Icma.az
close
up
RU
Bütün Fələstin İsrailin tərkibinə keçəcək bilər

Bütün Fələstin İsrailin tərkibinə keçəcək bilər

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatına 193 üzv dövlətin 147-sinin Fləstini müstəqil dövlət kimi, tanımasına baxmayaraq, Fələstin dövlətinin tam qurulması və özünün mövcudluğunu qoruya biləcəyi mümkünsüzdür.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

"Əvvəla qeyd edək ki, XIX əsrin sonunda dünyada yəhudilərə qarşı artan təqib və təzyiqlər səbəbindən 1897-ci ildə keçirilən I Sionist Konqresində vətəni saydıqları Fələstin torpaqlarında yəhudi dövlətinin yaradılması məqsədi qoyulur. Bundan sonra yəhudilər kütləvi şəkildə Osmanlı İmperiyasının tərkibində olan Fələstinə köç etməyə başlayır. Yəhudilərin Fələstində kəskin say artımı, yəhudilərin fələstinlərdən torpaq sahələrini alması narazılıq və qarşıdurmaya səbəb olur".

Onun sözlərinə görə, Birinci Dünya Müharibəsində Osmanlı imperiyasının məğlub olması fələstin - yəhudi qarşıdurmasını qabardır. Bir sıra aparıcı dövlətlər Fələstində yəhudi xalqı üçün “milli ev” yaratmaq niyyətində idi. Həm də, 1917-ci il də Böyük Britaniya Xarici İşlər Naziri Artur Balfurun Britaniyanın yəhudi icmasına İsrail dövlətinin yaradılmasını vəd vermişdi. Osmanlı İmperiyasının yıxıldıqdan sonra, Böyük Britaniya Fələstin üzərində manata sahib oldu və yəhudilərə faktiki dövlət qurmamağı özündə ehtiva edən Balfur Bəyannaməsi 1922-ci ildə Millətlər Liqası (indiki BMT) tərəfindən təsdiqlənir.

Uzun sürən qarşıdurmanın qarşısını almaq məqsədi ilə 1947-ci ildə BMT-də Fələstinin ayrı-ayrı yəhudi (56%) və ərəb (44%) dövlətlərinə bölünməsinə və Qüdsün (Yerusəlimin) BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə barədə qərar qəbul edilir.
1990-cı illərdəki Oslo Razılaşması iki – yəhudi və fələstin - dövlətin yaradılması və birgəyaşayış prinsiplərini müəyyən edir:

"Davam edən fələstin - yəhudi qarşıdurması fonunda yəhudilər 1948-ci ildə öz dövlətinin müstəqilliyini elan edərək, real dövlət quruculuğuna başlayır. Fələstin ərəbləri isə öz dövlətlərini qurmaq əvəzinə liderlik, hakimiyyət uğrunda daxili mübarizə aparır, inzibati idarəçiliyində bacarıqsızlıq göstərirlər. Korrupsiya, rüşvəti o həddə gətirdilər ki, dövlətin formalaşmasını, qurulmasını təşkil etmək mümkün olmur. Dövlət quruculuğunda bacarıqsızlıq, zəiflik neçə-neçə terror təşkilatlarının yaranmasına yol açır və həmin qruplar bir-biri ilə açıq müharibə etdilər. Fələstinin azadlığı üçün yaradılan təşkilatlar (HƏMAS, FAT, FİC, FQDC, FAXC-BK, FMH, ƏƏŞB və sair) başqa dövlətlərin əlində alətə çevrilir. Digər islam ölkələrində yaradılan Hizbulla, Husi Hərakatı, İslam Qrupu, Əməl Hərəkatı, İraq İslam Müqaviməti kimi təşkilatlar silahlı fəaliyyəti ilə sivil şəkildə Fələstin dövlətinin yaranmasına əslində mane olur.

Ən azı beş (1948,1956, 1967, 1973, 2024-ci illər) müharibədə İsrail demək olar ki, bütün kollektivi ərəb dövlətlərinə, Fələstinə qalib gəlib. Hal-hazırda da İsrail dünyanın ən qüdrətli oturuşmuş bir dövlətinə çevrilib. İsrail xarici işlər naziri Qideon Saar Fələstin torpaqlarınının "İsrail torpaqları" olduğunu deyib, baş nazir Benyamin Netanyahu isə İsrail Fələstinə öz dövlətuni yaratmağa imkan verməyəcək" açıqlaması fələstinlərinin dövlət yaratmaq imkanının real vəziyyətini göstərir. Heç şübhəsiz ki, İsrail nəinki öz sərhədləri daxilində qalacaq, digər dövlətlər hesabına ərazilərini genişləndirəcək. İsrail 2024 - cü il Həmasla başladığı müharibə ilə yenidən Livan və Suriya hesabına ərazilərini genişləndirib".

O, qeyd edib ki, yeni dünya düzənində İsrailin Yaxın Şərqdə əsas və böyük dövlət kimi formalaşdırılması artıq razılaşdırılmış və qəbul edilmiş reallıqdır. İsrail bütün dünyada yeganə yəhudi dövləti olduğu halda, ərəblərin isə dünyada BMT tərəfindən tanınan 22 dövləti var. Hətta ərəb dili BMT-nin 7 rəsmi dilindən biridir. Fələstin ərəblərinin yeni bir dövlət qurumasının "xalqların öz müqəddəratını təyinetmə prinsipi" kimi beynəlxalq hüquq normalarına uyğunluğu yoxdur. ABŞ prezidenti Donald Trampın Qəzzadan fələstinlərinin köçürülmə istəyi də əslində beynəlxalq aləmdə əsas güclərin gəldiyi razılaşmadı. Nəinki Qəzza, bütün Fələstin İsrailin tərkibinə keçəcək. Yeni dünya düzənində Türkiyənin Osmanlı imperiyası ərazilərində, eləcə də bütün dünyada nüfuzunun, təsirinin bərpası İsrailin dövlət kimi güclənməsi ilə paralellik və qarşılıqlı razılaşma əsasında gedir.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Fevral 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri