“Cadenza” orkestrinin növbəti konsert proqramı Xəyyam Mirzəzadənin 90 illiyinə həsr olunacaq
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin (Cadenza Contemporary Orchestra) növbəti konsert proqramı təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, konsert görkəmli bəstəkar, Xalq artisti Xəyyam Mirzəzadənin 90 illiyinə həsr olunacaq.
Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq “Xəyyam Mirzəzadə-90” adlı konsertdə bəstəkarın müxtəlif illərdə yazdığı “Monoloq”, “Ohne”, “Pianto” və “Memory” əsərləri səsləndiriləcək.
Konsertin solistləri Aynur Əhədova (violin), Humay Qasımzadə (piano) və Fəridə Məmmədova (soprano) olacaq.
Konsertə giriş sərbəstdir.
Bu mövzuda digər xəbərlər:Xəyyam Mirzəzadənin adı küçəyə verildi
06 Dekabr 2024 13:03
Bu küçəyə Xəyyam Mirzəzadənin adı verildi
06 Dekabr 2024 13:40
Xəyyam Mirzəzadənin adı bu küçəyə verildi
06 Dekabr 2024 13:46
Xalq artisti Xəyyam Mirzəzadənin doğum günüdür
05 Oktyabr 2025 11:28
Xəyyam Mirzəzadənin oğlu Prezidentə TƏŞƏKKÜR ETDİ
10 Dekabr 2024 16:27
Baxış sayı:27
Bu xəbər 16 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















