Icma.az
close
up
RU
Camşed Şoimzoda: “Azərbaycanın yaratdığı Mərkəzi AsiyaAvropa nəqliyyat dəhlizləri Tacikistan üçün yeni imkanlar açır” MÜSAHİBƏ

Camşed Şoimzoda: “Azərbaycanın yaratdığı Mərkəzi AsiyaAvropa nəqliyyat dəhlizləri Tacikistan üçün yeni imkanlar açır” MÜSAHİBƏ

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Unikal su və hidroenerji ehtiyatlarına malik olan Tacikistan iqlim dəyişikliyi ilə bağlı ciddi çağırışlarla üzləşir. Qlobal istiləşmə və ölkənin şirin su ehtiyatlarının böyük hissəsinin cəmləşdiyi dağlıq bölgələrdə buzlaqların sürətlə əriməsi şəraitində resursların dayanıqlı idarə edilməsi məsələsi xüsusilə aktuallaşır. Mərkəzi Asiyanın əsas ölkələrindən biri olan Tacikistan təkcə yeni çağırışlara uyğunlaşmağa deyil, həm də iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlıqda fəal iştirak etməyə çalışır.

Bakıda keçirilən COP29 konfransı çərçivəsində Tacikistan Respublikasının energetika və su ehtiyatları nazirinin birinci müavini Camşed Şoimzoda “Report” agentliyinə eksklüziv müsahibəsində ölkəsinin buzlaqların əriməsi ilə necə mübarizə apardığı, su ehtiyatlarının dayanıqlı idarə edilməsi üçün hansı təşəbbüslərin həyata keçirildiyi və regional əməkdaşlığın niyə böyük əhəmiyyət kəsb etməsi barədə danışıb. Söhbət zamanı həmçinin energetika sahəsində Tacikistan-Azərbaycan əməkdaşlığının perspektivləri və iqlim maliyyələşdirilməsinin vaxtında həyata keçirilməsinin əhəmiyyəti də müzakirə edilib.

- Tacikistan iqlim dəyişikliyi şəraitində su ehtiyatları sahəsində hansı çağırışlarla qarşı-qarşıyadır?

- Tacikistan su ehtiyatlarına görə ən zəngin Mərkəzi Asiya ölkəsidir. Biz bütün Mərkəzi Asiyanın su ehtiyatlarının 60 %-ni formalaşdırırıq və çaylarımız region üçün mühüm rol oynayır. Lakin vəziyyət birmənalı deyil. Tacikistanın cənub hissəsi çayların yuxarı axarında yerləşir ki, bu çaylar da tamamilə burada formalaşır və region ölkələrini su ilə təmin edir. Şimalda isə biz artıq çayların aşağı axarında yerləşirik və digər ölkələrdən daxil olan su ehtiyatlarından qismən asılıyıq.

İqlim dəyişiklikləri artıq ciddi təsir göstərir və buzlaqların əriməsi xüsusi təhlükə yaradır. Ölkəmizin 93 %-i dağlarla əhatə olunub və Tacikistan haqlı olaraq buzlaqların vətəni adlandırılır. Burada dünyanın ən böyük kontinental buzlağı yerləşir. Lakin iqlim dəyişikliyi səbəbindən son 30 ildə ölkə mindən çox mikrobuzlaq itirib. Bu, regionun su balansına əhəmiyyətli təsir göstərən bərpa olunmaz itkilərdir. Bununla əlaqədar təcili tədbirlər görülməlidir.

-Tacikistan iqlim dəyişikliyi ilə mübarizə istiqamətində hansı səylər göstərir və regional əməkdaşlıq nə dərəcədə vacibdir?

- Tacikistan üçün iqlim dəyişikliyi sadəcə dəbdə olan bir mövzu deyil, hər gün üzləşdiyimiz sərt reallıqdır. Onların mənfi təsiri xüsusilə su ehtiyatları vasitəsilə hiss olunur. Son beş il iqlim dəyişikliyinin məhz su vasitəsilə necə gücləndiyini göstərir. Statistikaya görə, qlobal iqlim dəyişikliyinin təsirlərinin 74 %-i su ilə əlaqəlidir, Tacikistanda isə bu göstərici 80 %-dən yüksəkdir.

Belə çağırışlar şəraitində ölkəmiz iqlim proseslərini fəal şəkildə öyrənir və adaptasiya tədbirləri görür. Lakin iqlim dəyişikliyinin təsirlərini aradan qaldırmaq üçün yalnız milli səylər kifayət deyil. Regional və qlobal xarakter daşıyan problemlər ölkələrin səylərinin birləşdirilməsini tələb edir.

Maliyyə dəstəyi, ekoloji təşəbbüslər və infrastrukturun inkişafını özündə ehtiva edən dəqiq əməkdaşlıq mexanizmlərinin işlənib hazırlanması son dərəcə vacibdir. Yalnız resursların və təcrübənin birləşdirilməsi yolu ilə iqlim dəyişikliyi ilə səmərəli mübarizə aparmaq və yeni reallıqlara uyğunlaşmaq mümkündür.

- İnkişaf etmiş ölkələr iqlim dəyişikliyi ilə mübarizəyə kifayət qədər maliyyə vəsaiti ayırırmı və bu vəsait nə dərəcədə ədalətli bölüşdürülüb?

- Tədbirin təşkilatçısı kimi Azərbaycan diqqəti haqlı olaraq maliyyələşdirmə məsələlərinə yönəldib və biz bu mövqeyi tam dəstəkləyirik. Təəssüf ki, iqlim maliyyələşdirilməsində ciddi problemlər mövcuddur. Beynəlxalq maliyyə tərəfdaşları vəsaitlərin ayrılması ilə bağlı gurultulu bəyanatlar versələr də, onların ölkələrə verilməsi prosesi çox vaxt gecikir. Nəticədə pullar ünvanlarına çatanda bir çox adaptasiya tədbirləri artıq köhnəlmiş olur.

Maliyyələşdirmə həm kifayət qədər, həm də vaxtında olmalıdır. Adekvat və operativ maliyyələşdirmə olmadan iqlim dəyişikliyi və onun nəticələri ilə mübarizə aparmaq mümkün olmayacaq. Müasir çağırışlar çevik reaksiya və uzunmüddətli maliyyə dəstəyi tələb edir.

- Tacikistan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyətini necə qiymətləndirirsiniz?

- Mən Azərbaycanın UNIDO və ECO ilə birgə yaratdığı Təmiz Enerji Mərkəzinin açılışında iştirak etmişəm. Bu təşəbbüs, eləcə də Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl dəhliz"in yaradılması ideyası bizim üçün vacibdir. Biz onu tam dəstəkləyirik və artıq hər iki ölkənin nazirləri səviyyəsində bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib.

Tacikistan unikal hidroenerji potensialına malikdir ki, bunun da hazırda yalnız 5 %-i istifadə olunur. Eyni zamanda, “yaşıl enerji”nin payı 95 %-dir. Əgər biz potensialımızdan tam istifadə edə bilsək, bu, Mərkəzi Asiyanın enerjiyə olan tələbatını dörd dəfə artıq ödəməyə kifayət edəcək.

Azərbaycanın Mərkəzi Asiyanı Avropa ilə birləşdirən nəqliyyat dəhlizlərinin yaradılması təşəbbüsləri bizim üçün yeni imkanlar açır. Biz “yaşıl enerji”mizi təkcə qonşu ölkələrə deyil, həm də Avropaya çatdıra biləcəyik. Əgər 20 il bundan əvvəl bu, texniki cəhətdən qeyri-mümkün görünürdüsə, bu gün texnologiyaların ucuzlaşması sayəsində sözügedən layihə tamamilə real olur.

Daha bir vacib əməkdaşlıq sahəsi faydalı qazıntıların istifadəsi ilə bağlıdır. Bu yaxınlarda hökumətlərarası komissiyanın iclasında ölkələrimiz bu istiqaməti əhatə edən məsələləri müzakirə ediblər. Biz mineral resursların hasilatını fəal şəkildə inkişaf etdirməyə yenicə başlayırıq, Azərbaycan isə bu sahədə zəngin təcrübəyə malikdir. Bu baxımdan biz gələcək qarşılıqlı fəaliyyət üçün böyük potensial görürük.

- COP29-dan gözlədiyiniz əsas nəticə nədir və tədbirin təşkili səviyyəsini necə qiymətləndirirsiniz?

- Biz - enerji və su ehtiyatları sahəsinin təmsilçiləri COP29-a bu mövzuların əhəmiyyətini vurğulamaq üçün gəlmişik. İqlim dəyişikliyinin təsiri xüsusilə su vasitəsilə hiss olunur və bu bütün sahələrə aiddir. Suyun unikallığı onun universallığındadır: o, hər yerdə lazımdır - hətta günəş panelləri belə sadə xidmət üçün su tələb edir. Biz bu resurs olmadan keçinə biləcək heç bir sahə görmürük.

COP29-da bizim əsas missiyamız müzakirələrin real fəaliyyətə çevrilməsinə nail olmaqdır. Biz təbii su anbarları olan buzlaqlara xüsusi diqqət yetiririk. Bizim təşəbbüsümüz sayəsində 2025-ci il BMT tərəfindən “Dağ Buzlaqları İli” elan edilib. Biz suyun həyat mənbəyi olduğunu və onu qorumağın vacibliyini çatdırmaq istəyirik.

Tədbirin təşkilinə gəlincə, təşkilatçılıq ən yüksək səviyyədədir. Hava limanı, şatllardan başlayaraq ümumi təmizliyə qədər hər şey düşünülmüşdü, baxmayaraq ki, bəzi günlərdə iştirakçıların sayı 70 minə çatırdı. Bu mənim qatıldığım dördüncü COP-dur və müqayisə edə biləcəyim nələrsə var. Təşkilatçılıq həqiqətən də dərin təsir bağışlayır.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Noyabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see330

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see254

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see208

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see171

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see140

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see127

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri