Icma.az
close
up
RU
Buraxılış imtahanları niyə mart ayında keçirilir?

Buraxılış imtahanları niyə mart ayında keçirilir?

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Bir çox ölkələrdə buraxılış imtahanlar daha gec tarixlərdə təşkil olunduğu halda, Azərbaycanda bu imtahanlar mart atında keçirilir. Xüsusilə müəllimlərin proqramı tam başa çatdırmaqda çətinlik çəkməsi, eləcə də şagirdlərdə mart imtahanından sonra yaranan müəyyən "boşluq” bu məsələyə diqqəti artırır. Kollecə qəbul imtahanı verən abituriyentlərin də mart imtahanından sonra dərslərdə daha az aktiv olması görünür. Maraqlıdır ki, Azərbaycanda buraxılış imtahanları niyə mart ayında keçirilir?

Təhsil eksperti Ramin Nurəliyev Valyuta.az-a bildirib ki, təhsili inkişaf etmiş ölkələrin təxminən 80%-ində buraxılış, (final və ya məzun imtahanları) may-iyun aylarında keçirilir: " İnkişaf etmiş ölkələrdə orta ümumi təhsil proqramı tam yekunlaşır, tədris planı başa çatır və yalnız bundan sonra imtahan mərhələsinə başlanılır. Təxminən 18-19% ölkədə isə imtahanlar aprel ayında təşkil olunur. Xüsusilə Avropa ölkələrində əsas imtahan dövrü may-iyun aylarına təsadüf edir".

Ekspert deyir ki, buraxılış imtahanlarının mart ayında keçirildiyi ölkələrin sayı çox məhduddur: "Azərbaycanla yanaşı, Hindistan və Pakistanın bəzi bölgələrində, həmçinin Afrikada ayrı-ayrı ölkələrdə bu praktika mövcuddur. Digər ölkələrdə isə imtahan təqvimi daha fərqli qurulur. Məsələn, ABŞ-da bəzi ştatlarda imtahanlar aprel ayında, digərlərində isə may ayında keçirilir. Çində imtahan prosesi adətən aprel ayından başlayaraq mərhələli şəkildə həyata keçirilir. Yaponiyada isə əsas imtahan dövrü may ayına təsadüf edir".

Azərbaycanda mart imtahanlarının keçirilmə səbəbi nədir?

R.Nurəliyevin sözlərinə görə, Azərbaycanda buraxılış imtahanlarının mart ayında keçirilməsinin əsas səbəbi qiymətləndirmə prosesinin hələ də böyük ölçüdə canlı resurslar vasitəsilə aparılmasıdır: "İmtahan nəticələrinin yoxlanılması, təsdiqlənməsi və elan edilməsi müəyyən vaxt tələb edir. Hazırda imtahan nəticələri adətən 3-4 həftə ərzində, yəni təxminən bir aya yaxın müddətdə açıqlanır. Bu zaman kəsiyi Dövlət İmtahan Mərkəzinin digər mərhələlərlə uyğunlaşma aparmasını zəruri edir. Nəticələrin elanından sonra apellyasiya mərhələsi, yekun nəticələrin təsdiqi, daha sonra isə blok imtahanlarının birinci və ikinci cəhdləri keçirilir. Bunların hamısı müəyyən zaman ardıcıllığı tələb edən proseslərdir.

Bununla yanaşı, Azərbaycan dili və rus dili üzrə imtahanlar, qabiliyyət imtahanları, digər qəbul mərhələləri bir-biri ilə üst-üstə düşməməsi üçün xüsusi planlaşdırma aparılır. Məhz bu səbəbdən buraxılış imtahanları mart ayında təşkil olunur".

Ekspertin sözlərinə görə, əslində DİM də bu imtahanların daha gec tarixdə keçirilməsində maraqlıdır: "Hazırda imtahan sistemində rəqəmsallaşdırma istiqamətində addımlar atılır. Kiçik həcmli imtahanların bir qismi artıq bu tətbiq vasitəsilə yoxlanılır. Həm Elm və Təhsil Nazirliyi, həm də Dövlət İmtahan Mərkəzi bu prosesi mərhələli şəkildə həyata keçirir. DİM bu istiqamətdə xüsusi inzibati infrastruktur da yaradıb. Rəqəmsal sistem tam tətbiq olunarsa, nəticələr daha qısa müddətdə elan edilə bilər, imtahan mərhələləri arasında vaxt itkisi azalacaq, imtahan təqviminin daha gec aylara keçirilməsi mümkün olacaq. Buna nümunə kimi MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanını göstərir. Bu imtahanda nəticələr demək olar ki, imtahan başa çatan kimi açıqlanır".

Ekspertin fikrincə, əgər buraxılış imtahanı aprel ayında keçirilsə, mövcud sistem şəraitində bu, digər imtahanların təşkilinə mənfi təsir göstərə bilər. Məhz buna görə indiki modeldə mart ayı məcburi seçim kimi qalır.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə imtahanların may-iyun aylarında keçirilməsi təsadüfi deyil və bu, tövsiyə olunan model hesab olunur: "Çünki mart ayında buraxılış imtahanı verən şagird tədris ili hələ davam etdiyi halda məktəbə gəlməyi mənasız hesab edə bilər. "İmtahanı vermişəm, artıq dərsə niyə gəlirəm?” düşüncəsi yaranır, bu isə dərslərə laqeyd yanaşmaya, motivasiya azalmasına və müəyyən intizam problemlərinə səbəb ola bilir".

R.Nurəliyev hesab edir ki, mart ayında buraxılış imtahanlarının keçirilməsi ideal model deyil: "Ümid edirik ki, imtahanların rəqəmsallaşdırılması prosesi başa çatdıqdan sonra imtahan tarixləri yenidən nəzərdən keçiriləcək və daha uyğun təqvim formalaşdırılacaq".

Ekspertin qənaətinə görə, texnoloji imkanlar genişləndikcə Azərbaycanda da buraxılış imtahanlarının keçirilmə vaxtının beynəlxalq praktikaya uyğunlaşdırılması real görünür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Fevral 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri