Icma.az
close
up
RU
Bütün parçalar sehrli şəkildə yerinə oturdu Vaşinqton bəyannaməsinə Böyük Britaniyadan ilk REAKSİYA

Bütün parçalar sehrli şəkildə yerinə oturdu Vaşinqton bəyannaməsinə Böyük Britaniyadan ilk REAKSİYA

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bu görüş Cənubi Qafqazda, nəhayət, vəziyyətin nizamlanması və sülhə gedən yolun başlanması üçün çox ümidvericidir”

Bunu irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Ağ Evdə keçirilən görüşü barədə Globalinfo.az-a açıqlamasında bildirib:

“İndi bütün tərəflər üçün məqbul olan formula hazırlanıb. Bu, 1990-cı illərdəki fəlakətdən ötən 30 il ərzində Azərbaycan dövlətçiliyinin təntənəsidir. Rusiya ilə Qərb arasında manevrə əsaslanan balanslaşdırılmış xarici siyasət inanılmaz dərəcədə uğurlu oldu. “Pazl”ın bütün parçaları sehrli şəkildə yerinə oturdu. Sonuncu element prezident Tramp idi ki, onun yenidən seçilməsi İrəvanı mənasız qarşıdurmaya sövq edən qeyri-effektiv Bayden prezidentliyindən sonra Cənubi Qafqaz üçün yeni imkanın yaranması demək idi. Bu fürsətdən istifadə edilməsi çox gözəldir”.

P.Uolşun sözlərinə görə, ermənilər başa düşdülər ki, bu, müstəqillik əldə etdikdən üzü bəri Qarabağın işğalından sonra düşdükləri Moskvanın məngənəsindən çıxmaq üçün bir fürsətdir:

Azərbaycan da həmçinin bütün müstəqil dövlətlərin arzuladığı kimi gələcəkdə Moskvadan uzaqlaşıb daha sərbəst fəaliyyət göstərmək üçün Rusiyanın düşdüyü çətin vəziyyəti Bakı üçün fürsət kimi gördü. Bu, realizmin və sağlam düşüncənin ideologiya üzərində qələbəsidir və ümid etmək olar ki, region ölkələri indi bütün xalqların gələcək sabitliyi və rifahı üçün daxildə və xaricdə ən yaxşı əlaqələri qura bilər. Bəziləri, başqa məqsədlər güdərək, baş verənləri yanlış şərh edir. Amma sonda mühüm olan azərbaycanlılar və ermənilər üçün davamlı sülh, təhlükəsizlik, uğurlu sülh prosesinin gətirəcəyi faydalardan yararlanmaqdır”.

Patrik Uolş

Həmçinin oxuyun:

200 illik sistem dəyişir – TRIPP layihəsinin əsas məqsədi və riskləri

Britaniyalı politoloq Neil Vatson isə deyib ki, ABŞ Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında, Rusiyadan siyasi və iqtisadi cəhətdən uzaq olan dirçəldilmiş regionun yaradılmasında mühüm rol oynamaqda maraqlıdır:

“Zəngəzur dəhlizi Naxçıvana gedən mühüm marşrutdur. SSRİ-nin süqutundan sonra ilk dəfə olaraq ticarət və nəqliyyatın maneəsiz şəkildə həyata keçirilməsi zəruridir. Dəhlizə ABŞ kimi üçüncü tərəfin nəzarət etməsi məntiqlidir. ABŞ burada öz maraqlarını güdür və bütünləşmiş Cənubi Qafqazda yeni ticarət əlaqələrində iştirak etməklə keçmiş rus məkanında Azərbaycan resurslarına yaxın olmaqdan faydalanmaq niyyətindədir”.

Neil Vatson

O qeyd edib ki, bununla belə, Rusiya artıq təhlükəsizlik üzrə konfrans təşkil edib və ABŞ-ın buradakı iştirakını təhlükə kimi görür:

“Əgər Rusiya Ukraynada müəyyən uğur qazanarsa, bunu Qərbə qarşı ikinci cəbhə kimi qiymətləndirə və təhdidlər etmək və hərbi əməliyyatlara başlamaq üçün özündə cəsarət hiss edə bilər. Həmçinin prezident Tramp praqmatikdir və istədiyi zaman fikrini dəyişə bilər, bölgəni Rusiyanın yenidən müdaxiləsi qarşısında müdafiəsiz qoya bilər. O, həm də asan qələbə axtarır, sülh vasitəçisi kimi görünmək istəyir. O, ErmənistanAzərbaycan sülh prosesində müəyyən uğur əldə etsə, bu çox gözəl olardı. Amma Ukraynada və ya Yaxın Şərqdə sülhün əldə olunmasına kömək etsə, o zaman qoşunlarını orada yerləşdirməyə üstünlük verə bilər ki, bu da Cənubi Qafqazı yenidən risk altında qoyar”.

N.Vatson əlavə edib ki, əgər ABŞ müstəqil vasitəçi ölkə kimi fəaliyyət göstərirsə, 907-ci düzəlişin ləğvi (dondurulsa da Konqres hələ ləğv etməyib – red) üçün vaxt çoxdan yetişib və zərurətə çevrilib.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Avqust 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri