Icma.az
close
up
RU
Bütün gözlər Azərbaycanda: Ölkəmizin beynəlxalq nüfuzu artır

Bütün gözlər Azərbaycanda: Ölkəmizin beynəlxalq nüfuzu artır

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu gün Bakıda işə başlayıb.

Noyabrın 11-22-də Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur. 

Tədbirin əhəmiyyətini nəzərə alaraq bir çox dünya ölkələrinin dövlət başçıları, baş nazirləri, ictimai-siyasi xadimləri ölkəmizə səfər ediblər.

COP29-un ölkəmizdə keçirilməsi nəinki dünya ictimaiyyəti, ziyalılarımız, millət vəkilləri tərəfindən yüksək qiymətləndirilir.    

Millət vəkili Tahir Rzayev "Cebheinfo.az"a bildirib ki, iqlim dəyişikliyinin yaratdığı problemlər, müharibələr, aclıq, münaqişələr bu gün bəşəriyyəti bir sıra çətinliklərlə üzləşdirib:

"Bu problemlərin həll edilməsi üçün ümumi məxrəcə gəlmək, yol axtarmaq dünya dövlətlərini düşündürən başlıca məsələlərdəndir. 

COP29-un keçirilməsi də məhz bu məqsədlərə xidmət edir. 

COP29 beynəlxalq əhəmiyyətli bir tədbirdir və 200 dövlətin ümumi razılığı ilə bu tədbirin Azərbaycanda keçirilməsi dövlətimizin beynəlxalq aləmdə nüfuzundan, Azərbaycan Prezidentinin düşünülmüş siyasətindən və ona göstərilən dəstəkdən xəbər verir.
Bu gün Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir və o tədbirlər zamanı göstərilən yüksək təşkilatçılıq, tədbirlərin səmərəli keçirilməsi COP29-un da Azərbaycanda keçirilməsinə bir imkan yaradıb. 

Əlbəttə ki, bu tədbirdə gündəmdə olan məsələlər bəşəriyyətin gələcəyi üçün çox faydalıdır. Çünki iqlim dəyişiklikləri, istiləşmə prosesinin baş verməsi, yaşıllıqların məhvi, səhralaşma prosesinin getməsi və bunun nəticəsində çox ciddi ərzaq çatışmazlığının, aclığın meydana gəlməsi insanları düşündürməyə bilməz. 

Belə bir tədbirin Azərbaycanda keçirilməsi həm siyasi, həm iqtisadi, həm də sosial əhəmiyyətli bir məsələdir və Azərbaycanın gələcəyi üçün faydalıdır. İlk növbədə BMT-nin çox mühüm, əhəmiyyətli tədbiri olan COP29 dünyaya Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu bir daha təbliğ və təsdiq edəcək. 

Digər tərəfdən dünyanın əksər ölkələrinin rəhbərləinin, ictimai-siyasi xadimlərinin, görkəmli şəxsiyyətlərinin Bakıda toplaşması və bəşəriyyət üçün əhəmiyyətli belə bir tədbirin gündəmə gətirilməsi Azərbaycanın demokratik təsisatlara, insan haqlarına, dünaynı düşündürən məsələlərə ciddi əhəmiyyət verdiyinin bir göstəricidir. 

Həm də gələn qonaqlar Azərbaycanın iqtisadi, sosial, mədəni inkişafı ilə yaxından tanış olacaq, işğaldan azad olunmuş ərazilərə səfər edəcək, oradakı tikinti abadlıq işlərinin şahidi olmaqla bərabər erməni vandallarının törətdikləri cinayətləri öz gözləri ilə görəcəklər.

Bu, Azərbaycanın dünyaya təbliğ olunması, tanıdılması baxımından vacibdir. COP29 həm də dünya ölkələri ilə Azərbaycanın əməkdaşlığının genişlənməsinə bir təkandır. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev özünün çıxışlarında daimi olaraq bildirir ki, biz sülhün, əmin-amanlığın, Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın tərəfdarıyıq.

Dünya ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi iqtisadi, siyasi baxımdan vacibdir və ölkə rəhbərinin bu məsələyə böyük önəm verməsi Azərbaycanın gələcəyinə xidmət edir. COP29-da gündəmə gətirilən məsələlər tək Azərbaycan deyil, dünya ölkələri üçün sülhün, əmin-amanlığın, sabitliyin bərpası üçün önəmlidir. 

Bu tədbirə ev sahibliyi etmək və tədbirin yüksək səviyyədə təşkili Azərbaycanı dünya ölkələri arasında demokratik, sivil, mədəni cəhətdən inkişaf edən bir dövlət kimi təqdim edəcək. Bu gün artıq COP29 öz işinə başlayır. Çox mühüm təşkilatçılıq işləri həyata keçirilib.

Biz bundan qürur duyuruq. Əmin olduğumuzu bildiririk ki, bu tədbir də bir çox beynəlxalq tədbirlər kimi yüksək səviyyədə keçiriləcək və Azərbaycanın şöhrətini bir daha artıracaq".           

Nigar Abdullayeva
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Noyabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri