Bunu dünyada ilk dəfə Dilarə Kazımova edib
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Biz Bazardüzü zirvəsinə qalxmışdıq, orada "Zirvə" mahnımıza klip çəkdik. "Zirvə" anlayışı iki mənalıdır: həm fiziki olaraq zirvəyə çatmaq, həm də daxili zirvəni kəşf etmək. Bu, eyni zamanda bir motivasiyadır. Mahnıda elə söz var ki, insan deyir: "yoruldum". Amma əgər bir hədəf qoymuşuqsa və zirvəyə çatmaq istəyiriksə, "yoruldum" deməməliyik".
BAKU.WS xəbər verir ki, bu sözləri "Afaqla onlar" verilişinə qonaq olan Dilarə Kazımova deyib.
"Zirvə" adlı manhısına çəkilən klipdən danışan sənətçi vurğulayıb ki, bu addımı dünyada ilk dəfə özü atıb:
"Düşünürəm ki, bu baxımdan dünyada birinci idik. Çünki indiyə qədər, bilmirəm niyə, amma heç bir ifaçı öz ölkəsinin ən yüksək zirvəsinə qalxaraq video çəkməyib. Bəzən insan yaşadığı müddətdə artıq öz daxili zirvəsinə çatır. Amma sən 4466 metrə yüksəkliyə qalxanda və bunu öz gücünlə etdiyini anlayanda, insanın özünə inamı inanılmaz dərəcədə artır. O anı xatırlayırsan və deyirsən: "Mən bunu etdim".
Ətraflı videoda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 28 Aprel 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















