Icma.az
close
up
RU
Olmasaydı cahanda axmaqlar... KÜNCDƏN BAXIŞ

Olmasaydı cahanda axmaqlar... KÜNCDƏN BAXIŞ

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elçin Bayramlı

Son vaxtlar media və sosial şəbəkələrdə maraqlı faktlar açıqlandı. Xəzər dənizinin çəkilməsi ilə dənizin dibinə atılmış müştəlif əşyalardan düzəldilmiş xeyli sayda cadular üzə çıxdı. Cadugərlərin qapısı qarşısında insan növbələrini göstərən fotolar yayımlandı. Eyni zamanda, sosial şəbəkələrdə bir sıra falçı və cadugərlər açıq şəkildə özlərini reklam edir, insanları haram, günah və qanunsuz işlərə dəvət edirlər. Təəssüf ki, onların tələsinə düşənlər heç də az deyil.

Falçılıq və cadugərlik həmişə cəhalət içində olan və mənəvi deqredasiyaya məruz qalan cəmiyyətlərdə inkişaf edir. Lakin elm və təhsilin genişlənməsi, dinin düzgün öyrənilməsi sayəsində son vaxtlar buna maraq azalıb. Lakin yenə də bu işlərlə məşğul olan dələduzlar və onların tələsinə düşən avamlar var.

Bu məsələyə 3 tərəfdən yanaşmaq lazımdır. Hüquqi baxımdan bu, açıq-aşkar dələduzluqdur, cinayətdir. İnsanların aldadılması və maddi vəsaitlərinin talan olunması birbaşa cinayət əməlidir. Eyni zamanda burada digər məsələlər də mövcuddur: başqalarına zərər vurmaq cəhdi hər hansı formada hüquqi problem yaradır.

Sosial baxımdan da bu, çox ciddi problemdir. İnsanların şüuru və təfəkkürü falçılıq, cadugərlik üzərində qurulur. Falçılıqla, cadugərliklə nəyəsə nail olmaq qeyri-təbii və qeyri-mənəvi bir formaya çevrilib. Həm bir insan olaraq, bir fərd və vətəndaş olaraq, həm də bütün cəmiyyət üçün bu zərərli bir fəaliyyətdir.

Dini və mənəvi baxımdan isə bu, ən böyük günah sayılır. Bütün dinlərdə falçılıq və cadugərlik şeytani bir əməl hesab olunur. Bununla məşğul olanlar və onlara inananlar da şeytani işlərlə məşğul olanlar sayılır. Bundan ağır günah yoxdur; bu, birbaşa satanizm, yəni şeytana xidmət deməkdir. Bu, bütün dinlərdə eyni cür qəbul edilir.

Bu səbəbdən bir çox ölkələrdə belə fəaliyyət qanunla qadağan olunur və cəzalandırılır. Bəzi ölkələrdə ictimai qınaq, digərlərində isə təhsil və maarifləndirmə yolu ilə insanlar bu işlərlə məşğul olmaqdan uzaqlaşdırılıb. Təəssüf ki, bizdə kütlənin bir hissəsi həm bilik, həm də dini baxımdan cəhalət içindədir. Bəzi insanlar qeyri-qanuni və qeyri-mənəvi yollarla iş görməyə çalışır. Bu, mənəvi deqradasiyanın kulminasiyasıdır və cəmiyyətin təhsilsiz, mənəviyyatsız hissəsini göstərir.

Aydın məsələdir ki, bu yollarla heç bir işi həll etmək mümkün deyil. Lakin buna cəhd etmək belə qeyri-insani və qeyri-mənəvi prosesdir. Başqalarına zərər vurmağa, onların haqqına girməyə, ailələrini dağıtmağa cəhd göstərmək belə hüquqi cəhətdən cinayət, sosial cəhətdən zərərli, dini cəhətdən ağır günahdır.

Bunun qarşısını almaq üçün bir çox üsullar mövcuddur. Maarifləndirmə uzun illərdir ki, aparılır, amma effektiv olmadı; ictimai qınaq potensial olaraq nəticə verə bilərdi, amma bizdə bu da yoxdur; din xadimləri bu məsələnin dini baxımdan ən ağır günah olduğunu çatdıra bilərdi, lakin bu da yetərli səviyyədə edilmədi.

Yerdə yalnız inzibati və hüquqi müdaxilə qalır. Son zamanlar bəzi ölkələrdə bu məsələ ilə bağlı ciddi qərarlar qəbul olunub. Bu cür fəaliyyətlər qanunla qadağan olunub və cəzalar müəyyənləşdirilib. Bizdə də artıq bu addımı atmağın vaxtıdır. Hesab edirəm ki, Cinayət Məcəlləsinə xüsusi maddələr əlavə edilməli və bu fəaliyyətlə məşğul olanlar ciddi cəzalandırılmalıdır.

Cadugərlik və falçılıq fəaliyyəti qadağan olunmalı, dövlət orqanları, dini icmalar və cəmiyyətin sağlam qüvvələri tərəfindən ictimai qınaq yolu ilə də qarşısı alınmalıdır. Biz cəmiyyəti bu bəladan təmizləməliyik. Əks halda sağlam cəmiyyətdən söhbət gedə bilməz. Mənəvi deqradasiya sosial problemlərə, insanların bir-biri ilə münasibətlərinin pisləşməsinə səbəb olur və bu da qəbuledilməzdir. Buna görə ciddi tədbirlər görülməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Yanvar 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1422

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see706

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see549

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see472

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see462

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see450

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see444

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see409

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see380

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see348

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see311

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see300

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see294

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see288

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see281

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see264

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see261

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see260

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see249
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri