Icma.az
close
up
RU
Burkina Fasoda fransalı QHT rəhbəri casusluqda ittiham olunur

Burkina Fasoda fransalı QHT rəhbəri casusluqda ittiham olunur

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Burkina Fasoda fəaliyyət göstərən beynəlxalq humanitar təşkilat INSO-nun ölkə üzrə direktoru, fransız vətəndaşı Jan-Kristof Peqon 2024-cü il iyulun 28-də ölkənin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən casusluq şübhəsi ilə saxlanılıb. O vaxtdan bəri o, naməlum bir yerdə saxlanılır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, INSO təşkilatı, humanitar təşkilatlara təhlükəsizlik üzrə məlumat dəstəyi göstərir və 26 ölkədə fəaliyyət göstərir. Qurumun Burkina Fasodakı fəaliyyəti iyulun 31-də rəsmi olaraq 3 aylıq dayandırılıb. Ölkə rəsmiləri təşkilatı icazəsiz həssas məlumat toplamaqda ittiham edirlər.

Bildirilir ki, ötən həftə, Peqonun dörd burkinalı əməkdaşı da eyni qurum tərəfindən saxlanılıb. Fransa Xarici İşlər Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib. INSO isə Peqonun sağlamlıq vəziyyətinin yaxşı olduğunu, lakin danışıqların məxfiliyinə görə əlavə məlumat vermədiyini bildirir.

Məlumata görə, Burkina Faso hakimiyyəti Peqonun rəhbərlik etdiyi təşkilatın cihadçı qruplarla ordu arasında baş verən silahlı toqquşmalarla bağlı məlumat toplamasını casusluq fəaliyyəti kimi qiymətləndirir.

Bu, ilk belə hadisə deyil. Keçən yay Burkina Fasoda Avstraliya mədən şirkətində işləyən başqa bir fransız da casusluqda ittiham olunaraq saxlanılmışdı və iki həftə sonra sərbəst buraxılmışdı. 2023–2024-cü illərdə isə Fransa kəşfiyyatının (DGSE) dörd agenti bir ildən çox müddətdə Uaqaduquda həbsdə saxlanılıb. Onlar təhlükəsizlik əməkdaşlığı çərçivəsində ölkədə olublar. Mərakeşin vasitəçiliyi ilə onların azadlığa buraxılması mümkün olub.

Regionda hərbi rejimlərin Fransaya qarşı artan siyasi təzyiqləri fonunda bu hadisələrin baş verməsi diqqət çəkir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri