Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

BUGÜNKİ GƏNCLİK MÖHTƏŞƏM BİR TARİX YAZDI

BUGÜNKİ GƏNCLİK MÖHTƏŞƏM BİR TARİX YAZDI

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bugünki gəncliyi heç kim qınamasın. Biz tez-tez belə bir fikir eşidirik: «Əşi, indiki gənclər bir az tənbəl, bir qədər də diqqətsizdir». Amma biz onu bilmirik ki, indiki gənclərin yaşadığı çətinlikləri, sıxıntıları və stressləri  30-40 il bundan əvvəlki  gənc nəsil yaşamayıb. Hətta bizim özümüz də bu sıxıntıları görməmişik və çiynimizdə bugünki gəncliyin çiynində  olduğu qədər ağır yük olmayıb. Bu kövrək çiyində belə ağır yükü daşımaq və eyni zamanda gənclik kimi formalaşmaq elə də asan məsələ deyil. Bunun üçün ən azından hər cür çətinliyə tab gətirmək, mənəvi cəhətdən  güclü olmaq və eləcə də böyük ümidlərə  söykənməlisən. 

Bugünki gənclik haqqında ən yaxşı fikri Ali Baş Komandan, prezident İlham Əliyev deyib. Ali Baş Komandan 44 günlük İkinci Qarabağ savaşında gəncliyimizə, onların igidliyinə, döyüşkənliyinə və vətənpərvərliyinə yüksək qiymət verərək bildirib ki, biz Qarabağ müharibəsini, yəni 44 günlük savaşı bugünki gəncliyin cəsarəti və qəhrəmanlığı hesabına əldə etmişik. 

Bəli, bu sözləri bugünki  gənclik haqqında prezident İlham Əliyev dəfələrlə müxtəlif yığıncaqlarda, Qələbə günündə səsləndirib. Təbii ki, buna heç kimin iradı ola bilməz. Biz həmişə düşünürdük ki, özümüzdən sonra gənc nəslin çiynində ağır yük qoyub gedəcəyik. Yəni işğal altında  olan torpaqlarımız azad olunmayacaq, ərazi bütövlüyümüz təmin edilməyəcəkdir. Çox böyük fərəhlə demək istəyirik ki, yaşlı nəslin, eləcə də qocaların görə bilmədiyi işi – ərazimizin işğal altından azad olunması, eləcə də ərazi bütövlüyümüzün təmin olunması bu gənclər tərəfindən gerçəkləşdirildi. Bizim çiynimizdən, eləcə də öz çiyinlərindən ağır yük götürdülər. Belə bir gəncliyə, belə bir igid kütləyə  kimin sözü ola bilər? Təbii ki, heç kimin.

Hər bir millətin zəngin tarixi, keçmişi, mədəniyyəti və əxlaqı olmalıdır. Azərbaycan xalqının da çox zəngin tarixi və keçmişi mövcuddur. Yəni indiki gənclik gözünü açıb Azərbaycan uğrunda canından keçən, həyatını qurban verən igidlərimizi görüb. İndiki gənclik Babəki görüb, Mehdi Hüseynzadəni görüb, general Həzi Aslanovu görüb. Bunları görən, onların qəhrəmanlığını filmlərdən izləyən gənc nəsil  təbii ki, elə bu qəhrəmanlara da bənzəməli idilər. Düzdür, onlar müxtəlif dövrlərin, müxtəlif zamanın igidləridir. Amma birmənalı olaraq demək olar ki, bu qəhrəmanlar Azərbaycan tarixinə adlarını qızıl hərflərlə yazıb və bizim ən ağır günümüzdə canlarını qurban veriblər. 

Heç şübhəsiz ki, gənclik də belə qəhrəmanları və igidləri özlərinin həyat yolu seçib və onlara  oxşamağa çalışıblar. Daha doğrusu, elə onlara da oxşayıblar.  Heç kim deyə bilməz ki, bizim gəncliyimizin Vətənə, milli dəyərlərə böyük sevgisi yoxdur. Çünki o gənclər uşaq bağçasında, ümumtəhsil  məktəblərdə və eləcə də ali təhsil ocaqlarında  xalqımızın tarixini, qəhrəmanlıq salnaməsini, mədəniyyətini yaxşı öyrəniblər. Daha doğrusu, onlara dərs deyən müəllimlər, alimlər, ziyalılar bu gənclərə düz yol göstəriblər. Vətəni sevməyən, onun yolunda döyüşməyə hazır olmayan və lazım gələndə şəhidlik zirvəsinə ucalmayan gənc ola bilməz.

