Icma.az
close
up
RU
Cakartada “Kəmər və Yol” infrastruktur investisiyaları üzrə qlobal biznes sammiti keçirilir

Cakartada “Kəmər və Yol” infrastruktur investisiyaları üzrə qlobal biznes sammiti keçirilir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cakarta, 25 may, AZƏRTAC

İndoneziyanın paytaxtı Cakartada “Bir kəmər, bir yol” infrastruktur investisiyaları üzrə qlobal biznes sammiti keçirilir.

AZƏRTAC xəbər verir ki, BMT-nin Qlobal Sazişi çərçivəsində keçirilən “Daha yaxşı biznes, daha yaxşı dünya və Dayanıqlı İnkişaf Məqsədləri üçün” mövzusundakı sammitin məqsədi “Bir kəmər, bir yol” infrastruktur layihələrində iştirak edən biznes tərəfdaşlarının potensialını gücləndirməkdən ibarətdir.

Sammitdə İndoneziyanın investisiyalar və emal sənayesi nazirinin müavini Todotua Pasaribu, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Cunhua (onlayn formatda), BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin prezidenti Cefri Saks, İndoneziya Ticarət və Sənaye Palatasının sədri Anindya Novyan Bakri və başqaları çıxış edərək, “Bir kəmər, bir yol” layihəsinin gerçəkləşdirilməsində ölkələrin çoxtərəfli məsləhətləşmələrinin önəmini vurğulayıblar. Qeyd olunub ki, qloballaşma fonunda bizneslər iqtisadi inkişafın aparıcı qüvvəsi kimi mühüm rol oynayır. Bu cür tədbirlərin beynəlxalq əməkdaşlıq və mübadilələri gücləndirməyə, davamlı infrastruktur vasitəsilə dayanıqlı inkişaf üçün yeni yolları birgə araşdırmağa imkan yaratdığı diqqətə çatdırılıb.

Sammit çərçivəsində dayanıqlı infrastruktur və qlobal inkişaf üçün yüksək səviyyəli “Bir kəmər, bir yol” əməkdaşlığı mövzusunda panel iclas keçirilib, yaşıl inkişaf, yaşıl enerji, təchizat zənciri, təhsil, texnologiya, səhiyyə və digər sahələr üzrə müxtəlif hesabatlar, layihələr təqdim edilib. Həmçinin BMT-nin Qlobal Sazişi çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi məqsədilə “Bir kəmər, bir yol” təşəbbüsü üçün dayanıqlı infrastruktur” fəaliyyət platformasının yüksəksəviyyəli idarəetmə komitəsinin birgə bəyanatı təsdiqlənib, müxtəlif mövzularda dəyirmi masalar təşkil olunub.

Qeyd edək ki, BMT-nin Qlobal Sazişi biznesin sosial məsuliyyətinin təşviqi ə onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun stimullaşdırılması məqsədi daşıyır. Qlobal Saziş dünyada 167 ölkədən 25 mindən çox şirkəti və 3500 qeyri-biznes tərəfdaşını birləşdirən ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir. Təşəbbüs üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması, korrupsiyaya qarşı mübarizə ilə bağlı prinsiplərə və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.

Xatırladaq ki, Azərbaycandan bir neçə şirkət və qurum, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Azərkosmos”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC də BMT-nin Qlobal Sazişinə qoşulub.

“Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi məqsədilə “Bir kəmər, bir yol” təşəbbüsü üçün dayanıqlı infrastruktur” fəaliyyət planı 2019-cu ildə Pekində keçirilmiş “Bir kəmər, bir yol” 2-ci beynəlxalq əməkdaşlıq forumunda təxminən 40 ölkənin dövlət başçısının imzaladığı birgə bəyannamənin çağırışına cavab olaraq BMT-nin Qlobal Sazişi liderlərinin 2020-ci ildəki toplantısında təsis edilib. Platformanın yaradılmasında məqsəd BMT-nin Qlobal Sazişin 10 prinsiplərinə uyğun olaraq məsuliyyətli və davamlı fəaliyyət göstərmək üçün “Bir kəmər, bir yol” infrastruktur layihələrində iştirak edən biznes tərəfdaşlarının potensialını gücləndirmək, dayanıqlılıqla bağlı əsas narahatlıqları həll etmək, məsuliyyətli biznes təcrübələri vasitəsilə layihələrin şəffaflığını, inklüzivliyini və davamlılığını artırmaq üçün layihə ölkələrində çoxtərəfli məsləhətləşmələr və siyasət dialoqu mexanizmlərini təkmilləşdirmək, Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsinə müsbət təsiri artırmaq üçün əsas infrastruktur sektorlarına qabaqcıl təcrübədən istifadə etməkdir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri