Icma.az
close
up
RU
Çeçenistan təsdiqlədi Rusiya günahını qəbul edəcəkmi?

Çeçenistan təsdiqlədi Rusiya günahını qəbul edəcəkmi?

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Çeçenistan rəhbəri Ramzan Kadırov 2024-cü ilin dekabr ayının 25-də qəzaya uğrayan AZAL-a məxsus “Embraer E190” sərnişin təyyarəsinin ekipaj üzvlərini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalları ilə təltif edib. Çeçenistan rəhbərliyinin bu addımı Azərbaycan tərəfindən məqbul hesab edilib. Trend-in Azərbaycan hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, Çeçenistan rəhbərliyinin bu məsələlərdə günahı və rolu olmayıb. Bu hadisəni törədən Rusiya hərbçiləri olub.

Globalinfo.az-a danışan politoloq Yalçın Hacızadə deyib ki, Rusiya hər zaman törətdiyi cinayətin həcmini azaltmağa, mahiyyətini sapdırmağa və məsuliyyəti başqalarının üzərinə atmağa çalışır:

“Necə ki üç ildən artıqdır ki, Ukraynaya qarşı işğalçı müharibə aparır, bir milyona qədər insanın ölümünə, şəhərlərin dağıdılmasına səbəb olub, amma bunu “xüsusi əməliyyat” kimi təqdim edir.

Bizim sərnişin təyyarəsinin Rusiya ərazisində vurulması faktı ilə bağlı da eyni yanaşmanı sərgiləyir. Elə zənn edirlər ki, dünya bunların yalanlarına inanacaq və ya inanmaq məcburiyyətindədir.

Əvvəlcə qəzaya səbəb kimi “quş sürüsü” yalanını ortaya atdılar. Sonra gördülər ki, hərbi silahla vurulmasına dair inkar edilməz faktlar var və istintaq komissiyasının açıqladığı ilkin rəy də onu göstərir. İndi də məsələni Çeçenistan səviyyəsinə salmağa cəhd edirlər.

Yalçın Hacızadə

Əlbəttə, Azərbaycan dövləti bunları qəbul etməyəcək. Çeçenistan Rusiya Federasiyası daxilində respublikadır. Müstəqil şəkildə başqa dövlətlərlə əlaqələr qurmaq, qərarlar qəbul etmək, məsuliyyət daşımaq səlahiyyətinə malik deyil. Çeçenistanın rəhbər şəxsi Rusiya Federasiyasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və onun ərazi üzrə təmsilçisi sayılır. Çeçenistan ərazisində törədilən və ya Çeçenistanın vəzifəli şəxslərinin əmri, göstərişi və iştirakı ilə törədilən cinayətlərə görə Rusiya Federasiyasının qanunları tətbiq edilir. Çeçenistanın özünün qanunları yoxdur, ümumfederasiya qanunları var. Ona görə cinayət əməli hətta birbaşa Çeçenistan rəhbərliyinin göstərişi ilə törədilmiş olsa belə, Rusiya Federasiyası məsuliyyət daşımalıdır. Çeçenistan rəhbəri Kadırovun pulu çox ola bilər, amma bizə bununla bağlı nəsə təklif etməsi doğru deyildi.

Rusiya mədəni dövlət olsaydı təyyarəmizin vurulması ilə bağlı məsələləri uzatmaz, müxtəlif don geyindirmək əvəzinə hüquqi tədbirlər görər, cinayəti törətmişləri cəzalandırar, kompensasiya verər və rəsmi şəkildə üzr istəyərdi. Azərbaycan dövlətinin bununla bağlı tələbləri Prezident İlham Əliyev tərəfindən Rusiya dövlətinə çatdırılıb. Əgər məsələ beynəlxalq məhkəmələr səviyyəsinə çatarsa Çeçenistan yox Rusiya məsuliyyətə cəlb ediləcək. Çünki Çeçenistan beynəlxalq hüquqi subyekt deyil”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Fevral 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri