Çaqqalların sayı sürətlə artır Təbiətdə nə baş verir?
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Avropada və Qafqazda müşahidə olunan təbii dəyişiklik – çaqqalların sayının sürətlə artması və yeni ərazilərə yayılması alimlərin diqqətini cəlb edib. Tədqiqatçılar bu prosesdə iqlim dəyişiklikləri, insan fəaliyyətinin yaratdığı əlverişli şərait və çaqqalların əsas rəqiblərindən olan canavarların rolunu araşdırırlar.
Qeyd edək ki, cəmi bir neçə onillik əvvəl Avropada yalnız Balkanlarda və Qara dəniz yaxınlığında məskunlaşan çaqqallar indi bütün qitəyə sürətlə yayılır və gələcəkdə onun ərazisinin 75%-ə qədər hissəsində məskunlaşa bilərlər. Çexiya, Slovakiya, həmçinin, əvvəllər bu yırtıcıya rast gəlinməsi qeyri-adi hesab edilən Baltikyanı ölkələrdə və Skandinaviyada da rast gəlinir.
Çaqqalların qitə üzrə niyə bu qədər sürətlə yayıldığını anlamaq üçün beynəlxalq alimlər qrupu Avropa boyunca təxminən doqquz min məntəqədə araşdırma aparıb. Tədqiqatçılar çaqqal ulartısı səsləndirərək mümkün reaksiyaları qeydə alıb və əldə edilən məlumatları yerli iqlim və landşaft xüsusiyyətləri ilə müqayisə ediblər.
Araşdırma nəticəsində məlum olub ki, bu heyvanlar mülayim qışa, su hövzələrinə yaxınlığa və tarlalar, çəmənliklər və kiçik meşə zolaqlarının növbələşdiyi mozaik landşafta malik ərazilərdə daha yaxşı məskunlaşırlar. Qlobal istiləşmə tədricən əvvəllər həddindən artıq soyuq və qarlı olan bölgələri onlar üçün əlverişli edir, insanların dəyişikliyə məruz qoyduğu kənd landşaftları isə bol qida və sığınacaq təmin edir.
Bundan başqa, alimlər canavarların azalmasını əsas amil kimi qeyd edirlər; vəhşi təbiətdə canavarlar çaqqallarla rəqabət aparır və onların yayılmasını nəzarətdə saxlayırlar. Canavarlar çaqqallarla qida və ərazi uğrunda rəqabət aparır, bəzi hallarda isə onları öldürə bilirlər. Ona görə də, çaqqallar insanların çox olduğu ərazilərə sığınırlar. Alimlər bu vəziyyəti “insan sipəri” effekti adlandırırlar. Yəni insan fəaliyyəti dolayısı ilə canavarın çaqqal üzərindəki təsirini zəiflədə bilir.
Bəs çaqqalların sayının artması Azərbaycanda nə dərəcədə təhlükəli ola bilər?
Zooloq Ramiz Əlixanlı Bizim.Media-ya açıqladı ki, çaqqalların çoxalması yerli ekosistemləri dəyişdirə bilər:
“Çaqqallar görüntülərinə görə canavar və itə oxşasalar da, əslində ölçü baxımından daha çox tülküyə yaxındır və onun kimi də quşlarla qidalanmaga daha meyillidir. Su hövzələrinə yaxın yerlərdə məskən salıb quş ovlayırlar. Bu da cəmi bir neçə onillik ərzində vəhşi təbiət müxtəlifliyini dəyişdirməyə imkan verəcək. Çaqqal eynilə tülkü kimi çox çevik və fürsətcildir. O, yalnız ovla dolanmır, qida seçimi genişdir: gəmiricilər, həşəratlar, meyvələr, hətta leş yeyir. İnsanların sayəsində yaranan tullantılar, heyvan cəsədləri və əkin sahələrindəki gəmiricilər onun üçün əlavə qidadır”.
Azərbaycanda ən çox hara çaqqalların oylağıdır?
Mütəxəssis diqqətə çatdırdı ki, əsasən Şirvan Milli Parkı və ətraf yarımsəhra əraziləri, Mingəçevir-Gəncə zonası, Ağstafa və Qazax-Tovuz istiqaməti, Cənub zonası, Talış dağlarının ətəklərində daha çox rast gəlinir.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 14 Oktyabr 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















