Icma.az
close
up
RU
Bunu görsəniz, qarpız almayın əsas təhlükə siqnalı

Bunu görsəniz, qarpız almayın əsas təhlükə siqnalı

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qarpız mövsümü başlasa da, zahirən ideal görünən meyvə həm dadsız, həm də sağlamlıq üçün riskli ola bilər. Qida təhlükəsizliyi üzrə ekspert Cennifer Pallian alıcıların ilk növbədə hansı məqamlara diqqət yetirməli olduqlarını açıqlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssisin sözlərinə görə, ən böyük risk əvvəlcədən doğranmış və soyuducuda və ya buz üzərində saxlanılmayan qarpızlarla bağlıdır.

Qarpız doğrandıqdan sonra onun qoruyucu qabığı artıq bakteriyaların daxil olmasının qarşısını ala bilmir. Şirin və nəmli iç hissə isə salmonella, listeriya və bağırsaq çöpləri kimi təhlükəli mikroorqanizmlərin çoxalması üçün əlverişli mühitə çevrilir.

Ekspert vurğulayır ki, əgər doğranmış qarpız otaq temperaturunda saxlanılırsa, onu almaqdan qəti şəkildə imtina etmək lazımdır.

Zədələnmiş qabıq da təhlükə siqnalıdır

Bütöv qarpız seçərkən onun səthini diqqətlə yoxlamaq tövsiyə olunur. Çatlar, deşiklər, yumşalmış hissələr və ya güclü zərbə izləri bakteriyaların meyvənin içinə daxil olduğunu göstərə bilər.

Bundan əlavə, aşağıdakı əlamətlər də narahatlıq doğurmalıdır:

Saplaq hissəsində kif izlərinin olması, turş və ya xoşagəlməz qoxunun hiss edilməsi, qarpızı silkələdikdə içəridən şappıltı səsinin gəlməsi.

Bu əlamətlər qarpızın xarab olmağa başladığını göstərə bilər.

Yetişmiş və şirəli qarpızı necə seçmək olar?

Mütəxəssislər ilk növbədə qarpızın çəkisinə diqqət yetirməyi tövsiyə edirlər. Qarpızın təxminən 92 faizi sudan ibarət olduğu üçün yetişmiş meyvə öz ölçüsünə görə ağır hiss olunmalıdır.

Digər vacib göstərici isə qarpızın yan hissəsində yerləşən və tarla ləkəsi adlandırılan izdir. Bu ləkənin rəngi krem-sarı olmalıdır. Əgər ləkə ağ və ya çox solğun rəngdədirsə, bu, qarpızın vaxtından əvvəl dərildiyini göstərə bilər.

Bundan başqa, yetişmiş qarpızların qabığı adətən parlaq deyil, mat görünüşə malik olur.

Qarpızı döyəcləyərək yoxlamaq üsulu isə hələ də geniş istifadə olunsa da, ekspert bunu ən az etibarlı metod hesab edir. Onun fikrincə, bu üsul yalnız qarpızın xarici görünüşü və çəkisi qiymətləndirildikdən sonra əlavə göstərici kimi nəzərə alınmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 İyun 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri