Icma.az
close
up
RU
Çəkimizin 3 4 kq mikroblardı

Çəkimizin 3 4 kq mikroblardı

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Həkimlərdən biz tez-tez belə bir ifadə eşidirik: bağırsağın mikroflorası pozulub. Bu nə deməkdir? Ümumillikdə "bağırsağın mikroflorası" nədir?

İnsan bağırsağında milyonlarla mikroorqanizmlər yaşayır. Məhz bu mikroorqanizmlər bağırsağın mikroflorasını yaradır. Alimlər sübut edir ki, həzm sistemində yaşayan mikrobların ümumi çəkisi orta hesabla 3-4 kq təşkil edir. Mədə-bağırsaq sistemində 450-dən artıq müxtəlif mikroorqanizmlər yaşayır.

Bağırsağın mikroflorası çox vacib funksiyaları yerinə yetirir:

- Sağlam mikroflora ilk növbədə müdafiə funksiyanı yerinə yetirir. Faydalı mikroorqanizmlər (ilk növbədə bakteroidlər, bifido- və laktobakterilər) xüsusi maddələr (süd turşusu, lizosim və s.) ifraz edir ki, bu maddələr bağırsaqda yaşayan ziyanlı bakterilərin (stafilokokk, müxtəlif göbələklər vəs.) inkişafını tormozlayır. Həmçinin sağlam mikroflora mexaniki olaraq bağırsağı ziyanlı mikrobların daxil olmasından qoruyur, müxtəlif allergen və toksinləri zərərsizləşdirir.

- Mikroflora həzm proselərində iştirak edir - bir çox fermentləri sintez edir.

- Digər tərəfdən sağlam mikroflora mübadilə proseslərdə böyük rol oynayır. Belə ki, bu mikroflora aminturşuların, zülalların, vitaminlərin sintezində iştirak edir,  kalsium, dəmir və bəzi digər mineralların  qana sovrulmasına kömək edir.

- Sağlam mikroflora bağırsağı onkoloji xəstəliklərin inkiaşafından qoruyur.

Bağırsağın mikroflorası çox incə bir strukturdur. Bir çox faktorlar normal mikrofloranın pozulmasına gətirib çıxarda bilər:

- kəskin və xroniki streslər,

- düzgün olmayan qidalanma (qidalanmada meyvə-tərəvəzlərin, göyərtilərin, süd məhsulların az, şirin, yağlı, konservləşdirilmiş, qızardılmış qidaların çox olması),

- mədə-bağırsaq sistemi xəstəlikləri, cərrahi əməliyyatlar, immun sisteminin kəskin zəiflənməsi,

- bəzi dərman preparatların  uzun müddət ərzində qəbulu (antibiotiklər, sulfanilamid preparatları, hormonlar, kimyəvi terapiya və s.). Nəzərinizə çatdıraq ki, antibiotiklərin qısa kursları disbakterioza səbəb olmur. Müalicə qurtardıqdan sonra normal mikroflora tez bir zamanda bərpa olunur. Bu səbəbdən belə qısa müalicə kurslardan sonra probiotiklərin (mikrofloranı bərpa edən preparatlar) qəbuluna ehtiyac yoxdur.

Lakin uzun müddət ərzində güclü antibiotiklərin qəbulu bağırsağın normal mikrofloranı kəskin şəkildə pozur.

- arıqlamaq məqsədi ilə tutulan pəhrizlər (söhbət ilk növbədə düzgün olmayan pəhrizlərdən gedir - uzun müddət ərzində 1-2 məhsulla qidalanma), ac qalma.

Bağırsağın normal mikroflaranın pozulması (sağlam mikrobloranın azalması, zərərli mikrofloranın çoxalması) disbakterioz adlandırılır. Bu pozulmanın nəticəsində orqanizm tam şəkildə bura daxil olan qidanı mənimsənilə bilmir və qidanın qalıqları burada çürüməyə başlayır. Çürümə məhsulları qana sovrulur və orqanizmin xroniki intoksikasiyasına səbəb olur. Disbakteriozun fonunda bir çox hallarda allergiya, anemiya, astma, depressiya, xroniki yorğunluq inkişaf edir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri