Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Camalov: “Aşağıdakıların bizə yaxınlaşması narahatlıq yaradır”

Camalov: “Aşağıdakıların bizə yaxınlaşması narahatlıq yaradır”

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Neftçi” Azərbaycan Premyer Liqasının XXVI turunda doğma meydanda “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib.

“Ağ-qaralar”ın yarımmüdafiəçisi Elvin Camalov oyundan sonra “FutbolPress”ə fikirlərini bölüşüb:

– İki tərəfin də əzmkar futbol nümayiş etdirəcəyi bəlli idi. Rəqib 10 nəfərlə qaldı. Azlıqda qalan komandaya qarşı oynamaq bir az çətindir. Çünki müdafiəyə meylli oynayırdılar. Qol imkanları yaratdıq və hesabı da açdıq. Lakin sona qədər qoruyub saxlaya bilmədik. Bu, bizim adımıza üzücü bir durumdur. Bundan nəticə çıxarıb, qarşıdakı oyunlara köklənəcəyik.

– Sözlərindən belə başa düşülür ki, rəqibin azlıqda qalmasının “Neftçi”yə heç bir xeyri olmadı…

– Əlbəttə, hər iki tərəf eyni sayda oynayanda, qarşılıqlı hücumlar çoxluq təşkil edir. Qarşı tərəfin azlıqda qalmasına görə müdafiədə oynaması normaldır. Biz sadəcə qol vurduqdan sonra hesabı sona qədər saxlaya bilmədik.

– Niyə saxlaya bilmədiz?

– Hava şəraiti bir az əlverişli deyildi. Amma ani diqqətsizlik deyərdim ki, sonda qapımızda qol oldu. Bütün idman növlərində diqqəti sona qədər qoruyub saxlamaq lazımdır.

– Çempionatın sizin üçün vacib olduğunu deyirsiz. Amma görünən odur ki, kuboka daha çox diqqət ayırırsız. Bununla razısan?

– Xeyr, razı deyiləm. Əlbəttə, avrokuboklara vəsiqə qazanmaq üçün kubok daha ideal görünür. Bu futboldur. Heç nəyi öncədən bilmək olmur. Turnir cədvəlində yuxarıdakılar xal itirdikcə və aşağıdakılar xal qazandıqca durum dəyişir. Bu 2-3 oyuna baxır. Ona görə də çempionatda da hər oyuna qalibiyyət üçün çıxacayıq. Həmçinin kubokda da.

– Komandada qol vurmaq üçün nə çatışmır?

– Dediyim kimi, rəqib azlıqda qaldığı üçün kollektiv şəkildə müdafiəyə çəkilmişdi və bu müdafiəni yarmaq da çox çətin idi. Ona görə daha çox cinahlardan çalışırdıq ki, rəqibin müdafiəsini yaraq. Son dəqiqələrdə buna nail olmuşduq. Sadəcə sona qədər qoruya bilmədik.

– Qarşıdan milli fasilə gəlir. Dəvət gözləyirsən?

– Əlbəttə, milli komanda bizim hamımızın istədiyi və fəxrlə dəvət gözlədiyi bir yerdir. Mən də istəyərdim ki, çağırılım və əlimdən gələnin ən yaxşısını edim.

– Milli fasilədə qarşılaşacağımız rəqiblər bəllidir. Səviyyəcə bizdən çox da yüksəkdə deyillər. Bu barədə nə düşünürsən?

– Yoldaşlıq oyunu təşkil olunursa, rəqibin o qədər də əhəmiyyəti yoxdur. Bizim borcumuz təlim-məşq toplanışında iştirak etməkdir. İnşallah ki, millimiz daha yüksək yerlərdə olacaq və bu təlim-məşq toplanışı da bizə kömək olacaq.

– “Şamaxı” ilə aranızdakı xal fərqinin artıq 1-ə enməsi komanda üzərində təzyiq yaratmır?

– Biz qələbə qazansaydıq, yuxarıdakı komandaya yaxınlaşmış olacaqdıq. Bizdən aşağıdakı komandalar da çalışır ki, yuxarı pillələrdə qərarlaşsın. Əlbəttə, istər-istəməz aşağıdakı komandaların bizə yaxınlaşması müəyyən narahatlıq yaradır. Bunun üçün hər bir oyundan-oyuna inkişaf edib, qələbə qazanmaq lazımdır. Bu gün də qələbəyə yaxın idik. Bundan nəticə çıxarıb qarşıdakı oyunlara daha da ciddi hazırlaşmalıyıq.

Mirkamal Kazım

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 Mart 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see287

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see277

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see273

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see271

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see270

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see262

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see252

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see248

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see232

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see222

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see220

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see212

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see208

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see208

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see205

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see204

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see202

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see198

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see192

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri