə üsulu olan mürəkkəb və travmatik cərrahi əməliyyatdan istifadə olunur.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri