Icma.az
close
up
RU
Bütün daşlar yerinə oturdu, Ağdam məscidinin daşı da...

Bütün daşlar yerinə oturdu, Ağdam məscidinin daşı da...

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kubra Məhərrəmova yazır...

Uzun illər əvvəl, bir amerikalı ulu öndər Heydər Əliyevə balaca bir daş parçası gətirdi. Heydər Əliyev kimi nəhəng bu xırda daş parçasını əlinə alanda əlləri titrədi, gözləri yaşardı. Güclü və siyasi nüfuzu yüksək olan bir lider həmin an hisslərinə hakim kəsilə bilmədi. O boyda şəxsiyyəti titrədən balaca daş nə idi bəs?

Bu balaca, hətta xırda daş parçası Ağdam Cümə məscidinə aid idi. Onu 2000-ci ildə Heydər Əliyevə gətirən isə ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Keri Kavanon idi.

Heydər Əliyevin bu reaksiyasını biz illər sonra gördük. Həmin video sosial şəbəkələrdə yayılanda. Amma Heydər Əliyevin o an üçün çəkdiyi ağrı-acı hər birimiz üçün tanış idi. Hər birimiz Ağdam məscidinin balaca daşı kimi xırda-para olub bütün Azərbaycana səpələnmişdik. Bizi bir yerə toplayan, bizdən qala inşa edən lazım idi.

Bu gün həmin daş parçası işğaldan azad olunmuş Ağdamda, Azərbaycan dövləti tərəfindən bərpa olunmuş Ağdam Cümə məscidində saxlanılır. Bu balaca daş parçası Heydər Əliyevin bu xalqa verdiyi əhdin simvolu idi.

"Biz Qarabağa qayıdacağıq" ifadəsinin rəmzi. Onun xalqa verdiyi sözü övladı İlham Əliyev yerinə yetirdi. Tarixi öz gözümüzlə gördük.

Bu gün ABŞ-də nəinki Azərbaycan üçün, ümumilikdə Cənubi Qafqaz üçün tale əhəmiyyətli gündür.

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gedib.

İlkin məlumatlara görə, Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə Bəyannamədə Minsk qrupunun ləğv olunmasına iki ölkənin ATƏT-in baş katibinə birgə müraciət edəcəyi təsdiqlənir. Daha sonra Zəngəzur dəhlizinin açılması, sülh sazişinin mətninin paraflanması, 907-ci düzəlişin dayandırılırmasına dair sənədlərin imzalanması gözlənilir.

Avqustun 8-də imzalanacaq istənilən sənədin altında qoyulacaq möhür mənim üçün Ağdam Cümə məscidinin həmin o balaca daşıdır.

Bu gün çoxunun normal hal kimi qəbullandığı Azərbaycan-ABŞ münasibətləri olduqca keşməkeşli tarixi yol keçib.

Münasibətlərin bu səviyyəyə gəlib çıxması üçün xeyli əzmkarlıq və zəhmət tələb olunub.

Azərbaycanın ABŞ ilə ilk diplomatik təması Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə yaşanıb.

1919-cu ildə Paris sülh konfransında iştirak edən AXC-nin nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov ilk dəfə Azərbaycan dövləti və onun müstəqil olması barədə məlumatı ABŞ-nin sayca 28-ci prezidenti Vudro Uilsonla görüşdə vermişdi. Tarixi xronologiyaya nəzər salsaq, bu nümayəndə heyətinin hansı çətinliklərlə Parisə gedib çıxmasını görərik. Lakin bütün maneələrə baxmayaraq ilk təmas qurulmuşdu. Yeri gəlmişkən, Vudro Uilson 1919-cu ilin martında Nobel Sülh Mükafatına layiq görülmüşdü. Maraqlı paraleldir, deyilmi?

Təbii ki, AXC-nin süqutuyla bu diplomatik əlaqələr də tarixə qovuşdu.

İkinci diplomatik təmas SSRİ-nin süqutundan sonra baş verdi. Azərbaycanın müstəqilliyini tanıyan ilk beş ölkədən biri məhz ABŞ oldu - 1992-ci il yanvarın 23-də.

Azərbaycan ABŞ münasibətlərinin üçüncü vacib tarixi isə 27 iyul - 7 avqust 1997-ci ildə ABŞ prezidenti Bill Klintonun dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səfəri hesab olunur.

Heydər Əliyev ikitərəfli görüşlər zamanı 1992-ci ilin oktyabr ayında qəbul olunmuş "Azadlığı müdafiə aktı"na 907-ci düzəlişin iki ölkə arasında əməkdaşlığı məhdudlaşdırdığını qeyd etdi.

Bu gün isə 2025-ci il avqustun 8-də bu düzəlişin, ümumiyyətlə, ləğvi barədə danışılır. Yeri gəlmişkən, Heydər Əliyev, ABŞ səfərlərində yalnız rəsmi görüşlərdə iştirak etməyib, həm də strateji əlaqələrin gücləndirilməsində 88 mühüm görüş keçirib. Buna qədər Heydər Əliyev iki dəfə ABŞ-yə işgüzar səfər etmişdi - 1994-cü il 25-30 sentyabr, 1995-ci il 20-26 oktyabr tarixlərində.

Daha sonra müxtəlif illərdə Heydər Əliyevin ABŞ-yə bir sıra işgüzar səfərləri baş tutub. Bütün bunlar Azərbaycan dövlətinin ABŞ ilə diplomatik münasibətlərin daha üst səviyyəyə çatdırılması üçün atdığı addımlar idi.

Bu ənənə daha sonra Prezident İlham Əliyevin siyasi kursunda da öz əksini tapdı. İlk dəfə ABŞ-yə rəsmi səfər məhz 2003-cü ilə təsadüf etdi. Daha sonra dəfələrlə işgüzar və rəsmi səfərlər iki ölkə arasında münasibətlərin istiləşməsinə töhfəsini verdi.

Bu tarixi sıralamanı sadalamaqda məqsədim odur ki, rəsmi Bakı onilliklər boyu, ABŞ ilə münasibətlərin ən soyuq olduğu dövrdə belə diplomatik təmasları və münasibətləri balanslı surətdə qorumağa müvəffəq olub.

Bu gün əldə edilən qələbə, illər öncə atılan diplomatik addımların və strateji səylərin təbii nəticəsidir.

Həm də böyük əzm və inamın. Mənə elə gəlir ki, bu gün imzalanacaq bütün razılaşma və müqavilələrin altında Ağdam məscidinin Heydər Əliyevə gətirilən balaca daşı durur.

Çünki o daşı Heydər Əliyev rəmz kimi qəbul edib, irs kimi İlham Əliyevə ötürdü.

Bu gün bütün daşların yerinə oturduğu gündür. Ağdamın Cümə məscidinin daşının da. Üstündə isə İlham Əliyevin imzası.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Avqust 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri