Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

“Çəkiliş qadağandır“ Hüquqi əsas, yoxsa məmur sərbəstliyi?

“Çəkiliş qadağandır“ Hüquqi əsas, yoxsa məmur sərbəstliyi?

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Bəzən jurnalistlərə süni əngəllər yaratmaq üçün bəzi məmurlar "çəkiliş qadagandır", "çəkiliş etmək olmaz" kimi ifadələrə üz tuturlar. Hətta bu cür ifadələri yazıb plakat kimi müəyyən yerlərə belə vuranlar olur. Təbii ki, məlumat azadlığı ilə bağlı qanunvericilikdə nələrin işıqlandırılmasına məhdudiyyət qoyulması müddəaları vardır. Amma bundan sui-istifadə etmək də düzgün deyil. Burada əsas iki prinsip vardır: məlumat azadlığı və məxfilik və təhlükəsizlik məhdudiyyətləri.

Hər şeydən əvvəl qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

“Media haqqında” Azərbaycan Respublikası qanununun 5-ci maddəsində də birbaşa təsbit edilir ki, Azərbaycan Respublikasında media azaddır. Media sahəsində dövlət senzurası qadağandır. Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

“Məlumat azadlığı haqqında” AR qanununun 8-ci maddəsinə görə isə məlumatın əldə edilməsi müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada və üsullarla həyata keçirilir. Əldə edilməsi qaydasına görə məlumat açıq məlumata və alınması məhdudlaşdırılan məlumata bölünür. Adı çəkilən qanunun 9-cu maddəsində deyilir ki, açıq məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:

internet informasiya ehtiyatları vasitəsilə

rəsmi nəşrlərlə;

kütləvi informasiyanın yayılması ilə;

kitabxanalar, ictimai informasiya mərkəzləri, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə;

fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə;

qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla.

Açıq məlumatın alınması qaydası və şərtləri adı çəkilən Qanunla, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və ya müqavilə ilə (məlumatın verilməsi müqavilə əsasında həyata keçirilirsə) müəyyən olunur. Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər.

Sözü gedən qanunun 10-cu maddəsində isə təsbit olunur ki, alınması məhdudlaşdırılan məlumatlara — dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aktlarına aid olan məlumatlar aiddirlər. Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir.

Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aktlarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir.

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsində isə müəyyən edililmişdir ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Konvensiyaya görə bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya uyğunlaşdırmaq məqsədi ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 24 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikasının konstitusiya qanunu  qəbul edilmişdir. Həmin konstitusiya qanununun 3-cü maddəsindən isə o nəticəyə gələ bilərik ki, məlumat azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə, eləcə də hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün, həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiәsi üçün, mәxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün məhdudlaşdırıla bilər.

“İnformasiya əldə etmək haqqında” AR qanununun 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin maddəyə görə informasiya sahibinə müraciət edən hər kəs sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq, habelə informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.

Maddəyə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

O ki, qaldı, "çəkiliş qadagandır", "çəkiliş etmək olmaz" kimi ifadələrdən istifadə edilməklə yaradılan məhdudiyyətlərin qanuniliyi məsələsi hesab edirik ki, hüquqi baxımdan çəkiliş məhdudiyyətləri yalnız müyyən hədlər daxilində və aşağıdakı əsaslarla qoyula bilər:

Milli təhlükəsizlik və ya ictimai asayiş (məsələn, hərbi obyektlər)

Məxfi və ya şəxsi məlumatların qorunması (məs., xəstəxanalar, məhkəmə iclaslarının qapalı hissəsi)

Xüsusi icazə tələb olunan ərazilər (məsələn, xüsusi rejimli müəssisələr)

Amma inzibati binalarda, ictimai yerlərdə və açıq tədbirlərdə çəkilişə qadağa qoyulması qanunsuz məhdudiyyət sayıla bilər. “Çəkiliş qadağandır” yazılı plakatlar belə özlüyündə hüquqi əsas daşımır və inzibati orqanlar çəkilişi məhdudlaşdırmaq istəyirlərsə, bunu müvafiq qanunvericilik əsasında əsaslandırmalıdırlar.

Bəs, jurnalist süni əngəllərlə necə mübarizə apara bilər?

Jurnalistlərin çəkiliş etməsinə qadağa qoyulması səlahiyyətsiz şəxslər tərəfindən edilərsə, bu, qanunsuz məhdudiyyət sayılır. Yaxud da bu qadağa qanunla əsaslandırılmayıbsa, vəzifəli şəxslərin səlahiyyət həddini aşması kimi qiymətləndirilə bilər. Hətta bu, jurnalistin peşə fəaliyyətinə maneə törətmək kimi məsuliyyət doğura və məsuliyyətə səbəb ola bilər. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163-cü maddəsinə əsasən jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə cinayət məsuliyyəti yaradır.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381-ci maddəsinə görə isə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə, eləcə də qanunla müəyyənləşdirilmiş hallardan başqa, media subyektləri və jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onlara informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə inzibati məsuliyyət yarana bilir.

Beləliklə, "çəkiliş qadagandır", "çəkiliş etmək olmaz" kimi ifadələr kimi ümumi məzmunlu qadağalar hər bir halda hüquqi cəhətdən əsaslandırılmalıdır. Əks təqdirdə, hansısa məmurun jurnalistlərə süni əngəl yaratması qanunsuzdur və ciddi məsuliyyət doğurur. Jurnalistlər hüquqlarını müdafiə etmək üçün isə qanunsuz müdaxilə etmiş məmurun tabe olduğu qurumun rəhbərliyinə şikayətdən tutmuş məhkəməyə müraciət etməyədək çoxsaylı dövlətdaxili hüquqi müdafiə vasitələrindən istifadə edə bilərlər.


Yunis Xəlilov

Hüquqşünas

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:322
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Fevral 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see398

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see349

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see293

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see260

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see259

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see254

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see247

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see240

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see224

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see220

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see215

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see204

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see194

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see194

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see193

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see183

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see181

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see175

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see169

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri