Icma.az
close
up
RU
Buray və bizim qızlar... FELYETON

Buray və bizim qızlar... FELYETON

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Buray Bakıya gəlmişdi o gün. Xoş gəlib, səfa gətirmişdi. Yəni bu, köhnə xəbər də deyil. Türkiyədə içi Buray qarışıq, o müğənni qalıb ki, gəlib Bakıda konsert verməsin?.. Və biz də o konsertlərə baha qiymətə bilet alıb iştirak etməyək, hələ arada həyəcandan, sevgidən, çığırmaqdan ürəyimiz də getməsin...

Bəs bizim müğənnilər necə, Türkiyədə niyə konsert vermirlər? Türklər bizim müğənniləri sevmir? Bəlkə heç tanımırlar? Belə isə biz türk müğənniləri nə üçün bu qədər sevirik? Sevmək nədir, çoxumuz onların uğurunda canımızı qurban verməyə hazırıq. Ağlımız yoxdur, yoxsa, şüurumuz yerində deyil?..

Burayı Bakıda bir alqışladılar, gəl, görəsən. Sosial şəbəkələrdən birində izlədim konsertdən bir hissəni. Gedənlər bilər, mən görmədim, ona görə də soruşuram. Burayın konsertinə kişi xeylağı gəlmişdi, yoxsa hamısı qızlar idi?

Qızlar deyirəm ey sizə... Burayı ayaq üstündə, rəqs edə-edə, yellənə-yellənə, telefonlarını da yellədə-yellədə, müğənninin hər anını çəkə-çəkə dinləyirdi qızlar. Qızlardan aradabir elə səslər çıxırdı ki, deyirdin bəs dəniz təlatümə gəlib uğuldayır, ya da zəlzələ baş verməzdən əvvəl yer titrəyir.

Beləcə, baxdım-baxdım, sonra da dedim: İlahi-pərvərdigara, görəsən bizim bu türk müğənnilərə sevgimizin axırı necə olacaq? Mən popdan-topdan anlamıram, görəsən, bu Buray başqalarından fərqli nə oxuyur ki, bu qızlar yesir oldular? Yox, səhvim var, deyəsən. Bəlkə Burayin xarici görünüşü... Vallah, Burayın xarici görünüşündə də elə cəlbedicilik yoxdur, deyəm ki, qızlar Burayın yaraşığı qarşısında ayaqüstə qalıb bu səsləri çıxarır, onu anbaan telefonun yaddaşına köçürürdü.

Çox fikirləşirəm... Nə deyə bilərəm ki, hər kəsin öz işidir. Lakin ikicə-üçcə sualımı dinləyin, xahiş edirəm. Cavabını da versəniz, şad və xürrəm olaram:

1.İstanbulun böyük bir küçəsində mikrofon əlində səhərdən axşamadək gəzəsən, insanlar arasında sorğu keçirəsən ki, bir azərbaycanlı müğənni adı de, 100 nəfərdən 1-2-si bizimkilərdən birinin adını deyə bilər, görəsən?

2.Azərbaycandan filan müğənni gəlsə, onun konsertinə gedərsən?..

3.Ay qızlar, azərbaycanlı filan müğənninin konsertində əvvəldən axıra ayaq üstündə qalıb, onu telefonunun yaddaşına köçürərsən, hansı mahnısına rəqs edərsən?

Bu sualların cavabını kimsə onlardan soruşub mənə deyərsə, söhbətimin davamını o zaman edəcəyəm. Hələlik isə bu qədər. Cavabları alana qədər Burayla bizim qızların mənzərəsi bir an da gözlərim önündən getməyəcək, çünki gedə də bilməz.

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri