Icma.az
close
up
RU
Büzdüm nahiyəsində şiş olan körpə əməliyyat edildi FOTO

Büzdüm nahiyəsində şiş olan körpə əməliyyat edildi FOTO

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında anadangəlmə oma-büzdüm nahiyəsinin teratoması diaqnozu ilə qəbul edilən yeni doğulmuş körpə üzərində uğurlu əməliyyat aparılıb.

Bakıvaxtı.az Medicina.az-a istinadən xəbər verir ki, Tədris Cərrahiyyə Klinikasının Neonatal İntensiv Terapiya Şöbəsinin müdiri Sərxan Elbəyiyevin sözlərinə görə, xəstə klinikaya qəbul edildikdən sonra əməliyyata hazırlıq mərhələsində zəruri müayinələr aparılıb. Əməliyyatı Uşaq Cərrahlığı kafedrasının müdiri, ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahı, professor Ramiz Poluxov icra edib. Əməliyyatdan sonra uşağın müvafiq dərman müalicəsi və tibbi müşahidəsi Neonatal intensiv terapiya şöbəsində davam etdirilib. Hazırda körpənin vəziyyəti stabildir. O, süni tənəffüs aparatından ayrılıb, qidalanmasına başlanılıb və tam enteral bəslənməyə keçirilib. Xəstə əməliyyatdan sonrakı dördüncü gün evə yazılıb.

Professorun sözlərinə görə, körpədə II tip teratoma aşkarlanıb. Bu tip teratomada törəmənin həm xaricdə görünən hissəsi, həm də oma-büzdüm nahiyəsinin arxasında, çanaq daxilinə doğru yerləşən komponenti olur. Ramiz Poluxovun sözlərinə görə, teratomalar anadangəlmə germ hüceyrəli törəmələrdir və bəzi hallarda bədxassəli dəyişiklik riski daşıya bilər. Buna görə belə xəstələrin erkən diaqnostikası və cərrahi müalicəsi xüsusi əhəmiyyət kəsb edir. 

Professor bildirib ki, praktikalarında bu xəstəliklə bağlı çoxsaylı hallarla qarşılaşıblar. Onun sözlərinə görə, bəzi xəstələr doğulduqdan cəmi bir neçə saat sonra əməliyyat olunub və sonrakı müşahidələrdə müsbət nəticələr əldə edilib. Klinikada bu xəstəlik səbəbilə əməliyyat olunan və hazırda uzunmüddətli müşahidədə olan uşaqlar da var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Sentyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri