“Bunu bizdən almağa qərarlı olmalıdırlar” Trampdan 350 milyardlıq şantaj
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
185 ölkəyə tətbiq etdiyi əlavə gömrük rüsumları ilə dünya iqtisadiyyatını xaosa sürükləyən Donald Tramp Avropa Birliyi ölkələrinə yenidən hədə qorxu gəlib.
Tramp Avropa İttifaqına rüsumların azaldılması müqabilində Birləşmiş Ştatlardan 350 milyard dollar məbləğində LNG almaq tələbini irəli sürüb.
“Avropa İttifaqı ilə 350 milyard dollarlıq kəsirimiz var və bu, tez bir zamanda aradan qaldırılacaq. Bunu asanlıqla və tez aradan qaldırmağın bir yolu onların enerjini bizdən almasıdır. Biz bir həftə ərzində 350 milyard dollarlıq enerji verə bilərik. Onlar da analoji miqdarda enerji almalı və onu almağa qərarlı olmalıdırlar”, - deyə Tramp qeyd edib.
Xatırladaq ki, aprelin 2-də D.Tramp 185 ölkədən daxil olan məhsullara rüsum tətbiq etdiyini elan edib. Baza rüsumu 10 %, Aİ üçün tariflər isə 20 % təşkil edib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 08 Aprel 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















