Bunu mənə deyənlər indi TikTok da yemək bişirib satır
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müğənni Niyam Salami keçmişi ilə bağlı maraqlı etiraflar edib.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Qapqara" yutub layihəsində danışıb. O, vaxtilə restoranların birində çalışarkən müdirinin ona qarşı sərt münasibətindən söz açıb:
"Çox zəhmli bir kişi var idi, restoranın müdiri idi. Mənə dedi ki, "Bu işdən sənət olmaz. Səni qoyuram mətbəxə, get aşpazlığı öyrən. Pis oldum, gözlərim doldu. Dedim ki, mən oxumaq istəyirəm. Cavab verdi ki, "Get oxu da, bala, saat 8-dən sonra səhnəyə çıxarsan.
Mətbəxə girən andan ən çətin, rəqabətli günlərim başladı. Oradan çıxandan sonra rəqabət asandır. Mətbəxi insanın kürəyinə yıxırlar. Bunu heç vaxt danmıram. Amma indi sevinirəm. Vaxtilə hər kəs mənə "Get kartofunu bişir, aşpazlığını et, bu niyə oxuyur?" deyirdi. İndi bunu mənə deyən insanlar TikTok-da yemək bişirib satırlar. İndi mənə ləzzət edir. Mən bunu heç vaxt ayıb bilməmişəm. Bu, böyük bir məktəb, sənətdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 19 İyul 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















