Icma.az
close
up
RU
BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çin hökuməti ölkəni elektromobil liderinə çevirmək üçün nəhəng vəsait ayırır. İndi isə hökumət bu vəsaitin hara xərcləndiyini soruşur. Avtosfer.az üçdilli “gocar.be” saytına istinadla xəbər verir ki, Çinin Texnologiya Nazirliyi avtomobil zavodlarında ciddi audit aparıb və ortaya xoş olmayan nəticələr çıxıb. Hökumət 2009-2023-cü illərdə istehsalçılara təxminən 220 milyard dollar subsidiya ayırıb. Bəzi istehsalçılar üçün hər avtomobilə 8000 dollar dotasiya verilib.
Hökumət məqsədinə qismən nail olub: Çİn dünyanın avtomobil liderinə çevrilib. Elektromobil istehsalında isə hətta Tesla kimi nəhənglər çinli istehsalçılarla ayaqlaşa bilmir.
Audit maraqlı faktı üzə çıxarıb. Hökumət dotasiya zamanı elektromobillərin müəyyən texniki göstəricilərə malik olmasını tələb edib. Xüsusilə də gediş ehtiyatı məsələsində. Məlum olub ki, on minlərlə maşın texniki şərtnaməyə uyğun olmasa da, dotasiya verilib. Saxtakarlıqların 60 faizdən çoxu 2 nəhəng şirkətdə - BYD və “Geely”də aşkar edilib. Hər 2 şirkət məsələ ilə bağlı mətbuata danışmaqdan imtina edir.
Audit həmçinin, çinli istehsalçıların “0 kilometr ikinci əl avtomobil” fırıldağının da üstünü açıb. Hazırda yoxlamalar davam etdiyi üçün saxtakarlığa yol vermiş şirkətləri hansı cəzanın gözlədiyi məlum deyil. Bu fakt məlumdur ki, saxtakarlıqların 70 faizi 2 şirkətdə üzə çıxarılıb.
Avropalı ekspertlərin qənaətinə görə, dotasiya dayandırılacağı təqdirdə Çin mütəxəssisləri istehsalı kəskin azaldacaq. Bu da onların beynəlxalq nüfuzunu zədələyəcək.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 İyul 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri