Icma.az
close
up
RU
Muzey və tarixi abidələrdə çəkiliş aparmaq qadağandır? “Bu, hüququn pozulmasıdır!”

Muzey və tarixi abidələrdə çəkiliş aparmaq qadağandır? “Bu, hüququn pozulmasıdır!”

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

“Ümumi qaydalardan başqa hər bir muzey ixtiyar sahibidir ki, özünə aid xüsusi qaydalar qəbul etsin. Məsələn, rəngkarlıq əsərlərinin yaxından işıqçıxan aparatlarla çəkilməməsi kimi əsərə mənfi təsir edə bilər. Odur ki, hər bir muzeyin öz daxili qaydaları var”.

Bu sözləri "Yeni Sabah"a sənətşünas Sədaqət Zaurqızı deyib.

O bildirib ki, muzeyin, yaxud hansısa tarixi abidənin kənarında çəkiliş aparamağa məhdudiyyət qoymağa ümumiyyətlə ixtiyar yoxdur:

“Hər bir muzeyin öz daxili qaydaları var. Adətən, onlar muzey saytlarında yerləşdirilir.

Ümumiyyətlə, açıq məkanda çəkiliş aparmağın texniki baxımdan abidəyə heç bir zərəri yoxdur. Düşünürəm ki, buna məhdudiyyət qoyulmamalıdır. Amma elə bir eksponat ola bilər ki, onun çəkilişinə icazə yoxdur və xaricdə göstərilməsi istənilmir.

Bəzən foto-video çəkilişə qadağa savadsızlıqdan irəli gəlir. Sözsüz ki, sərgiyə gələnin, yaxud turistin hüququnun pozulması deməkdir”. 

Sənətşünas qeyd edib ki, bəzi muzeylərdə çəkiliş üçün ödəniş istənilir:

“Bu məsələyə dair mövqeyim ondan ibarətdir ki, hansısa eksponata kənar fiziki təsir olacaqsa, ona zərər gələcəksə, təbii ki, foto-video çəkilişə məhdudiyyətin mövcudluğu tərəfdarıyam. Yaxud eksponatın ölkə daxilindən başqa yerlərdə yayımlanmasına məhdudiyyət ola bilər. Bu halda həm siyasi, həm də mədəni-incəsənət baxıəşdan hansısa bir nüans ola bilər. Belə olan hallarda muzey məhdudiyyət qoymaq ixtiyarındadır. Amma bu, azca fərdi yanaşmadır".

Sədaqət Zaurqızı əlavə edib: "Xarici turistlərin Azərbaycan muzeylərində çəkiliş etməsinə mənfi baxmıram. Əksinə, bu, mədəniyyətimizin təbliğatıdır. Əlbəttə, əgər ümumən ölkənin mədəni qaydalarına, qanunlarına və siyasi mövqeyinə ziyan gətirmirsə.

Məsələnin kommersiya tərəfinə gəlincə, ziyarətçilərin tərəfindəyəm. Onsuz da bəzi muzeylərdə çəkiliş üçün ödəniş istənilir. Əgər pul ödəmisənsə, ümumiyyətlə məhdudiyyət olmamalıdır”.

Xatırladaq ki, sosial şəbəkələrdə bu yaxınlarda Şəkidəki Xan Sarayında yaponiyalı turistlərin foto-video çəkilişinə qadağa qoyulmasına dair paylaşımlar olub. Əksər şəbəkə istifadəçiləri bunun qanunsuz olduğu rəyini ildirib. "Yaponiyalı vətəninə qayıtdıqda Xan Sarayının gözəlliyini əyani sübut olmadan nə ilə isbatlamalıdır?!" - deyə onlardan biri qeyd edib.

Eyni qadağa digər muzey və tarixi abidə komplekslərində də qüvvədədir. Məsələn, İçərişəhər Qoruğunda TV kanalların çəkilişi üçün xüsusi icazə alınmalıdır.

"Muzeylər haqqında Qanunun 12-ci maddəsində qeyd olunur: "Azərbaycan Respublikasının qanunvericiliyi ilə mühafizə olunan dövlət sirləri istisna olmaqla, mədəni, tarixi, siyasi, təsərrüfat və sosial istiqamətli hadisələri nümayiş etdirmə"yə qadağa yoxdur.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 May 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri