Icma.az
close
up
RU
Cahanda sülh olsun, barış olsun!

Cahanda sülh olsun, barış olsun!

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Həyat çox şirindir, yaşamağa dəyər!

Dünya nə qədər gözəldirsə, gözəl yaşamaq bir o qədər gözəldir! Həyat gözəlliklə keçsin! Həyatın gözəlliyi ömrün bəxtəvər olmasıdır!

Demək olar ki, son illər yaşadığımız bu şirin dünyanın siyasi mənzərəsinə bir az diqqətlə nəzər yetirəndə görürük ki, dünyada bir çox məsələlərlə bağlı bəzi qarışıqlıq, eləcə də xoşagəlməz hallar yaranıb.

Hətta bir az dərindən düşündükdə isə belə məlum olur ki, elə bir zamana, elə bir dövrə gəlib çatmışıq ki… Nə deyək vallah…

Belə ki, bəzi ölkələrdə savaşlar baş verir, uşaqlar, qocalar, dinc insanlar bu lazımsız savaşlarda həyatını itirir. Bəziləri isə öz doğma-yurd-yuvasından didərgin düşür, min bir əzab-əziyyət içində qaçqınlıq, köçkünlük həyatı yaşayır. Yəni insanların xoş keçən ömrü-günü qaralır, həyatı cəhənnəmə dönür.

O da məlumdur ki, artıq elm çox-çox yüksək səviyyədə inkişaf edib. Kompüter əsrində yaşayırıq. Dünyada baş verən bütün hadisələr, olaylar sanki gözlərimizin önündədir.

Bu baxımdan da hər yanda baş verən bütün hadisələrdən, olaylardan elə tez bir vaxtda, yəni həmin saatda xəbərdar oluruq.

Ey uca Tanrım! Bizlərə bəxş etdiyin bu dünyada sülh, əminamanlıq olsun!

Harda müharibə varsa tez vaxtda sona yetsin! Sülh müqavilələri bağlansın, barış əldə olunsun. Bütün insanlar sülh içində, əminamanlıqla xoşbəxt yaşasın!

Kaş ki, dünyanın hər tərəfində hər bir insan xoş ömür sürsün. Körpələr müharibələrdə həyatını itirməsin. Heç bir insan öz elindən, obasından, ana Vətənindən ayrı düşməsin, qaçqınlıq, köçkünlük ömrü yaşamasın.

Yerlərin-Göylərin Sahibi olan mərhəmətli, sevgi dolu Allah! Kainatımızı, dünyamızı, ana VƏTƏNimizi, MİLLƏTimizi bəlalardan, savaşlardan qoru! Dünya cənnətə dönsün!

İnsanlar sülhə gəlsin, dünyada məhəbbət, sevgi, barış, gözəllik olsun hər zaman…

Ürəyimiz sevgiylə, məhəbbətlə döyünsün!

Həyatımızı başdan-başa gözəl, xoş günlər, bəxtəvər aylar, toy-büsatlı illər bürüsün!

Qəlbimizdə həmişə sevgi, məhəbbət olsun! Çünki sevgi, məhəbbət olan hər bir yer xoşbəxtliyə və bəxtəvərliyə bürünür. Onda həyat da gözəl olur, ömrümüz-günümüz də daha çox gözəlləşir.

Yaşadığımız bu şirin dünyamıza gözəllik, sakitlik, savaşsız günlər, xoş aylar, sülhə bürünən şadlıq dolu illər arzu edirəm! Həyatımız ömrümüz boyunca firavan olsun!

Allahın bizlərə bəxş etdiyi ömrü-günü sevgiylə, məhəbbətlə sevinərək və sevib-sevilərək doya-doya yaşaya bilək!

Uca, Böyük Yaradan dünyamızı qorusun!

XATİRƏ ƏZİZ Rəhimli

Şair-jurnalist

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 İyul 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri