Bulvar İdarəsinin 2,5 milyon manat vergi borcu yaranıb
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsin dövlət büdcəsinə vaxtında ödənilməyən 2 milyon 517 min 24 manat 8 qəpik vergi borcu var.
Yeniavaz.com xəbər verir ki, bu İdarə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi adı ilə 10 yanvar 2008-ci ildə yaradılıb.
Azərbaycan Prezidentinin 31 iyul 2018-ci il tarixli Fərmanı ilə publik hüquqi şəxsə çevrilib.
Nizamnamə kapitalı 65 milyon 366 min 207 manat olan İdarənin qanuni təmsilçisi Ağalarov Xanlar Adil oğludur. Xanlar Ağalarov 2024-cü ildən Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinə yeni sədr təyin edilib.
Qeyd edək ki, Xanlar Ağalarov 2013-cü ildə Dövlət İdarəçilik Akademiyasını bitirib. 2015–2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) magistr təhsili alıb. O, eyni zamanda Böyük Britaniyanın Kembric Universitetində dövlət siyasəti ixtisası üzrə magistr proqramını bitirib. X. Ağalarov bu təyinatına qədər Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsini icra edib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Dənizkənarı Bulvar İdarəsinin 2,5 milyon manat vergi borcu var
21 İyul 2026 17:30
Bulvar idarəsinin vergi borcu “şişib”
28 Noyabr 2025 15:24
Bulvar idarəsinin həbsdə olan sabiq sədrinin səhhətində problem yaranıb
04 Mart 2026 17:35
Dənizkənarı Bulvar İdarəsinin maliyyə vəziyyəti açıqlandı
07 Yanvar 2025 14:58
Baxış sayı:71
Bu xəbər 07 Oktyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















