Çadra islam deyil, kilsə geyimidir: Bizdə başa bağlanan...
Icma.az bildirir, Axar.az portalına istinadən.
Analarımız, nənələrimiz və ondan böyüklər örtünmək üçün nə bağlayıblar, nə geyiniblər? Ya kəlağayı, ya şal, ya da yaylıq bağlayar, dinə uyğun paltar geyinərdilər. Çadra taxan görmədim. Bunu bizə İran mollaları, vəhhabi və bu zümrədən olan islam düşmənləri soxuşdurub.
Kult.az xəbər verir ki, bu sözləri jurnalist Fikrət Fərəməzoğlu qeyd edib.
“Bu gün küçədə, bacada, məclisdə və sairə yerlərdə gördüyümüz qara parçadan çadra bağlayanlar bunu islamla əlaqələndirirlər. Bəli, Allah Qurani-Kərimdə aşkar şəkildə yazıb ki, örtünün. Bunu heç kim inkar edə bilməz. Lakin bu gün həmin qadınların geyindiyi, taxdığı geyimin islamla əlaqəsi yoxdur. Heç ərəb mədəniyyəti ilə də əlaqəli deyil. Azca araşdırsanız, görəcəksiz ki, bu geyim tərzi bizə Qərbdən ötürülüb. Daha doğrusu, özünü "islam alimi" hesab edənlər Qərbdən aldığı rüşvət müqabilində kilsə geyimini "çadra", "türban", "çarşab" adı ilə bizə sırıyıb. Ağlı başında olan islam alimləri belə bu geyim tərzini qəbul etmir.
Cənablar, kəlağayı elə qadının örtünməsi üçün icad edilib. Qədimdə analarımız, nənələrimiz və onların böyükləri kəlağayı bağlamaqla nə islamdan çıxıblar, nə dinsiz olublar, nə dini qaydaları pozub”ar", - deyə F.Fərəməzoğlu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 07 Aprel 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















