Icma.az
close
up
RU
Cari ilin yanvar may ayları ərzində 3 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Cari ilin yanvar may ayları ərzində 3 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 iyun, AZƏRTAC

Cari ilin yanvar-may ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Dövlət Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3 min 797 cinayət faktı aşkarlanıb. Onlardan 1139-u narkotik vasitələrin qanunsuz satışı, 2 min 616-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 40-ı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 313 kiloqram 859,7 qram narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 905 kiloqram 356,243 qramını marixuana, 188 kiloqram 156,45 qramını heroin, 76 kiloqram 040,847 qramını tiryək, 33 kiloqram 150,438 qramını həşiş, 21 kiloqram 438,927 qramını digər narkotik vasitələr və 89 kiloqram 716,795 qramını psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 5 min 183 ədəd metadon, 8 min 235 ədəd çətənə və 600 qram xaş-xaş bitkisi, eləcə də 32 qram, 95 həb,39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 97 hektar sahədən 17 min 590 ədəd, 4 ton 94 kiloqram yabanı halda bitən narkotik tərkibli çətənə xaş-xaş bitkiləri müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Qanunsuz dövriyyədən çıxarılan 3 ton 313 kiloqram 859,7 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 87 milyon 551 min manat kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2 min 42 nəfər cəlb edilib, onlardan 44-ü xarici ölkə vətəndaşıdır.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 447 kiloqram 208,684 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 101 fakt aşkar edilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 196 kiloqram 338 qram və 5 min 183 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 min 194 ədəd həb güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə aşkarlanan cinayətlərin 110-u qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 62 kiloqram 775,163 qram maddə müsadirə edilib.

872 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 791 kiloqram 291,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkarlanan faktların ümumi sayı 1059, qanunsuz satış ilə bağlı faktların sayı 252, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 792, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya olunması faktlarının sayı 14, bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 1, qrup halında olan cinayətlərin sayı 16 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 892 nəfər azalıb.

Qaçaqmalçılıqla bağlı faktların sayı 15, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 485 kiloqram 830,852 qram artıb.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 178 kiloqram 698,445 qram (48,7 faiz), tiryəkin çəkisi 4 kiloqram 365,08 qram (5,4 faiz), psixotrop maddələrin çəkisi 21 kiloqram 432,421 qram (19,3 faiz) azalıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 2 ton 905 kiloqram 356,243 qramını (89 faiz) marixuana təşkil edib. Onun da 2 ton 643 kiloqram 42,268 qramı (90,8 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 262 kiloqram 313,975 qramı (9,2 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci il yanvarın 28-də qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul olunmuş 5 ton 168 kiloqram 332,011 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr və 2025-ci il mayın 29-30-da isə 2 min 397 məhkəmə hökmü üzrə 5 ton 094 kiloqram 323,346 qram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8 min 644 ədəd çətənə bitkisi məhv edilib.

Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 30 rayon və şəhərdə 1020 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 32 kiloqram 925,902 qram və 21 həb müxtəlif narkotik vasitələr, psixotrop maddələr və 248 ədəd çətənə bitkisinin məhv olunması təmin edilib.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 38 min 352 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1981 nəfərdən 1132 nəfərinin istifadəçi olması müəyyən edilib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin olunub.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 309, QİÇS-lə Mübarizə Mərkəzində 347, Sumqayıt Narkoloji Mərkəzində 138 nəfər) 794 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin may ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 24 (4,4 faiz) nəfəri inyekson narkotik istifadəçiləri olub.

Cari ilin yanvar-may ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 357 vətəndaş müraciəti daxil olub ki, onların 38-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 34-ü narkotik asılılıqdan müalicə, 285-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və digər) bağlı olub. Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 72 məktub ünvanlanıb.

“802” qaynar xətt telefon zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see264

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see180

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see164

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see143

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see134

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

17 İyun 2025 23:39see127

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

17 İyun 2025 23:25see126

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

18 İyun 2025 01:15see125

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

18 İyun 2025 15:24see125

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see120

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see120

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

18 İyun 2025 17:37see116

Azər Qasımlının məhkəməsi başlayıb

18 İyun 2025 17:46see116

Tək bu ölkə İrana dəstəyini açıqladı Hərbi yardım edə bilər

17 İyun 2025 23:10see114

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see113

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see113

ABŞ İranla bağlı bu suala cavab vermədi

17 İyun 2025 23:22see113

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see113

Azərbaycanda əsəb xəstəliyinin çoxalmasının səbəbi nədir? VİDEO

17 İyun 2025 23:26see112

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri