Icma.az
close
up
RU
Bunları bilmədən maşın almayın Bizi belə aldadırlar

Bunları bilmədən maşın almayın Bizi belə aldadırlar

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Xaricdən sifarişlə avtomobil almaq büdcəyə qənaət etmək və daha zəngin komplektasiya əldə etmək baxımından cəlbedici görünsə də, ciddi risklər daşıyır. Yürüşün (probeqin) geri çəkilməsi və mühərrikin gizli qüsurları alıcıların ən çox qarşılaşdığı problemlərdəndir. Avtomobilin texniki vəziyyətini fiziki olaraq yerində yoxlamaq imkanı olmadıqda, proses tamamilə məsafədən təhlilə və etibarlı resurslara söykənməlidir.

“Yeni Sabah” xəbər verir ki, xaricdən avtomobil sifariş edərkən, alıcılar aşağıdakı dələduzluq varinatları ilə qarşı-qarşıya gəlir:

VIN kod manipulyasiyası və yürüşün geri çəkilməsi: Dələduzlar avtomobilin spidometrindəki yürüşü süni şəkildə azaldır və ya alıcıya eyni markalı, lakin təmiz keçmişi olan tamamilə başqa bir nəqliyyat vasitəsinin VIN kodunu təqdim edirlər. Hətta bəzi hallarda rəsmi hərrac hesabatlarının PDF faylları montaj olunaraq saxtalaşdırılır. Bu tələyə düşməmək üçün VIN kodu yalnız vasitəçinin göndərdiyi fayldan deyil, birbaşa avtomobilin gövdəsi üzərindəki fotodan oxumaq lazımdır. Əldə edilən kodu Carfax, AutoCheck və ya CarVertical kimi rəsmi bazalarda müstəqil şəkildə şəxsən yoxlamaq və bazadakı son qeydə alınmış yürüşü təklif olunan göstərici ilə müqayisə etmək vacibdir. pizza mizza

Suda batmış və ya ağır qəzalı avtomobillərin gizlədilməsi: Sığorta şirkətləri tərəfindən yararsız (Junk/Certificate of Destruction) elan edilmiş, suda qalmış və ya kəskin mühərrik zədəsi olan nəqliyyat vasitələri ucuz qiymətə alınır. Kosmetik olaraq bərpa edildikdən sonra alıcıya "yüngül zədəli" kimi təqdim olunur. Bu vəziyyəti müəyyən etmək üçün avtomobilin hərrac şəkillərində salondakı pas ləkələrinə, fənərlərin daxilindəki buğlanma izlərinə və təhlükəsizlik yastıqlarının vəziyyətinə diqqət yetirilməlidir. Həmçinin, VIN kodu Google axtarış sistemində və ya bidfax.info kimi açıq resurslarda axtararaq avtomobilin hərracdakı ilkin zədəli fotolarını tapmaq mümkündür.

Mühərrik və transmissiya qüsurlarının müvəqqəti ört-basdır edilməsi: Mühərrikdəki yağ sızmalarını, tüstüləməni və ya kənar səsləri gizlətmək üçün xüsusi kimyəvi qatqılardan tətbiq olunur. Nəticədə avtomobil hərracda işlək (Run and Drive) statusu ala bilsə də, alıcıya çatdıqda mühərriki tam sıradan çıxmış olur. Bunun qarşısını almaq üçün Yaponiya və Koreya hərraclarında rəsmi Hərrac Vərəqəsindəki (Auction Sheet) mühərrik qeydlərini peşəkar tərcümə etdirmək, ABŞ hərraclarında isə vasitəçidən mühərrikin soyuq işə salınma (cold start) və egzoz tüstüsünün detallı videosunu tələb etmək lazımdır.

Uydurma və ya gizli xərclərin əlavə olunması: Avtomobil hərracda alındıqdan və ya yola çıxdıqdan sonra vasitəçi şirkət "gözlənilməz liman yığımı", "əlavə konteyner xərci" və ya "sənədləşmə rüsumu" adı altında müqavilədə göstərilməyən əlavə ödənişlər tələb edir. Bu problemi önləmək üçün işə başlamazdan əvvəl rəsmi müqavilə bağlanmalı, müqavilədə avtomobilin qiyməti, logistika xərci, şirkətin xidmət haqqı və gömrük rüsumunun son məbləğ kimi fiksasiya olunduğundan əmin olunmalıdır. Müqavilədə yer alan qeyri-müəyyən bəndlər mütləq ləğv edilməlidir.

Saxta hərrac şirkətləri və beh dələduzluğu: Bazar qiymətindən dəfələrlə ucuz avtomobil elanı yerləşdirilir və alıcıdan tez qərar verməsi üçün beh (depozit) tələb olunur, ödəniş edildikdən sonra isə vasitəçi əlaqəni kəsir. Bu riskdən qorunmaq üçün heç vaxt fiziki şəxslərin şəxsi kart hesabına ödəniş edilməməlidir. Bütün ödənişlər rəsmi şirkət hesabına (VÖEN rekvizitləri ilə) və ya birbaşa hərracın öz hesabına (Invoys vasitəsilə) köçürülməlidir.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Sentyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri