Icma.az
close
up
RU
“Bütün dövrlərdə təhsilin problemləri olub, ancaq bu qədər olmayıb, Əmrullayev çalışır, amma bu, məqsədə nə qədər yaxındır, demək çətindir...”

“Bütün dövrlərdə təhsilin problemləri olub, ancaq bu qədər olmayıb, Əmrullayev çalışır, amma bu, məqsədə nə qədər yaxındır, demək çətindir...”

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Sabiq təhsil naziri Misir Mərdənov “Müsavat TV”yə müsahibəsində Azərbaycanın indiki təhsil sistemi ilə bağlı tənqidlər səsləndirib.

Pravda.az xəbər verir ki, sabiq nazir müsahibəsində təhsilin bir çox istiqamətlərindən gileylənib.

“Xatırlayıram, əvvəllər təbaşir, elektrik lampalar çətin tapılırdı, partalar köhnə idi, istilik sistemi işləmirdi. İndi bu problemlərin heç biri yoxdur, hamısı həll olunub. Amma bunun qarşılığında məzmun, metodika, müəllimlərin səviyyəsi necədir? Müasir tələbatı ödəyirmi? Bütün bunları keçmişlə müqayisə etsək, təhsilin səviyyəsi müsbət tərəfə dəyişməyib. Təəssüf ki, bizdə son illər müasir texnologiya elmi və təhsili qabaqlamaqdadır. Uşaqların fiziologiyasını, sağlamlığını mütləq nəzərə almaq lazımdır. Uşağın hər yaşda nə qəbul etməsinin böyük əhəmiyyəti var. Adına “şəxsiyyətyönümlü təhsil” deyirik. Təəssüf ki, bizdə  imtahanyönümlü təhsil daha çox danışılır. İl ərzində mətbuatın monitorinqini keçirsən, görərsən ki, 90% imtahanyönümlü təhsildən danışılır. Əlifbanı bilməyən uşaqdan imtahan götürülür. Belə şey olarmı? Yaponiya 100 il bizdən irəlidədir, amma orada ibtidai siniflərdə imtahan deyilən şey yoxdur. Heç bizim dərslər kimi dərs də yoxdur. Bir uşaqdan nə qədər imtahan götürmək olar? Heç kim də bilmir ki, bu imtahanın sualını kim hazırlayır? Bu suallar uşağın yaşına uyğundurmu? Yaxud biz məktəbdə uşağa həmin suallara uyğun bilik və bacarıq verə bilirikmi? Kobud da olsa, belə bir misal var - qaşıqla verirsən, ancaq çömçə ilə istəyirsən... Bu gün təhsildə qaşıqla veririk, çünki gücümüz buna çatır. Onda gərək sən də sualı qaşıqla hazırlayasan. Təhsildə çox ciddi repetitorluq sistemi yaranıb. Dünyanın heç bir ölkəsində bu cür deyil. Elə bil, paralel ikinci təhsil sistemi yaranıb. Bu, bir tərəfdən məktəbi, digər tərəfdən müəllimi hörmətdən salır. Repetitorluq təhsilimizdə hazrıda ciddi problemdir. Bunun qarşısını cərimələrlə, inzibati yollarla, əmrlə, sərəncamla almaq qeyri-mümkündür. Dünyanın bütün ali məktəblərində gənclər cəmi iki qəbul imtahanı verir – riyaziyyat və dil. Bizdə neçə fəndən imtahan verirlər? Görəsən, buna ehtiyac varmı? Orta məktəbi bitirən bütün şagirdlər hökmən ali məktəbə qəbul olmalıdırlar? Nazir vəzifəsində olarkən dünyanın bir çox ölkəsini gəzib görmüşdüm ki, orta məktəbi bitirən uşaqların yarısı, hətta yarıdan çoxu peşə məktəblərinə gedirlər. Biz orta məktəbə bitirəndə zəif oxuyan uşaq əlinə çamadan alırdı. Məktəbin direktoru soruşdu ki, hara gedirsən? Dedi ki, ali məktəbə. Direktor ona dedi ki, kül mənim başıma, sən də ali məktəbə gedirsən? Yəni bu cür olmamalıdır. Hər adam niyə ali təhsil alsın ki? Ali məktəbə qəbul olurlar, amma heç kim 30 il ərzində elmi tədqiqat aparmayıb ki, gəlin görək, ali məktəbə qəbul olan zaman ən yüksək bal toplayan uşaqların nəticələri sonra necə olur? 12 il ərzində riyaziyyat elminə ümid verən bir gəncin gəldiyinin şahidi olmadım. On nəfərdən biri oğlan olsa, sevinirsən. Azərbaycan elmini dünyaya olduğu kimi təqdim edən elə bir böyük alimimiz də çıxmayıb. Deməli, düz yolda deyilik. Bunu qəbul etməliyik. Xüsusilə, imkanlı ailələrdən olan, ən qabiliyyətli uşaqlar imtahanın qorxusundan xarici ölkələrə ali məktəblərə gedirlər. Orada ya oxuyurlar, ya oxumurlar. Hər halda həmin ölkələrdə olanları görüb, Azərbaycana qarşı mənfi münasibətləri yaranır. Bəziləri heç qayıtmır. Bütün dövrlərdə təhsilin problemləri olub, ancaq bu qədər olmayıb. Çünki lap 40 il əvvəl müəllimin nüfuzu çox yüksək idi. Müəllimlər də o dövrün tələblərinə uyğun məsuliyyətli və ədalətli idilər. Zamanla məktəblərin sayı artdıqca müəllimlərin də sayı artdı. Çoxsaylı olanda idarəetmədə çətinlik yaranır. Müəllim dərs keçir, uşaq onu telefonla çəkir. Bu, heç bir təlim-tərbiyəyə sığmayan şeydir. Qadağa qoysaq, valideynlər ayağa qalxacaq ki, uşağımla necə əlaqə saxlayım? Qohumlarımdan biri İstanbul Universitetində beynəlxalq əlaqələr üzrə prorektor idi. Oğlu neçə il oxudu, həmin universiteti bitirə bilmədi. Bizdə belə bir şey desələr, inanarsınız? Hətta həmin uşağa dörd yazsan, inciyərlər. Neqativ hallarla bağlı heç olmasa, qonşumuzdan öyrənək, axı orda belə şeylər yoxdur. Yalnız maaşı artırmaqla iş görmək olmaz. Sertifikasiya imtahanı verirlər, müəllimlərin əməkhaqqı artır. Nəticə var? Yoxlamaq lazımdır. Ali məktəbi bitirməklə iş bitmir. Gərək iş verəsən. Diplomu cibində, gedib bazarda araba sürəcəksə, ona diplom verməyin nə mənası var? “Məndə ali məktəbi bitirənlərin sayı çoxdur”. Nə olsun? Sənin ali təhsillilərin harada işləyir? Müəllimə bir dəstə gül verirlər, gül dəstəsini də bizdə korrupsiya hesab edən var. Təbii ki, sistemli şəkildə pul yığılması cinayətdir. Qətiyyən yol vermək olmaz. Emin Əmrullayevlə bir neçə dəfə görüşmüşük. Qısa görüşlərdə bu qədər fikirləri çatdırmaq mümkün deyil. Amma jurnalistlərə müsahibələrimdə deyirəm. Nazirlik bunu nə qədər nəzərə alır, deyə bilmərəm. Nazir cənab Prezident tərəfindən seçilib. Düşünə bilmərəm ki, o adam hansı məsuliyyəti daşıdığını hiss etməsin. Təbii ki, çalışır, amma bu çalışmaq məqsədə nə qədər yaxındır, bunu demək çətindir...” – M.Mərdanov bildirib.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Mart 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əqrəb mövsümü bu hadisənin əsasında çəkilibmiş FOTO

27 Aprel 2025 04:00see257

HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb

27 Aprel 2025 05:03see140

Azərbaycanda Qadın XƏYANƏTİ + VİDEO

27 Aprel 2025 04:42see131

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

28 Aprel 2025 04:16see131

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

27 Aprel 2025 19:52see130

“El Klasiko”dan qalib ayrılan “Barselona” kuboka sahib çıxdı

27 Aprel 2025 03:43see129

İqlimin tənzimlənməsinin başlıca mexanizmlərindən biri sıradan çıxıb TƏHLÜKƏ

27 Aprel 2025 03:33see128

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

27 Aprel 2025 13:11see128

Hələ də güzgüyə baxmıram Fotolar

27 Aprel 2025 00:21see124

Mask gələcəklə bağlı proqnoz verdi

27 Aprel 2025 04:03see124

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

28 Aprel 2025 00:58see123

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

27 Aprel 2025 22:09see120

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

28 Aprel 2025 00:44see119

Özgür Özəl: Mühafizəçilərin kameranı bağlaması məcburi bir vəzifədir

28 Aprel 2025 01:19see118

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

27 Aprel 2025 23:55see118

“Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir” Famil Fərhadoğlu KONKRET

27 Aprel 2025 11:45see117

Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama

28 Aprel 2025 00:56see114

KİV: İranda limanında partlayışın səbəbi raket yanacağı üçün maddə olub

27 Aprel 2025 12:52see114

Lökbatan yolunda qəza: Ölən var

27 Aprel 2025 21:44see113

Bu gün imtahan var

27 Aprel 2025 00:02see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri