Cahangir Məmmədli: BDU da tədrisin keyfiyyəti müasir çağırışlara cavab verir
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 fevral, AZƏRTAC
Bakı Dövlət Universiteti yarandığı gündən elm və təhsilin vəhdətinə xüsusi diqqət yetirir. Universitet elmdə və təhsildə dünyanın aparıcı ali təhsil müəssisələrinin təcrübəsinə əsaslanır. Təsadüfi deyil ki, rektor Elçin Babayev ABŞ, İngiltərə, Çin, Almaniya kimi ölkələrdə universitetlərin elmi konfranslarında məruzələr edir və onların universitetlə əlaqələrini reallaşdırır. Buna görə də BDU-nun beynəlxalq universitetlər arasında reytinqi getdikcə artmaqdadır.
Bunu AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli deyib. O bildirib ki, BDU-da təhsil prosesi dövlətçilik və müasir çağırışlara cavab verən kadr hazırlığı istiqamətlərində aparılır: “Tədrisin keyfiyyəti zamanın aktual məsələlərinə diqqətlə yanaşmağa imkan verir. Universitetin xeyli sayda tələbəsi, xüsusilə dəqiq elmlər fakültələrinin tələbələri elmi yaradıcılıq potensiallarını artırmaq məqsədilə dünyanın bir sıra universitetlərinə bir neçə ay müddətinə ezam olunurlar. Onların Elmi şurada verdikləri hesabatlar sübut edir ki, bu təcrübə müasir dövrün tələblərinə cavab verən kadr hazırlığında çox yaxşı səmərə verir.
“BDU qarşısında qoyulan əsas tələblərdən biri məzunların əmək bazarına hazırlığı məsələsidir. Universitetdə formalaşmış elmi-tədqiqat laboratoriyaları, elmi-nəzəri hazırlıqla bərabər praktiki istiqamətə də xüsusi diqqət məzunlarımızın işlə təmin olunmasına şərait yaradır. BDU bir sıra müəssisələrlə əmək müqavilələri bağlayır və bunun üçün ayrıca bir struktur fəaliyyət göstərir. Aydındır ki, hər şey kadr siyasətindən asılıdır. Universitetimizin rəhbərliyindəki bütün kadrlar dövlətçiliklə tədrisin vəhdəti formatının tətbiqinə kömək göstərirlər.
Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədəki tapşırıq və təklifləri sırasında yer alan texnologiyanın inkişafı, süni intellekt nəzəriyyəsinə diqqət və s. BDU-nun Elmi şurasında aktual məsələlər olaraq təhlil edildi və bu problemləri həyata keçirmək üçün universitetdə yeni infrastruktur formatları yaradıldı”, - deyə Cahangir Məmmədli vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 20 Fevral 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