Heç şübhəsiz ki,  istər Birinci Qarabağ savaşında, istərsə də İkinci Qarabağ döyüşlərində, yəni 44 günlük böyük savaşda Azərbaycan gəncliyinin qəhrəmanlığını tək biz yox, dünya bildi və tanıdı. Dünya bildi ki, çox mərd, döyüşkən və igid  oğullarımız 44 gün ərzində işğal altında olan ərazilərimizi düşmənlərdən təmizlədilər. Və birmənalı olaraq bütövlüyümüzü təmin etməyi bacardılar. Üstəlik də bizim gənclər ermənilər kimi faşist ruhunda tərbiyə almamışdılar. Bizim gəncləri valideynləri, bağça, ümumtəhsil məktəblər və ali təhsil ocaqları kamil insan kimi yetişdirmiş və tərbiyə  etmişdi.

Çünki erməni gəncləri Birinci Qarabağ savaşında mülki əhalimizə qarşı çox böyük qəddarlıq etmiş, onlara əzab-əziyyət vermiş, hətta ağaca bağlayıb üstlərinə benzin tökərək yandırmışdılar. Bax, bu erməni  vəhşiliyinin bariz nümunəsi idi. Qocalara,  uşaqlara rəhm etməmişdilər və onları gülləbaran etmişdilər. Amma bizim gənc əsgərlərimiz 44 günlük Qarabağ savaşında Xankəndində, Xocavənddə, Əsgəranda və digər yaşayış yerlərində oranı tərk edən mülki əhaliyə bir güllə belə atmamışdılar. Əksinə, onlara çay vermişdilər, çörək  vermişdilər, su vermişdilər. Bu o deməkdir ki, Azərbaycan gəncliyi ən böyük bəşəri dəyərlərə və keyfiyyətlərə malikdir. 

Mən İkinci Qarabağ savaşında Azərbaycan gənclərinin döyüşdə hansı qəhrəmanlıq göstərdiklərinin şahidi olmuşam. Şahidi olmuşam ki, onlar Vətəni, toprağı, Azərbaycanı canlarından da çox istəyiblər. Şahidi olmuşam ki, gənclərimiz cəbhədə döyüşməklə yanaşı, on minlərlə gənc hərbi komissarlıqlara gedib cəbhəyə yollanmaq istəyiblər. Onlar növbə gözləyiblər, növbəsi çatanlar gedib, növbəsi çatmayanlar döyüşə hazır olublar. Hətta bizim kəndə qəhrəmancasına döyüşüb şəhid olanda  belə gənclərin necə belə hayqırdığını, «Vətən» deyə dostlarını döyüşə çağırdıqlarını görmüşəm.  

Bu uşaqlar 44 günlük savaşın üçüncü günündə şəhid olan Eçin Süleymanovu çiyinlərində və əllərinin üstündə son mənzilə yola salıblar. Həmin anda Bəhmənlinin gəncləri  and içdilər ki, elçinlərin qanı heç vaxt yerdə  qalmayacaq. Biz hamımız bir nəfər kimi döyüşə  gedəcəyik. Onlar döyüşə getdilər, bütün şəhidlərimizin qisasını aldılar və qızıl bir tarix yazdılar. O tarix belə idi: «Qarabağ- Azərbaycandır!»

Mən bir neçə gəncimizin sinəsində bu yazını gördüm və sevindim. Sevindim ki, ay Allah, indiki gənclər  Vətəni nə qədər çox istəyirlər. Onlar şəhid olmaqdan, ölümdən qorxmurlar. Əksinə, Vətən uğrunda şəhid olmağı və lap yüksək zirvəyə çatmağı özlərinin ali məqsədi bilirlər. Onlar bilirlər ki, bu qəhrəmanlıqla yeni bir tarix yazırlar. Bu tarix gənc nəslin yaşlı nəsil qarşısında bir hesabatıdır. Gənc nəsil bu hesabatı verdi və adını tarixə qızıl hərflərlə yazdı. Bu isə o deməkdir ki, Azərbaycan gəncliyi çox möhtəşəm bir gənclikdir, onun düşüncəsi, milli mənəvi dünyası həmişə bu xalqın ürəyi ilə döyünür.
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 May 2026 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri