Cavid Qurbanov haqq dünyasına qovuşan aşıqdan yazdı Onun taleyi ağır idi…
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Kəlbəcərin yetirdiyi dəyərli aşıqlardan biri Aşıq Yaşar Məhərrəmov haqq dünyasına qovuşdu. Onun taleyi ağır idi. Gözdən əlil olsa da, qəlbinin gözü həmişə açıq idi. O, gözləri ilə deyil, sazı ilə görürdü; sözü ilə yaşayır, ürəyi ilə hiss edirdi. Fiziki məhdudiyyəti heç vaxt ona mane olmadı.

Aşıq Yaşar bütün varlığı ilə sənətinə bağlı idi. Kəlbəcər aşıq mühitini yaşatmaq, bu torpağın dərdini, həsrətini, gözəlliyini sazının səsi, sözünün dili ilə insanlara çatdırmaq onun ömür yoluna çevrilmişdi.
O, böyük Dədə Şəmşirin ruhunu özündə yaşadırdı. Sazı əlinə alan kimi ustadın nəfəsi duyulurdu. Sözündə onun hikməti, duruşunda onun məktəbi vardı. Yaşar təkcə bir aşıq deyildi o, Dədə Şəmşir ocağının davamçısı, ustad yolunun sədaqətli yolçusu idi.
Bu gün sazı susdu, amma sözü susmadı. Bu gün Yaşar aramızdan getdi, amma qoyduğu irs, söylədiyi havalar, yaşatdığı sənət bizimlə qaldı.
Ruhun şad olsun, Aşıq Yaşar. Allah sənə o dünyanı versin. Sazının səsi Kəlbəcərin dağlarında və cənnətdə əbədi səslənsin.
Cavid Qurbanov
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, “ Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədri
Baxış sayı:54
Bu xəbər 14 Dekabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















