Icma.az
close
up
RU
Bütün çətin vaxtlarda insanların köməyinə gələn sənətdir, musiqidir, teatrdır, ədəbiyyatdır

Bütün çətin vaxtlarda insanların köməyinə gələn sənətdir, musiqidir, teatrdır, ədəbiyyatdır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

- Necəsiniz, Ramiz müəllim?

- Şükür Allaha, ayaq üstəyik, işləyirik.

- Yaxın günlərdə 79 yaşınız tamam oldu. Yeni yaşınızı necə qarşıladınız?

- (Gülür) Yaşımı kimsə xatırladanda boynuma alıram ki, hə, artıq müəyyən yaşa gəlib çatmışam. Doğum günün olanda gizlətmək olmur, dostlar həmin dəqiqə sosial şəbəkədən görürlər. Dostlar da var ki, haradasa görmələrinə ehtiyac olmur, yaddaşlarında saxlayırlar. Cavanşir Quliyevlə illərdir dostuq. Hamıdan qabaq o zəng edib təbrik elədi. Oturduq, ötən günləri xatırladıq, gələn günlərə nəzər saldıq. Həyatdır da, öz axarı ilə gedir.

- Ramiz müəllim, uzun illərdir sənətdəsiniz. Gördüyünüz işlər daima yadda qalıb. Rejissorun gördüyü işin uğurlu olmasında başlıca səbəblərdən biri də uğurlu aktyor seçimidir. Yəqin ki, valideynlərinizin aktyor olmaları sizə bu işdə kömək edib.

- Mənim bu sahəyə gəlməyimdə valideynlərimin sənət aləmindən olmalarının rolu var. Amma bu sənət zəhmət də tələb edir. Gərək peşəyə doğru şəkildə yiyələnəsən ki, biləsən, hansı rola hansı aktyor daha uyğundur. Ümumiyyətlə, rejissorluq mənim aləmimdə ən çətin peşədir. Təsəvvür edin, Hollivudda hesablayıblar ki, bir filmin ərsəyə gəlməsi üçün 92 peşə lazımdır. Hətta bir peşənin bir neçə nümayəndəsi olur, görürsən ki, çəkiliş meydançasında aktyordan çox çəkiliş qrupu olur. Aktyor seçimi elədir ki, sən gərək proseslərin içində olasan, biləsən ki, teatrda hansı tamaşalar oynanılacaq, orda hansı aktyorlar iştirak edir. Elə aktyorlar var ki, sonda nə olacaqlarını bilmirlər, amma müşahidələrin deyir ki, gələcəkdə məsələn, bundan çox yaxşı Kefli İsgəndər obrazı olacaq. Yaşar Nuri kimi elə aktyor da var ki, ampluası o qədər genişdir ki, ona komediya aktyoru, ya təkcə faciə aktyoru demək kifayət etmir. O qədər professionaldır ki, bütün istiqamətlərdə, bütün janrlarda öz ustalığını, aktyor təbiətini nümayiş etdiə bilir.

- İndiki gənc rejissorlardan, ərsəyə gətirdikləri işlərdən razısınızmı?

- Dünyanı müqayisəli şəkildə qəbul etmək lazımdır. Dünya kinematoqrafı var və onun fonunda Azərbaycan kinosu var. İstedadlı rejissorlarımız var, amma onların imkanları çox məhduddur. Mənə elə gəlir ki, kinonun başında duran adamlar ilk növbədə onların taleyi ilə məşğul olmalıdırlar. Bu bir tərəfə, ümumiyyətlə, kinomuzun vəziyyətini "Azərbaycanfilm" studiyasına münasibətdən bilmək olar. Bir studiya kimi bu məbəd pis gündədir, arendayla, 10-15 nəfər ştatda olan adamla oranı yola verirlər. Azərbaycan kinosu buna layiqdirmi? Bu dəqiqə kinomuzun təəssübünü çəkən insanlar var ki, mən onları alqışlayıram. Onlardan biri Kinorejissorlar Gildiyasının fəxri rəhbəri Hüseyn Mehdiyevdir. Biz oraya yığışırıq, bu məsələ ilə bağlı müzakirələr edirik, amma nə fayda? Yəni karvan gedir. Təbii ki, müəyyən proses var, filmlər çəkilir. Amma təcrübə göstərir ki, kənardan adamları cəlb edəndə uğur bizimlə olmur. Müxtəlif filmlər var ki, çoxlu vəsait ayrılıb, amma gözlənilən uğuru qazanmayıblar. Məsələn, "Əli və Nino", "Tağıyev-neft" filminə baxmağa hələ imkan olmayıb, amma gözləntilərim çoxdur. Ola bilsin ki, o səmt küləyi Azərbaycan kinosuna tərəf çevrilir. Ümumiyyətlə, Azərbaycan kinosunun ənənələri olub və onları yaşatmaq lazımdır.

- Bəziləri kinomuzun çatışmayan tərəflərini Kino Agentliyinin (ARKA) fəaliyyətinə bağlayır.

- Mən işin içində uzun müddətdir yoxam. Axrıncı filmimi - "Sübhün səfiri"ni 2013-cü ildə çəkmişəm. Ondan sonra müəyyən təkliflərimiz olub, amma qalıb kənarda. Xalq yazıçısı Anarla bizim görkəmli sənət adamları haqqında film çəkmək planımız var idi. Söz verdilər, uzatdılar vaxtı, ildən-ilə satırlar, ertələyirlər. Mənə elə gəlir ki, kino gərək heç bir nazirliyin nəzdində olmasın, onun ayrıca öz qurumu olsun və kinonun başında olan adam bilsin ki, nə işlə məşğuldur. Parçalamaqla kinonu dala atdılar. Qaş düzəltmək istəyəndə vurub gözünü çıxartdılar.

- Bir az da bünövrəsi möhkəm qurulan, amma bu gün getdikcə bayağılaşan televiziyamızdan danışaq.

- Bu gün Azərbaycanda xeyli həm dövlət, həm özəl telekanal var. Mən dövlət kanalında çalışan adamam. Fikrimcə, Azərbaycan televiziya məkanında iki kanal var ki, bunlar kifayət qədər tamaşaçıların zövqünü oxşayan proqramlar hazırlaya bilir. Biri AzTV, digəri İctimai TV-dir. O biri televiziya kanallarının göstərdikləri ilə bağlı mən heç nə deyə bilmərəm. Onlar kommersiya televiziyalardır və məcburdurlar ki, kütlənin marağını oxşasınlar. Amma təcrübə göstərir ki, onların tamaşaları, verilişləri zövqləri korlamağa yönəlib, bunun başqa izahı yoxdur. Heç bir kanalın adını çəkmək istəmirəm. Başa düşürəm ki, onlar niyə belə proqramlar hazırlayırlar. Amma razı deyiləm, həmin kanallara ailəvi yığışıb baxırlar. Tamaşaçıların zövqü müxtəlifdir, amma aşağı zövqlü tamaşaçının maraqlarını daha da korlamaq onların ən böyük günahıdır.

- Ramiz müəllim, ananız Ətayə Əliyeva ilə oğul kimi yox, rejissor kimi işləmək necə hiss idi?

- İlk növbədə o mənim anam idi, ona rejissor gözü ilə baxmırdım. Bir az özümü bu sahədə sınayandan sonra başladım ona müştəri gözü ilə, aktrisa kimi baxmağa. Yeri gəldi təkliflər etdim, amma təəssüf ki, mən istədiyim kimi alınmadı. Bəzən həyat öz diktəsini edirdi. Vaxtilə çox istəyirdim ki, "Ötən ilin son gecəsi" tamaşasında Həmidə obrazına onu çəkim. Amma elə vaxta düşdü ki, atam xəstə oldu, anam da ona baxmağa başladı. Dedi, Ramiz, sən bunu ver Zərnigara. Mən də həmin obrazı Zərnigar Ağakişiyevaya verdim və yanılmadım. Sonra Ruhəngiz xanımın "Yollar görüşəndə" adlı bir əsəri var idi, orda ana obrazını istədim mənim anam oynasın, dedi, yox, gəl, sən bu obrazı ver Gülxara. Gülxar Həsənova onun uşaqlıq rəfiqəsi olub. Mən də anamın sözünü yerə salmadım, onu dəvət elədim. Amma "Topal Teymur" əsərində artıq imtina etmədi. Obyektiv deyiləm, o, mənim anamdır. Amma rejissor kimi ona baxanda görürəm ki, o, heç kəsə bənzəmir, heç elə bil aktrisa deyil. Arif Babayevin "Uşaqlığın son gecəsi" əsərində oynayanda mənə elə gəldi ki, bizim evdən getdi girdi o ekrana. Elə bilirdim, elə həmin obraz da mənim anamdır, sadəcə başqa məkandadır. Hətta Siyavuşun yerinə mən özümü orada övlad kimi görürdüm, elə bilirdim ki, mən də onların içindəyəm - belə münasibət bəsləyirdim. Nəysə, həyatdır da...

- Necə oldu ki, "Əjdaha" əsəri heç əlaqəsi olmayan "Yaşıl eynəkli adam"la əvəz olundu?

- Səhv etmirəmsə, Əjdaha ili idi. Həmin iş açıq qalmışdı, biz onu istehsalata buraxmışdıq, amma təsdiq almamışdı. Orada bir personaj var idi. Yaşarın dili ilə desək, "yaçıl eynək". Mən də həmin filmi çəkməyə hazırlaşırdım, bir yaşıl eynək taxdım. Vaqif Səmədoğlu da baxdı, dedi gəlin bunun adın qoyaq "Yaşıl eynəkli adam". Elə də qaldı.

- Bütünlüklə rejissorlardan təşkil olunmuş, heç bir aktyorun iştirak etmədiyi, böyük marağa səbəb olan "Ac həriflər" film-tamaşası necə ərsəyə gəldi?

- Yadımdadır, hansısa bir jurnalist "Ac həriflər"dən söhbət edəndə məndən belə bir ifadə çıxdı: "Biz hamımız ac həriflərik" (Gülür). 1990-cı illərin əvvəllərində mən İncəsənət Universitetinin rejissorluq kafedrasında dərs deyirdim. Kafedra müdiri rəhmətlik Tofiq İsmayılov idi, onda hələ Türkiyəyə getməmişdi, burada idi. Bir gün gəldi, başladı deyinməyə ki, əşi, bu rəhbərliyin də işi-gücü qutarıb. Soruşduq ki, nolub, ay Tofiq müəllim. Dedi, əşi, deyirlər ki, rejissorlarla birgə elmi iş hazırlamalısınız. Biz bir yerdə tamaşa oynayırdıqsa, o hamımızın elmi işi sayılırdı. Dedik, nə yaxşı, gəlin bir tamaşa quraq. Yadıma düşdü ki, Əbdürrəhim bəy Haqverdiyevin belə bir əsəri var, obrazlar da bizim kimi 7-8 nəfərdən ibarətdir və qadın obrazı da yoxdur. Əvvəlcə bunu radioda yazdıq, Tofiq müəllim rejissorumuz oldu, ümumiyyətlə, Tofiq müəllim öz yaradıcılığına radioda başlamışdı. Üstündən bir il keçdi, "Sabah" yaradıcılıq studiyasını təşkil edəndə fikirləşdik ki, nə hazırlayaq, nəylə başlayaq? Birdən ağlıma gəldi ki, biz orada rejissorlarla oynamışdıq, bəlkə onu televiziyada edək. Orada professional aktyor təkcə Yaşar Nuri idi, o da onda səhv etmirəmsə, "Beş manatlıq gəlin" tamaşasına quruluş verirdi, arxayın oldum ki, o da bura aktyor kimi yox, rejissor kimi gəlib. Tarixçəsi belə oldu. Sənə deyim ki, o cür səs-küy salan bir iş olmadı.

- Fəaliyyətinizin bir hissəsi də Birinci Qarabağ müharibəsi dövrünə təsadüf edir. O ağır dönəm yaradıcılığınızda necə iz buraxdı?

- 1992-ci ildə "Sabah" yaradıcılıq studiyasını yaradanda ilk işimiz Mirzə Cəlilin "Kamança" əsəri oldu. O hadisələrin 70 il qabaqkı kökü ilə məşğul olduq və həmin əsəri ortaya qoyduq. Heç yadımdan çıxmaz, o vaxt bizim sədrimiz Məmməd İsmayıl idi. Pavilyonda dekorasiya qurmuşduq, gəldi, baxdı, gözləri parıldadı. Dedi ki, yox, bəy, bu tunelin sonunda bir işıq var. Mənim də dilim dinc durmadı, dedim ki, bəy, bilmək olmaz, bəlkə, o, bizim üstümüzə gələn qatarın işığıdır. Pis oldu. Çətin dövr idi, amma o əsər eyni zamanda Azərbaycana və azərbaycançılığa qoyulan bir heykəl idi. Bütün çətin vaxtlarda insanların köməyinə gələn sənətdir, musiqidir, teatrdır, ədəbiyyatdır. Çox məmnunam ki, biz o illərdə tamaşaçıların zövqünü oxşayan işlər görə bildik. Milləti o kədərin, faciənin içindən, ruh düşkünlüyündən çıxarmaq üçün həm teatrda, həm kinoda çox işlər görüldü. Sənətin gücü budur.

Sözünü bitirib tələbəsi Fərəci çağırır. Stolun üstünə qoyulan 7-8 dənə "Qobustan" jurnalından birini istəyir:

- Bunu sizə bağışlayıram, bu nömrədə Ətayə xanıma həsr olunmuş bir material var.

Jurnalın təsadüfən açdığım səhifəsində bir başlıq görürəm: Ana: Həyatda və Sənətdə... Həmin an Ramiz müəllimə verməyi unutduğum sual gəlir ağlıma.

- Elə mən də sizə sual verəcəkdim. Həyatda və sənətdə darıxdığınız kimsə var?

- Əlbəttə...

Kim olduğunu isə soruşmuram. Jurnalın Ətayə Əliyevanın şəkli verilmiş səhifəsini açanda artıq baxışlarından sualımın cavabını almışdım.

Ləman İLKİN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Aprel 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see132

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see115

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

Maskın təklifi

08 İyun 2025 04:23see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri