Icma.az
close
up
RU
Burun əməliyyatından sonra vəfat edən qızın atası: Həkim günahkardı, təkid edib...

Burun əməliyyatından sonra vəfat edən qızın atası: Həkim günahkardı, təkid edib...

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

"Qızımın ölümündə həkim günahkardı, prokurorluğa müraciət etmişəm. Yəqin bununla bağlı artıq onun qapısını döyüblər".

Bunu Teleqraf.com-a açıqlamasında burun əməliyyatından sonra komaya düşüb ötən gün vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadə deyib.

Nəzrin Mansurova 1995-ci ildə anadan olub. Özü və həyat yoldaşı ADA Universitetinin məzunudur. Nəzrin Azərbaycan Respublikası Dövlət Neft Fondunda çalışıb. Ailəlidir, üç yaşlı bir qızı var.

Aydın Abışzadə deyir ki, yoldaşıyla Laçının Sus kəndində yaşayır. Qızı Nəzrin Mansurova isə ailəsiylə birlikdə Bakıda yaşayıb işləyirmiş:

"Noyabrda ailəsiylə kəndə gələndə bizə burun əməliyyatı olmaq istədiyini, artıq həkimlə razılaşdığını demişdi, amma mən əməliyyata ehtiyac olmadığını dedim. Onu fikrindən döndərmişdik. Dekabrda həkim özü ona yazıb və əməliyyat üçün qeydiyyatdan keçdiyini, analizlər verdiyi halda niyə gəlmədiyini soruşub. Qızımı yenidən əməliyyata cəlb edib. Götürülən analizin üzərindəm 35 gün keçib, ona görə həkim yenidən analiz götürüb əməliyyat etməliydi, amma bunu etmədən birbaşa əməliyyat eləyib. Əməliyyat öncəsi KATE də etməyib. Həkim günahkardı, prokurorluğa şikayət etmişəm. Yəqin bununla bağlı artıq onun qapısını döyüblər".

Nəzrinin əməliyyatı yanvarın 3- də Mərcan Klinikasında həkim Sənan Mehdiyev tərəfindən həyata keçirilib:

"Əməliyyatla bağlı yoldaşım Bakıya gəldi, qızım əməliyyat olan gün o, nəvəsinə baxırdı. Əməliyyatdan bir gün sonra qızımın halı pisləşib. Təcili yardım çağırılıb, ona diklofenak iynəsi vurulub. Əməliyyatı edən həkimlə danışılıb və ona qızımın xəstəxanaya yerləşdirilməsinin vacibliyi deyilib. Amma həkim deyib ki, onu tərpətməyin, anesteziyanın fəsadlarıdır, keçib gedəcək. Gecə səhərə kimi qızım baş-beyin ağrısından çox əziyyət çəkib. Ayın 5 -i axşama doğru halı tamam pisləşib, hissiyyatını itirib və xəstəxanaya yerləşdirilib. Ora çatanda beyin şoku keçirib. Bir də deyirəm: Qızımın ölümündə həkim günahkardır".

Qeyd edək ki, Nəzrin Mansurova yanvarın 5-də “Liv Bona Dea” hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib.

Nəzrin Mansurovanın üç mərasimi yanvarın 15- də Heydər Məscidində olacaq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 13 Yanvar 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri