“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Naxçıvan, 16 oktyabr, AZƏRTAC
“Cahan Holding”ə məxsus “BE Group” markası Baku Expo Mərkəzində keçirilən “Baku Build” sərgisində iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “BE Group”un tərkibində olan “BE Pen” ,“Winsa” və “Winlab” markalarının təmsil olunduğu stend sərgidə böyük marağa səbəb olub. Sərgidə iştirak edən sahibkar və təmsilçilər təqdim olunan markalarla tanış olub, ilkin razılıqlar əldə edilib.
Xatırladaq ki, “BE Pen” illik 25000 ton istehsal gücünə malik Cahan sənaye kompleksində ən müasir texnologiyalar vasitəsilə istehsal olunur. Onu da qeyd edək ki, keyfiyyəti, funksionallığı və ekologiya dostu olmağı ilə seçilən “BE Pen” dünya standartlarına cavab verir.
Baku Expo Mərkəzində təqdim olunan stenddə Dominant 70, Dominant 60, Renessans 60 PVC profilləri də sərgilənib. Eyni zamanda öz sahəsində dünyaşöhrəti qazanmış “Deceuninck”in “Winsa” brendinin ölkəmizdəki rəsmi istehsalçısı olaraq “BE Group” “Winsa” profillərini də “Baku Build” sərgisində təqdib edib.
“Winlab” isə Azərbaycanın ilk rəsmi qapı və pəncərə emalatxanasıdır. Emalatxana avtomatlaşdırılmış yüksək sürət və keyfiyyət prinsipi əsasında işləyir.
Sərgidə “Cahan Holding”in təqdim etdiyi stend detallı təqdimatı, digital həlləri ilə rəqiblərindən seçilib.
Müxbir- Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 16 Oktyabr 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















