Icma.az
close
up
RU
Bütün qonşu dövlətlərlə qardaşlıq münasibətləri saxlayırıq Prezident Tokayev

Bütün qonşu dövlətlərlə qardaşlıq münasibətləri saxlayırıq Prezident Tokayev

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Rusiya Qazaxıstanın əsas strateji tərəfdaşı və etibarlı müttəfiqidir. Çinlə əməkdaşlığımız da dərin köklərə malikdir. Çin xalqı heç vaxt qazax xalqına zərər verməyib və gələcəkdə də verməyəcək.

525.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Xalqı Assambleyasının qurultayındakı çıxışında deyib.

O bildirib ki, Ala-Tau dağlarında yaşayan qırğızlar bizim qardaşlarımızdır. Qədim zamanlardan özbəkləri doğma qardaşlarımız kimi dəyərləndirmişik: “Türkmənlər bizimlə qohum xalqdılar, ortaq əcdadlarımızı ehtiramla xatırlayırıq. Eyni zamanda, qədim Xəzər dənizinin sahillərini paylaşdığımız Azərbaycanla da səmimi münasibətlərimiz var. Bir sözlə, biz bütün qonşu dövlətlərlə qardaşlıq münasibətləri saxlayırıq. Aramızda heç bir həll olunmamış məsələ yoxdur. Qazaxıstan və Rusiya qarşılıqlı razılıq əsasında qitənin ən uzun quru sərhədini demarkasiya ediblər. Yaxın günlərdə Qırğızıstan, Özbəkistan və Tacikistan illərdir həll olunmayan sərhəd məsələsində ortaq anlayışa gəldilər. Tarixi razılaşma imzalanıb desək, səhv etmərik. Biz daim dəstəklədiyimiz qardaş dövlətlərə görə sevinirik”.

Prezident əlavə edib ki, bu gün qeyri-sabit və narahat dövrdə birlik və həmrəylik xüsusilə dəyərli olur: “Sülh və sabitlik bizə taleyin bəxş etdiyi bir hədiyyə deyil. Bu, bizim həmrəyliyimizin və ortaq, davamlı səylərimizin nəticəsidir. Xalqımızın ən yaxşı keyfiyyətləri çətin anlarda daha aydın üzə çıxır. Bunu ötən il Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı bir daha gördük. Vətəndaşlarımız zərərçəkənlərə yardım etmək üçün səfərbər oldular. İnsanlar qan vermək üçün növbəyə durdular. Azərbaycanın səfirliyi qarşısına güllər qoydular. Bütün dünya xalqımızın həmrəyliyinə və fədakarlığına heyran oldu. Bu anlarda həmvətənlərimizin geniş qəlbi, açıqlığı və mərhəməti bir daha özünü göstərdi. Rəhm, mərhəmət və xoşniyyətlilik – bunlar bizim milli xarakterimizin xüsusiyyətləridir. Biz bu dəyərləri qoruyub saxlamalı və onları böyüyən nəsilə ötürməliyik”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Aprel 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri